19 Noyabr 2019









SÜBH NAMAZININ VƏ ORUCUN BAŞLANMASI HAQQINDA
Jurnalımızda namaz vaxtları ilə əlaqədar verilən cədvəl bəzi möminlərin etirazına, bəzilərinin isə təəccüb və heyrətinə səbəb olur. Etiraz edənlər bu cədvəlin ölkədə buraxılan cədvəllərə uyğun olmadığınıdavamı>>
A+ Balacalaşdır A+ Böyütmək

BƏYANAT

MƏRHUM DİNİ RƏHBƏR AYƏTULLAH SEYİD FƏZLULLAHIN MÜƏSSİSƏSİNDƏKİ ŞƏRİ HEYƏT: "28 İYUL BAZAR ERTƏSİ GÜNÜ MÜBARƏK FİTR BAYRAMININ İLK GÜNÜDÜR!”

Mərhum dini rəhbər Ayətullah Seyid Fəzlullahın müəssisəsindəki şəri heyət mərhum Seyidin söykəndiyi fiqhi əsasa uyğun olaraq dəqiq astronomik hesablamalara əsaslanaraq bazar ertəsi gününə təvafüq edən 2014-cü il iyul ayının 28-i 1435-ci il mübarək Fitr bayramı günlərinin ilk günü olduğunu elan etmişdir. Bu hökm bütün dünya ölkələrinə şamil edilir. Beləliklə, 2014-cü il iyul ayının 27-i bazar günü mübarək ramazan ayının son günüdür. Bəyanatda deyilir: "Hicri-qəməri təqvimi ilə 1435-ci ilin (m. 2014) şəvval ayının hilalı miladi təqvimi ilə 2014-cü il iyul ayının 26-sı şənbə Qrinviç saatı ilə gecə 10:42-də Beyrut şəhəri yerli saatla bazar günü sübh çağı 01:42-də (Bakı vaxtı ilə 03:42-də) doğulacaqdır.

Bazar günü axşam Beyrut şəhərinin üfüqündə hilalın ömrü 18 saat 02 dəqiqə olacaq və Günəş batdıqdan təxminən 3-4 dəqiqə sonra üfüqün altında gizlənəcəkdir. Hilalın ömrü, yüksəkliyinin dərəcəsi, Günəşdən uzaqlığı, qalınlığı, parıltı nisbəti və Yerdən uzaqlığı baxımından bu xüsusiyyətləri ilə hətta yaxınlaşdırıcı cihazlarla belə Beyrut şəhərinin üfüqündə, həmçinin dünyanın heç bir məntəqəsində görünməsi mümkün olmayacaqdır. Teleskopdan istifadə etməklə hilalın görünməsi Cənubi-Afrika və Mərkəzi Amerikada mümkün olacaqdır. Çətinliklə olsa da, hilalın adi gözlə görünməsi Cənubi-Amerikada mümkün olacaq. Sakit mühitdə asanlıqla görünəcəkdir. Bu məntəqələr gecənin bir hissəsində onlarla müştərək olduğumuz məntəqələrdir. Seyid Fəzlullahın söykəndiyi fiqhi əsas budur ki, qəti (dəqiq) və adətən yəqinlik ifadə edən astronomik hesablamalara etimad etmək icazəlidir və gecənin bir hissəsində olsa da, müştərək olduğumuz hər hansı bir ölkədə və ya məntəqədə hilalın görünməsinin mümkünlüyü kifayət edir. Buna əlavə olaraq Seyidə görə adi gözlə görməklə yaxınlaşdırıcı cihaz vasitəsilə görmək arasında heç bir fərq yoxdur, hər iki görmə mötəbərdir. Bazar ertəsi gününün gecəsi (bazar günü axşam) hilalın görünməsi mümkün olduğuna görə bu fiqhi prinsipə əsasən bu ilin (1435-ci il) mübarək Fitr bayramı Allahın izni ilə 28 iyulda olacaq.

Allahdan istəyirik ki, bu bayramı İslam dünyası üçün xeyirli və bərəkətli qərar versin, müsəlmanların sözünü bir yerə toplasın və mövqelərini birləşdirsin, onların cəmiyyətindən fitnə-fəsadı aparsın və ölkələrini sionistlərin, Amerikanın, Böyük Britaniyanın, Atlantika İttifaqının (NATO), digər istismarçı qüvvələrin işğalından və yerli zalımların zülmündən azad etsin! Allahdan istəyirik ki, bu bayram günü bütün azərbaycanlılar arasında xeyirə və haqqa açılış günü olsun! AMİN!”


İzah: Bəyanata və 2014-cü il şəvval ayı hilalının sxeminə diqqət etməklə məlum olur ki, 27 iyul axşam Günəş batarkən bizim ölkənin üfüqündə ayparanın görünməsi qeyri-mümkündür. Lakin gecənin bir hissəsində olsa da belə müştərək olduğumuz ölkələrin birində – tünd göy və çəhrayı rəngdə yerləşən ölkələrə baxın – ayparanın teleskopdan istifadə etməklə və adi gözlə görünməsinin mümkünlüyü ilə Seyid Fəzlullahın fitvasına əsasən bizim üçün də şəvval ayının əvvəli (Fitr bayramı günü) sübuta yetmiş olur.

"MİLLİ GÖRÜŞ-SABİQUN” HƏRƏKATI



  Şərhlər / 0 Şərh




 Şərh yazın


Ad və soyadınız* :
E-mail* :
Ölkə / Şəhər* :
Şərhiniz* :


ƏLLAMƏ BURQUİ


11

free counters

Sabiqun 2011-2019 © Bütün hüquqlar qorunur
Məlumatlardan istifadə zamanı istinad zəruridir!
Telefon: (+994 50) 429-20-99
Site by: azDesign.ws
 

Yeniliklərə abunə olun