19 Noyabr 2019









SÜBH NAMAZININ VƏ ORUCUN BAŞLANMASI HAQQINDA
Jurnalımızda namaz vaxtları ilə əlaqədar verilən cədvəl bəzi möminlərin etirazına, bəzilərinin isə təəccüb və heyrətinə səbəb olur. Etiraz edənlər bu cədvəlin ölkədə buraxılan cədvəllərə uyğun olmadığınıdavamı>>
A+ Balacalaşdır A+ Böyütmək

MƏRHUM DİNİ RƏHBƏR AYƏTULLAH SEYİD MÜHƏMMƏDHÜSEYN FƏZLULLAHIN MÜƏSSİSƏSİNDƏKİ ŞƏRİ HEYƏT BƏYANAT VERMİŞ VƏ O BƏYANATDA H. Q. TƏQVİMİLƏ 1437-Cİ İL (M. 2016) ŞƏVVAL AYININ ƏVVƏLİNİ MÜƏYYƏN ETMİŞDİR

BƏYANATDA DEYİLİR: "Astronomik hesablamalar göstərir ki, h. q. təqvimi ilə 1437-ci il (m. 2016) şəvval ayının hilalı 2016-cı il iyul ayının 4-ü bazar ertəsi günü Qrinviç saatı ilə 11:01-də, yəni Beyrut şəhəri yerli saatla 14:01-də (Bakı vaxtı ilə 15:01-də) doğacaq. Polineziya (Sakit okeanın mərkəzi hissəsində, Okeaniyada yerləşən adalar qrupu) istisna olmaqla dünyanın bütün regionlarında hilalın adi gözlə görünməsi mümkün olmayacaq. Lakin Argentina, Boliviya və Çili kimi Cənubi Amerikanın bir çox regionlarında və Braziliyanın bəzi şəhərlərində hilal yaxınlaşdırıcı cihazlar vasitəsilə görünəcəkdir. Seyid Mühəmmədhüseyn Fəzlullahın söykəndiyi fiqhi əsasa uyğun olaraq onunla yeni ayın daxil olması sübuta yetmiş olur. Seyid Fəzlullahın söykəndiyi fiqhi əsas budur ki, qəti (dəqiq) və adətən yəqinlik ifadə edən astronomik hesablamalara etimad etmək icazəlidir və gecənin bir hissəsində olsa da, müştərək olduğumuz hər hansı bir ölkədə və ya məntəqədə hilalın görünməsinin mümkünlüyü kifayət edir. Buna əlavə olaraq Seyidə görə adi gözlə görməklə yaxınlaşdırıcı cihaz vasitəsilə görmək arasında heç bir fərq yoxdur, hər iki görmə mötəbərdir. ... Beləliklə, hilalın göründüyü məntəqələrlə gecənin bir hissəsində belə müştərək olan məntəqələrə nisbətdə (Azərbaycan da o məntəqələrdəndir) çərşənbə axşamı günü (05.07.2016) 1437-ci il şəvval ayının ilk günüdür. Lakin Avstraliya, Yeni Zellandiya, Yaponiya, Malayziya, İndoneziya, Çin və onlar kimi Yer kürəsinin şərq hissəsində yerləşən və hilalın göründüyü məntəqələrlə gecənin bir hissəsində belə müştərək olmayan regionlarda şəvval ayının 1-i 2016-cı il 6 iyul çərşənbə gününə təvafüq edəcəkdir. Allahdan istəyirik ki, bu bayramı İslam dünyası üçün xeyirli və bərəkətli qərar versin, müsəlmanların sözünü bir yerə toplasın və mövqelərini birləşdirsin, onların cəmiyyətindən fitnə-fəsadı aparsın və ölkələrini sionistlərin, Amerikanın, Böyük Britaniyanın, Atlantika İttifaqının (NATO), digər istismarçı qüvvələrin işğalından və yerli zalımların zülmündən azad etsin!”

 Allahdan istəyirik ki, bu bayram bütün azərbaycanlılar arasında xeyirə və haqqa açılış günü olsun! AMİN!


İzah: Bəyanata və 1437-ci il (m. 2016) şəvval ayı hilalının sxeminə diqqət etməklə məlum olur ki, 4 iyul axşam Günəş batarkən bizim ölkənin üfüqündə ayparanın görünməsi qeyri-mümkündür. Lakin gecənin bir hissəsində olsa da belə müştərək olduğumuz ölkələrin birində – tünd göy rəngdə yerləşən ölkələrə baxın – ayparanın teleskopdan istifadə etməklə görünməsinin mümkünlüyü ilə Seyid Fəzlullahın fitvasına əsasən bizim üçün də şəvval ayının əvvəli sübuta yetmiş olur. Deməli, Azərbaycanda 4 iyul axşam bayram axşamı, 5 iyul isə Fitr bayramı günüdür.

 "MİLLİ GÖRÜŞ-SABİQUN” HƏRƏKATI



  Şərhlər / 0 Şərh




 Şərh yazın


Ad və soyadınız* :
E-mail* :
Ölkə / Şəhər* :
Şərhiniz* :


ƏLLAMƏ BURQUİ


11

free counters

Sabiqun 2011-2019 © Bütün hüquqlar qorunur
Məlumatlardan istifadə zamanı istinad zəruridir!
Telefon: (+994 50) 429-20-99
Site by: azDesign.ws
 

Yeniliklərə abunə olun