19 Noyabr 2019









SÜBH NAMAZININ VƏ ORUCUN BAŞLANMASI HAQQINDA
Jurnalımızda namaz vaxtları ilə əlaqədar verilən cədvəl bəzi möminlərin etirazına, bəzilərinin isə təəccüb və heyrətinə səbəb olur. Etiraz edənlər bu cədvəlin ölkədə buraxılan cədvəllərə uyğun olmadığınıdavamı>>
A+ Balacalaşdır A+ Böyütmək

BƏYANAT

MƏRHUM DİNİ RƏHBƏR AYƏTULLAH SEYİD FƏZLULLAHIN MÜƏSSİSƏSİNDƏKİ ŞƏRİ HEYƏT: "6 İYUN BAZAR ERTƏSİ GÜNÜ HİCRİ-QƏMƏRİ TƏQVİMİ İLƏ 1437-Cİ İL (M. 2016) MÜBARƏK RAMAZAN AYININ İLK GÜNÜDÜR!”

Mərhum dini rəhbər Ayətullah Seyid Fəzlullahın müəssisəsindəki şəri heyət mərhum Seyidin söykəndiyi fiqhi əsasa uyğun olaraq dəqiq astronomik hesablamalara əsaslanaraq bazar ertəsi gününə təvafüq edən 2016-cı il iyun ayının 6-nı 1437-ci il mübarək ramazan ayının ilk günü elan etmişdir. Beləliklə, 2016-cı il iyun ayının 6-sı bazar ertəsi günü mübarək ramazan ayının ilk günüdür. İyun ayının 5-i axşam niyyət axşamıdır. Bəyanatda deyilir: "Hicri-qəməri təqvimi ilə 1437-ci ilin (m. 2016) ramazan ayının hilalı iyun ayının 5-i bazar günü Qrinviç saatı ilə sübh çağı 03:00-da, yəni Beyrut şəhəri yerli saatla sübh çağı 06:00-da (Bakı vaxtı ilə 07:00-da) doğacaq və Günəş 19:47-də qürub etdikdə bu hilal 17 dəqiqə üfüqdə dayanacaqdır. Ay Günəşin batışından sonra 20:04-də batacaqdır. Hilalın ömrü təqribən 13 saat 48 dəqiqə olacaqdır. Təqribən 31:05:03 dərəcə Beyrut şəhərinin üfüqü üstünə yüksələcək, Günəşdən 4 dərəcə və 8 dəqiqə uzaqlaşacaq, hilalın qalınlığı 13:00:00, parıltı nisbəti 00:67% olacaq və Yerdən 365195.20 km. uzaq olacaqdır. Bu xüsusiyyətləri ilə dünyanın bir çox regionlarında ya adi gözlə, ya da yaxınlaşdırıcı cihazlar vasitəsilə hilalın görünməsi mümkün olacaq. Beləliklə, bazar ertəsi günü (06.06.2016) 1437-ci il ramazan ayının ilk günüdür. Seyid Fəzlullahın söykəndiyi fiqhi əsasa görə bu hökm Yer kürəsinin hər iki hissəsinə – Şərq və Qərb hissələrinə şamil edilir.

Seyid Fəzlullahın söykəndiyi fiqhi əsas budur ki, qəti (dəqiq) və adətən yəqinlik ifadə edən astronomik hesablamalara etimad etmək icazəlidir və gecənin bir hissəsində olsa da, müştərək olduğumuz hər hansı bir ölkədə və ya məntəqədə hilalın görünməsinin mümkünlüyü kifayət edir. Buna əlavə olaraq Seyidə görə adi gözlə görməklə yaxınlaşdırıcı cihaz vasitəsilə görmək arasında heç bir fərq yoxdur, hər iki görmə mötəbərdir.

Allahdan istəyirik ki, bu ayı İslam dünyası üçün xeyirli və bərəkətli qərar versin, müsəlmanların sözünü bir yerə toplasın və mövqelərini birləşdirsin, onların cəmiyyətindən fitnə-fəsadı aparsın və ölkələrini sionistlərin, Amerikanın, Böyük Britaniyanın, Atlantika İttifaqının (NATO), digər istismarçı qüvvələrin işğalından və yerli zalımların zülmündən azad etsin!”

 Allahdan istəyirik ki, bu ay bütün azərbaycanlılar arasında xeyirə və haqqa açılış ayı olsun! AMİN!


İzah: Bəyanata və 1437-ci il (m. 2016) ramazan ayı hilalının sxeminə diqqət etməklə məlum olur ki, 5 iyun axşam Günəş batarkən bizim ölkənin üfüqündə ayparanın görünməsi qeyri-mümkündür. Lakin gecənin bir hissəsində olsa da belə müştərək olduğumuz ölkələrin birində – tünd göy və çəhrayı rəngdə yerləşən ölkələrə baxın – ayparanın teleskopdan istifadə etməklə və adi gözlə görünməsinin mümkünlüyü ilə Seyid Fəzlullahın fitvasına əsasən bizim üçün də ramazan ayının əvvəli sübuta yetmiş olur.

 "MİLLİ GÖRÜŞ-SABİQUN” HƏRƏKATI

 



  Şərhlər / 0 Şərh




 Şərh yazın


Ad və soyadınız* :
E-mail* :
Ölkə / Şəhər* :
Şərhiniz* :


ƏLLAMƏ BURQUİ


11

free counters

Sabiqun 2011-2019 © Bütün hüquqlar qorunur
Məlumatlardan istifadə zamanı istinad zəruridir!
Telefon: (+994 50) 429-20-99
Site by: azDesign.ws
 

Yeniliklərə abunə olun