11 Dekabr 2019









SÜBH NAMAZININ VƏ ORUCUN BAŞLANMASI HAQQINDA
Jurnalımızda namaz vaxtları ilə əlaqədar verilən cədvəl bəzi möminlərin etirazına, bəzilərinin isə təəccüb və heyrətinə səbəb olur. Etiraz edənlər bu cədvəlin ölkədə buraxılan cədvəllərə uyğun olmadığınıdavamı>>
A+ Balacalaşdır A+ Böyütmək

BƏYANAT (1440-2019)

MƏRHUM DİNİ RƏHBƏR AYƏTULLAH SEYİD FƏZLULLAHIN MÜƏSSİSƏSİNDƏKİ ŞƏRİ HEYƏT: "4 İYUN ÇƏRŞƏNBƏ AXŞAMI GÜNÜ H. Q. TƏQVİMİ İLƏ 1440-CI İL (M. 2019) MÜBARƏK FİTR BAYRAMININ İLK GÜNÜDÜR!”

Mərhum dini rəhbər Ayətullah Seyid Fəzlullahın müəssisəsindəki şəri heyət mərhum Seyidin söykəndiyi fiqhi əsasa uyğun olaraq dəqiq astronomik hesablamalara əsaslanıb çərşənbə axşamı gününə təvafüq edən 2019-cu il iyun ayının 4-nü 1440-cı il mübarək Fitr bayramı günlərinin ilk günü olaraq elan etmişdir. Beləliklə, 2019-cu il iyun ayının 3-ü bazar ertəsi günü mübarək ramazan ayının son günüdür. Bəyanatda deyilir: "Hicri-qəməri təqvimi ilə 1440-cı il şəvval ayının hilalı miladi təqvimi ilə 2019-cu il iyun ayının 3-ü bazar ertəsi günü Qrinviç saatı ilə səhər 10:02-də, yəni Beyrut şəhəri yerli saatla günorta 13:02-də (Bakı vaxtı ilə 14:02-də) doğacaqdır.


Qırmızı rəng: hilalın görünməsinin qeyri-mümkün olduğu bölgələr.

Rəngsiz: hilalın görünməsinin qeyri-mümkün olduğu bölgələr.

Tünd göy: hilalı yalnız teleskopdan istifadə etməklə görmək mümkündür.

Çəhrayı (gülü, açıq gül rəngli): hilalı teleskopdan istifadə etməklə, hava tam buludsuz olduğu və təcrübəli bir müşahidəçi tərəfindən izləndiyi halda adi gözlə görmək mümkündür.

Yaşıl: hilalın adi gözlə görünməsinin mümkün olduğu bölgələr.

Yuxarıda verilən sxemdə göründüyü kimi bazar ertəsi günü axşam (çərşənbə axşamı günü gecə) Şimali və Cənubi Amerikanın bəzi qurşaqlarında (məntəqələrində) hilalın yaxınlaşdırıcı vasitələrlə görünməsi mümkün olacaq. Yuxarıdakı sxemdə göründüyü kimi onlar tünd göy rənglə rənglənmiş qurşaqlardır. Argentina, Braziliya, Çili, Kolumbiya, Ekvador, Meksika, Peru və s. ölkələr bu qurşaqlarda yerləşir. Eyni zamanda başqa qurşaqlarda hilalın görünməsi mümkün olmayacaq. Hilalın göründüyü qurşaqlar gecənin bir hissəsində müştərək olduğumuz qurşaqlar olduğu üçün bizə və deyildiyi kimi hilalın göründüyü qurşaqlarla gecənin bir hissəsində olsa da, müştərək olan bütün qurşaqlara (o cümlədən Azərbaycana) nisbətdə 2019-cu il iyun ayının 4-ü çərşənbə axşamı günü şəvval ayının ilk günüdür (yəni Fitr bayramı günüdür, bazar ertəsi axşam bayram axşamıdır). Lakin Avstraliya, Yaponiya, Koreya, İndoneziya, Malayziya və Çin kimi Uzaq Şərqdə və hilalın göründüyü qurşaqlarla gecənin bir hissəsində müştərək olmayan qurşaqlarda yerləşən ölkələrdə şəvval ayının əvvəli 2019-cu il iyun ayının 5-i çərşənbə günü olacaq. Bə bu Seyid Mühəmmədhüseyn Fəzlullahın "qəti (dəqiq) və adətən yəqinlik ifadə edən astronomik hesablamalara etimad etmək icazəlidir və gecənin bir hissəsində olsa da, müştərək olduğumuz hər hansı bir ölkədə və ya məntəqədə hilalın yaxınlaşdırıcı cihazlarla belə görünməsi kifayət edir” fitvasına uyğundur.

Allahdan istəyirik ki, bu bayramı İslam dünyası üçün xeyirli və bərəkətli qərar versin, müsəlmanların sözünü bir yerə toplasın və mövqelərini birləşdirsin, onların cəmiyyətindən fitnə-fəsadı aparsın və ölkələrini sionistlərin, Amerikanın, Böyük Britaniyanın, Atlantika İttifaqının (NATO), digər istismarçı qüvvələrin işğalından və yerli zalımların zülmündən azad etsin!”

Allahdan istəyirik ki, bu bayram günü bütün azərbaycanlılar arasında xeyirə və haqqa açılış günü olsun! AMİN!

İzah: Bəyanata və 1440-cı il (m. 2019) şəvval ayı hilalının sxeminə diqqət etməklə məlum olur ki, 3 iyun axşam Günəş batarkən bizim ölkənin üfüqündə ayparanın görünməsi qeyri-mümkündür. Lakin gecənin bir hissəsində olsa da belə müştərək olduğumuz ölkələrin birində – tünd göy rəngdə yerləşən ölkələrə baxın – ayparanın teleskopdan istifadə etməklə görünməsinin mümkünlüyü ilə Seyid Fəzlullahın fitvasına əsasən bizim üçün də şəvval ayının əvvəli sübuta yetmiş olur. Deməli, Azərbaycanda 3 iyun axşam bayram axşamı, 4 iyun isə Fitr bayramı günüdür.

 

 "MİLLİ GÖRÜŞ-SABİQUN” HƏRƏKATI



  Şərhlər / 0 Şərh




 Şərh yazın


Ad və soyadınız* :
E-mail* :
Ölkə / Şəhər* :
Şərhiniz* :


ƏLLAMƏ BURQUİ


11

free counters

Sabiqun 2011-2019 © Bütün hüquqlar qorunur
Məlumatlardan istifadə zamanı istinad zəruridir!
Telefon: (+994 50) 429-20-99
Site by: azDesign.ws
 

Yeniliklərə abunə olun