11 Dekabr 2019









SÜBH NAMAZININ VƏ ORUCUN BAŞLANMASI HAQQINDA
Jurnalımızda namaz vaxtları ilə əlaqədar verilən cədvəl bəzi möminlərin etirazına, bəzilərinin isə təəccüb və heyrətinə səbəb olur. Etiraz edənlər bu cədvəlin ölkədə buraxılan cədvəllərə uyğun olmadığınıdavamı>>
A+ Balacalaşdır A+ Böyütmək

RƏHMAN, RƏHİM ALLAHIN ADI İLƏ!

Bu ilin (h. q. 1440 – m. 2019) ikinci Ay tutulması hadisəsi iyul ayının 16-dan 17-ə keçən gecə (h. q. 13-14 zilqədə) baş verəcək. AMEA Nəsirəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının planetlər və kiçik səma cisimləri şöbəsinin müdiri Ədalət Ətayinin REAL TV-yə bildirdiyi məlumata əsasən ölkədə 2019-cu ildə ikinci Ay tutulması iyulun 16-dan 17-nə keçən gecə müşahidə olunacaq. Təbiət hadisəsi saat 00:03-də başlayacaq. Saat 01:31-də tutulma maksimuma çatacaq. Tutulma hadisəsinin bütövlükdə sona çatması saat 02:59-da qeydə alınacaq və həmin vaxt Ayın səthi tam açılacaq. Tutulma gecə saatlarında olduğu üçün prosesi Azərbaycanda da tamamilə müşahidə etmək mümkün olacaq. 

Ay tutulduqda – istər tam olsun, istərsə də qismən – on iki imamçı şiə məzhəbinə görə hər bir mükəlləfin namaz qılması vacibdir. Bu namaza ayat namazı, yaxud xüsuf namazı (səlatul-xüsuf) deyilir.

DİQQƏT: Azərbaycanda ayat namazı tutulma Azərbaycanda müşahidə olunmağa başlayandan etibarən qılınmağa başlayacaq. Ayat namazının vaxtı tutulma tamamən açılana qədər davam edir.

 

ON İKİ İMAMÇI ŞİƏ MƏZHƏBİNDƏ AYAT NAMAZININ HÖKMLƏRİ

 

AYAT NAMAZI NECƏ QILINIR

Ayat namazı ikirükətli namazdır. Hər rükətdə beş rüku və iki səcdə vardır. Ayat namazı iki şəkildə qılına bilər.

Birinci şəkil: Mükəlləf  "Allah rizası üçün ayat namazı qılıram”, – şəklində niyyət etdikdən və təkbirətül-ehram dedikdən sonra Həmd və Surə oxuyur və rükuya gedir. Rükudan sonra ikinci dəfə Həmd və Surə oxuyur və rükuya gedir və beşinci rükuya gedənə qədər həmin tərtibə (qaydaya) əməl edir. Beşinci rükudan qalxdıqdan sonra səcdəyə gedir və iki səcdədən sonra ikinci rükəti də həmin qaydada qılır və ikinci rükətin ikinci səcdəsindən sonra təşəhhüd və salamı oxuyur. Namaz tamamlanır.

İkinci şəkil: Mükəlləf niyyət və təkbirətül-ehramdan sonra Həmd oxuyur və Surəni beş hissəyə bölür. Həmddən sonra Surənin bir hissəsini oxuyur və rükuya gedir. Rükudan sonra Həmdi oxumadan Surənin ikinci hissəsini oxuyub, ikinci rükuya gedir. Ondan sonra Surənin üçüncü hissəsini oxuyur və üçüncü rükuya gedir. Beşinci rükuya çatana qədər həmin tərtibə riayət edir. Əgər beşinci rükudan əvvəl oxuduğu Surədən bir ayədən artıq qalarsa, qalan bütün ayələri oxumalıdır. Beşinci rükudan başını qaldırdıqdan sonra səcdəyə gedir. İki səcdəni yerinə yetirdikdən sonra ikinci rükəti də həmin qayda ilə yerinə yetirir. Səcdələrdən sonra təşəhhüd və salamı oxuyur.

Ayat namazının yüngülləşdirilmiş bu ikinci şəklini qılarkən aşağıdakı qaydalara diqqət etmək lazımdır:

– Hər rükudan əvvəl bir tam ayə oxumaq lazımdır.

– Hər rükətdə bir surəni sona çatdırmalıdır. Əgər bir ayədən daha artığı qalarsa, onların hamısını beşinci rükudan əvvəl oxumalıdır. Əgər məsələn, Surə üçüncü rükuda sona çatsa, sonrakı rüku üçün bir Həmd və Surə, yaxud bir Surənin bir hissəsini oxumalıdır və beşinci rükudan əvvəl qalmış rükuların sayına uyğun olaraq Surəni tamamlamalıdır.

Gündəlik namazlarda vacib və ya müstəhəb olan şeylər ayat namazında da vacib və ya müstəhəbdir. Deməli, ayat namazını da təharətli halda üzü qibləyə dayanmaq, övrəti örtmək və başqa şərtlərə riayət etməklə qılmaq lazımdır.

 

GÜNƏŞ, YAXUD AY TUTULDUQDA

AYAT NAMAZININ VAXTI VƏ ONUN HÖKMLƏRİ

Ayat namazının vaxtı Günəş və Ay tutulmağa başladıqda tamamən açılana qədər davam edir. Lakin zəlzələ, şimşək və ondan başqa şeylər üçün qılınan ayat namazının xüsusi bir vaxtı yoxdur. Əksinə, hadisə baş verən kimi mükəlləf dərhal onu qılmalıdır. Əgər dərhal qıla bilməsə və qısa, yaxud uzun bir müddət keçsə, onu qəza niyyəti ilə yerinə yetirməlidir.

Əgər mükəlləf Günəşin, yaxud Ayın tutulmasını onlar açılana qədər bilməsə, əgər disk tam tutulmuşdursa, qəza vacibdir. Əgər qismən tutulmuşdursa, qəza vacib deyil.

Günəşin, yaxud Ayın tutulduğunu bildiyi halda namaz qılmazsa, qəza etməsi vacibdir. İstər tam tutulsun, yaxud qismən. Lakin zəlzələ və bunun kimi işlərə gəlincə onlar baş verdikdə onlardan xəbərdar olmayıbsa da, zaman müddətində dərhal onu yerinə yetirməlidir.

Ayat namazında şəkk etmək bir neçə şəkildə olur:

– Rükətlərin sayında şəkk etmək; bu halda namaz batildir.

– Səcdəyə daxil olmamışdan əvvəl rükuların sayında şəkk etmək; yəni mükəlləf dördüncü, yaxud beşinci rüku olduğuna şəkk edir. Bu zaman fikrini azın üzərinə qoymalı və namazı tamamlamalıdır. Namazı səhihdir.

– Səcdəyə daxil olduqdan sonra rükuların sayında şəkk etmək; bu zaman öz şəkkinə etina etməməlidir.

– Birinci rükətin axırı olan beşinci rükuda, yaxud ikinci rükətin əvvəli olan altıncı rükuda olduğuna şəkk etmək; bu zaman fikrini cəmləyə bilməsə, namazı batildir, çünki namazın rükətlərində şəkk edir.

 "Milli Görüş-Sabiqun” Hərəkatı 


  Şərhlər / 0 Şərh




 Şərh yazın


Ad və soyadınız* :
E-mail* :
Ölkə / Şəhər* :
Şərhiniz* :


ƏLLAMƏ BURQUİ


11

free counters

Sabiqun 2011-2019 © Bütün hüquqlar qorunur
Məlumatlardan istifadə zamanı istinad zəruridir!
Telefon: (+994 50) 429-20-99
Site by: azDesign.ws
 

Yeniliklərə abunə olun