19 Noyabr 2019









SÜBH NAMAZININ VƏ ORUCUN BAŞLANMASI HAQQINDA
Jurnalımızda namaz vaxtları ilə əlaqədar verilən cədvəl bəzi möminlərin etirazına, bəzilərinin isə təəccüb və heyrətinə səbəb olur. Etiraz edənlər bu cədvəlin ölkədə buraxılan cədvəllərə uyğun olmadığınıdavamı>>
A+ Balacalaşdır A+ Böyütmək

BƏYANAT

MƏRHUM DİNİ RƏHBƏR AYƏTULLAH SEYİD FƏZLULLAHIN MÜƏSSİSƏSİNDƏKİ ŞƏRİ HEYƏT: "2 SENTYABR CÜMƏ GÜNÜ HİCRİ-QƏMƏRİ TƏQVİMİ İLƏ 1437-Cİ İL (M. 2016) ZİLHİCCƏ AYININ İLK GÜNÜDÜR!”

Mərhum dini rəhbər Ayətullah Seyid Fəzlullahın müəssisəsindəki şəri heyət mərhum Seyidin söykəndiyi fiqhi əsasa uyğun olaraq dəqiq astronomik hesablamalara əsaslanaraq cümə gününə təvafüq edən 2016-cı il sentyabr ayının 2-ni 1437-ci il zilhiccə ayının ilk günü elan etmişdir. Beləliklə, 2016-cı il sentyabr ayının 2-si cümə günü zilhiccə ayının ilk günüdür. Bəyanatda deyilir: "Yeni hilal miladi təqvimi ilə 2016-cı il sentyabr ayının 1-i cümə axşamı günü Qrinviç saatı ilə 09:03-də, yəni Beyrut şəhəri yerli saatla 12:03-də (Bakı vaxtı ilə 13:03-də) doğacaq. Bu gecənin axşamında (yəni cümə gecəsi) Yer kürəsinin şərq hissəsində və dünyanın digər regionlarında hilalın görünməsi qeyri-mümkün olacaqdır. Lakin Cənubi Amerikanın yuxarı qərb sahili istisnadır. Orada hilalın görünməsi yaxınlaşdırıcı cihaz (teleskop) vasitəsilə mümkün olacaq. Buna əsasən hilalın göründüyü regionlarla gecənin bir hissəsində belə müştərək olan regionlara nisbətdə (Azərbaycan da o regionlardandır və hilalın teleskopla görünməsi mümkün olan Cənubi Amerika ölkələrindən biri Perunun paytaxtı Lima şəhəri ilə Bakı şəhəri arasında sentyabrın 1-dən 2-nə kecən gecə 2 saat 19 dəqiqə gecə müştərəkliyi vardır) cümə günü (02. 09. 2016) 1437-ci il zilhiccə ayının ilk günüdür. Deyilmiş qaydada hilalın göründüyü regionlarla gecə müştərəkliyi olmayan regionlara nisbətdə isə zilhiccə ayının əvvəli 03. 09. 2016-cı il şənbə günüdür. Və bu, Seyid Fəzlullahın söykəndiyi fiqhi əsasa uyğun olaraq belədir və o əsaslar aşağıdakılardır:

1. Qəti (dəqiq) və adətən yəqinlik ifadə edən astronomik hesablamalara etimad etmək icazəlidir.

2. Gecənin bir hissəsində olsa da, müştərək olduğumuz hər hansı bir ölkədə və ya məntəqədə hilalın görünməsinin mümkünlüyü kifayət edir.

3. Adi gözlə görməklə yaxınlaşdırıcı cihaz vasitəsilə görmək arasında heç bir fərq yoxdur, hər iki görmə mötəbərdir.

Allahdan istəyirik ki, bu ayı İslam dünyası üçün xeyirli və bərəkətli qərar versin, müsəlmanların sözünü bir yerə toplasın və mövqelərini birləşdirsin, onların cəmiyyətindən fitnə-fəsadı aparsın və ölkələrini sionistlərin, Amerikanın, Böyük Britaniyanın, Atlantika İttifaqının (NATO), digər istismarçı qüvvələrin işğalından və yerli zalımların zülmündən azad etsin!”

 Allahdan istəyirik ki, mübarək həcc ziyarətinin həyata keçirildiyi bu ay bütün azərbaycanlılar arasında xeyirə və haqqa açılış ayı olsun! AMİN!

İzah: Bəyanata və 1437-ci il (m. 2016) zilhiccə ayı hilalının sxeminə diqqət etməklə məlum olur ki, 1 sentyabr axşam Günəş batarkən bizim ölkənin üfüqündə ayparanın görünməsi qeyri-mümkündür. Lakin gecənin bir hissəsində olsa da, müştərək olduğumuz ölkələrin birində – Tünd göy rəngdə yerləşən Perunun paytaxtı Limanın sentyabrın 1-dən 2-nə keçən gecəsini "Milli Görüş-Sabiqun” hərəkatının əsaslandığı namaz vaxtlarına istinad etməklə Bakı şəhərinin gecəsi ilə müqayisə edin. Həmin gecə Bakı ilə Lima arasında 2 saat 19 dəqiqə gecə müştərəkliyi olduğunu görəcəksiniz. – ayparanın teleskopdan istifadə etməklə görünməsinin mümkünlüyü ilə Seyid Fəzlullahın fitvasına əsasən bizim üçün də zilhiccə ayının əvvəli sübuta yetmiş olur. Beləliklə, Seyid Fəzlullahın söykəndiyi fiqhi əsasa görə 2016-cı il 11 sentyabr Azərbaycanda Qurban bayramı günüdür.

 "MİLLİ GÖRÜŞ-SABİQUN” HƏRƏKATI



  Şərhlər / 0 Şərh




 Şərh yazın


Ad və soyadınız* :
E-mail* :
Ölkə / Şəhər* :
Şərhiniz* :


ƏLLAMƏ BURQUİ


11

free counters

Sabiqun 2011-2019 © Bütün hüquqlar qorunur
Məlumatlardan istifadə zamanı istinad zəruridir!
Telefon: (+994 50) 429-20-99
Site by: azDesign.ws
 

Yeniliklərə abunə olun