11 Dekabr 2019









SÜBH NAMAZININ VƏ ORUCUN BAŞLANMASI HAQQINDA
Jurnalımızda namaz vaxtları ilə əlaqədar verilən cədvəl bəzi möminlərin etirazına, bəzilərinin isə təəccüb və heyrətinə səbəb olur. Etiraz edənlər bu cədvəlin ölkədə buraxılan cədvəllərə uyğun olmadığınıdavamı>>
A+ Balacalaşdır A+ Böyütmək

RƏHMAN, RƏHİM ALLAHIN ADI İLƏ!

 

MÜSƏLMANLARIN NƏZƏRİNƏ!

(ÖLKƏ MÜSƏLMANLARI 60 DƏQİQƏ ARTIQ ORUC TUTMAĞA MƏCBUR EDİLİR!)

Hicri-qəməri təqvimilə 1440-cı il ramazan ayı (m. 2019, may-iyun) ilə əlaqədar "Qafqaz Müsəlmanları İdarəsi” tərəfindən hazırlanan ramazan təqvimində sübh namazının vaxtı Quranda bəyan olunan şəri ölçüyə uyğun təyin olunmamışdır. Quranda fəcri-sadiq üçün göstərilən ölçü zamana çevrildikdə ciddi xətaya yol verilmişdir. Bu təqvimə əsasən ramazan ayının ilk günü üçün sübh namazının vaxtı qurani ölçüyə uyğun olan sübh namazının vaxtından 43 dəqiqə əvvəl müəyyənləşdirilmişdir. Bu vaxt oruca başlamaq (imsak) çətinlik yaratmaq istisna olmaqla heç bir problem yaratmır, lakin sübh namazı öz vaxtından 43 dəqiqə əvvəl qılınır ki, bu da onun batil olması ilə nəticələnir.

Qurana görə fəcrin ağ sapı qara sapından fərqləndiyi vaxt ("Bəqərə”, 187) – Buna fəcri-sadiq deyilir və müşahidələrə görə bu vaxt Günəş 9 dərəcə üfüqün altında olur – orucun, həmçinin sübh namazının başlandığı vaxtdır ki, el arasında buna "dan yerinin ağarması” deyilir. Bu vaxt üfüqdə işartı olduğuna görə hava alaqaranlıq (yarıişıq) olur.

İdarə tərəfindən hazırlanan həmin təqvimə əsasən mükəlləf 15 dəqiqə də gec iftar açmalıdır, çünki, məsələn ramazan ayının ilk günü iftar vaxtı 19:41-də olduğu bir halda (çünki Günəş həmin saatda batır və Günəşin batması ilə iftar etmək icazəli olur) İdarə tərəfindən hazırlanan təqvimdə iftar vaxtının (məğrib azanının) 19:56-da olduğu qeyd olunmuşdur. Bu o deməkdir ki, oruc tutan şəxs bu uzun yaz günlərində 58 dəqiqə artıq oruc tutmalıdır. Bu oruc tutanların səhhətində ciddi problemlər yaratmaqla yanaşı, eyni zamanda dində çətinlikdir də. Halbuki ayələr və hədislər dinin asanlığından və çətin olmamasından xəbər vermişdir. Allah-Taala Quranda buyurur: "Allah dində üzərinizə heç bir çətinlik qoymadı. ...” ("Həcc”, 78)

"Allah sizin üçün ağırlıq deyil, yüngüllük istər. ...” ("Bəqərə”, 185)

Peyğəmbər (s) buyurmuşdur: "Sizə asan və çətin olmayan bir şəriət gətirmişəm”. ("Vəsailuş-Şiə”, c. 8, s. 116)

Dediklərimizin daha yaxşı başa düşülməsi üçün prof. d-r Əbdüləziz Bayındır tərəfindən qələmə alınmış "Sübh namazının və orucun başlanması haqqında” adlı məqaləni oxumağı sizə tövsiyə edirik. İnanırıq ki, həmin məqalə bu məsələ ilə əlaqədar yaranmış bütün şübhələri aradan qaldırıb doğru addım atmağınıza səbəb olacaq. Nəzərinizə çatdırırıq ki, bu məsələ ilə əlaqədar ilk araşdırmanı prof. d-r Əbdüləziz Bayındır başlamış və o, öz araşdırmalarının həqiqət olduğunu dini şəxsiyyətlərə və məqamlara dəlillərlə sübuta yetirmişdir. Lakin buna baxmayaraq, müəyyən səbəblərə görə bütün bunlar təqvimlərdə öz əksini tapmamışdır.

"Milli Görüş-Sabiqun” Hərəkatı

www.sabiqun.az  

www.muselmanqadin.az

 

  

"MİLLİ GÖRÜŞ-SABİQUN” HƏRƏKATI

QURANİ ÖLÇÜYƏ UYĞUN NAMAZ VAXTLARI

 

BAKI ŞƏHƏRİ

Hicri-qəməri 1440 – miladi 2019

RAMAZAN

may

iyun

 

Sübh azanı

Günəş

çıxır

Zöhr

azanı

Günəş

batır.

Məğrib

azanı

Gecə

yarısı

1

6

04:45

05:32

12:40

19:41

00:36

2

7

04:44

05:31

12:40

19:42

00:36

3

8

04:42

05:30

12:40

19:43

00:36

4

9

04:41

05:29

12:40

19:45

00:36

5

10

04:40

05:28

12:40

19:46

00:36

6

11

04:39

05:27

12:40

19:47

00:36

7

12

04:37

05:26

12:40

19:47

00:36

8

13

04:36

05:25

12:40

19:48

00:36

9

14

04:35

05:24

12:40

19:49

00:36

10

15

04:34

05:23

12:40

19:50

00:36

11

16

04:33

05:22

12:40

19:51

00:36

12

17

04:32

05:21

12:40

19:52

00:36

13

18

04:31

05:20

12:40

19:53

00:36

14

19

04:30

05:19

12:40

19:54

00:36

15

20

04:29

05:18

12:40

19:55

00:36

16

21

04:28

05:18

12:40

19:56

00:36

17

22

04:27

05:17

12:40

19:57

00:36

18

23

04:26

05:16

12:40

19:58

00:37

19

24

04:25

05:16

12:40

19:59

00:37

20

25

04:25

05:15

12:40

20:00

00:37

21

26

04:24

05:14

12:40

20:00

00:37

22

27

04:23

05:14

12:40

20:01

00:37

23

28

04:22

05:13

12:40

20:02

00:37

24

29

04:22

05:13

12:41

20:03

00:37

25

30

04:21

05:12

12:41

20:04

00:37

26

31

04:20

05:12

12:41

20:05

00:37

27

1

04:20

05:11

12:41

20:05

00:38

28

2

04:19

05:11

12:41

20:06

00:38

29

3

04:19

05:10

12:41

20:07

00:38


 

  

May ayının 23-dən 24-nə, 25-dən 26-na və 27-dən 28-nə keçən gecələr Əhya gecələridir.

Mayın 27-dən 28-nə keçən gecə isə mübarək Qədr gecəsidir.

 

ƏSASLANDIĞIMIZ ŞƏRİ ÖLÇÜ

Quran-kərim: "… Sizin  üçün  fəcrin  ağ  sapı  qara  sapından  fərqlənincəyə  qədər  yeyin  və için! ...” ("Bəqərə”, 187).

Peyğəmbər kəlamı: Allah Rəsulu buyurmuşdur: "İki fəcr (dan) vardır; birinə qurd quyruğu deyilir, fəcri-kazibdir (yalançı dandır), dikinə olur, üfüq xətti boyunca yayılmaz. İkinci fəcr (dan) üfüq xətti boyunca yayılar, dikinə getməz”.

Başqa bir hədisində buyurmuşdur: "Bilalın azanı və dikinə peyda olan dan səhər yeməyinizə mane olmasın, lakin üfüqdə eninə yayılan dan elə deyildir!” ("Müslim”; "Siyam”, 8).

Sübh və məğrib azanlarının (imsak və iftarın) vaxtı ilə bağlı etirazı və sualı olanlar "Milli Görüş-Sabiqun” Hərəkatının saytına müraciət edə bilərlər: www.sabiqun.az ("Sübh namazının və orucun başlanması haqqında” adlı məqalə. Müəllif: Əbdüləziz Bayındır, mütərcim: Xəyyam Qurbanzadə).

 

DİGƏR ŞƏHƏRLƏR ÜÇÜN BAKI VAXTINA EDİLƏN TƏXMİNİ ƏLAVƏLƏR:

Ağdam +11, Ağdaş +10, Ağsu +5, Ağcabədi +10, Ağstafa +18, Astara +4, Babək +18, Balakən +5, Beyləqan +10, Bərdə +11, Cəlilabad +6, Cəbrayıl +12, Culfa +18, Daşkəsən +15, Şabran +4, Şirvan +4, Füzuli +11, Göyçay +8, Gəncə +14, Gədəbəy +16, Goranboy +12, Hacıqabul (Qazıməmməd) +4, Horadiz +10, Göygöl +14, Xaçmaz +4, İsmayıllı +6, İmişli +7, Kəlbəcər +15, Kürdəmir +6, Qax +11, Qazax +19, Qəbələ +8, Quba +5, Qusar +4, Laçın +14, Lənkəran +5, Lerik +7, Masallı +5, Mərəzə +3, Mingəçevir +11, Marneuli (Tiflis) +20, Naxçıvan +18, Neftçala +3, Oğuz +11, Ordubad +16, Saatlı +6, Sabirabad +6, Səlyan +4, Siyəzən +3, Sumqayıt +1, Şamaxı +6, Şahbuz +18, Şəki +12, Şəmkir +15, Şərur +18, Şuşa +13, Tərtər +12, Tovuz +16, Yardımlı +8, Yevlax +11, Ucar +8, Zaqatala +15,  Zəngilan +13, Zərdab +9

 



  Şərhlər / 0 Şərh




 Şərh yazın


Ad və soyadınız* :
E-mail* :
Ölkə / Şəhər* :
Şərhiniz* :


ƏLLAMƏ BURQUİ


11

free counters

Sabiqun 2011-2019 © Bütün hüquqlar qorunur
Məlumatlardan istifadə zamanı istinad zəruridir!
Telefon: (+994 50) 429-20-99
Site by: azDesign.ws
 

Yeniliklərə abunə olun