25 Avqust 2019









SÜBH NAMAZININ VƏ ORUCUN BAŞLANMASI HAQQINDA
Jurnalımızda namaz vaxtları ilə əlaqədar verilən cədvəl bəzi möminlərin etirazına, bəzilərinin isə təəccüb və heyrətinə səbəb olur. Etiraz edənlər bu cədvəlin ölkədə buraxılan cədvəllərə uyğun olmadığınıdavamı>>
A+ Balacalaşdır A+ Böyütmək

SEYİD FƏZLULLAHIN FİQH MƏKTƏBİNDƏN NADİR MİRVARİLƏR

 BÜRCLƏRİN OXUNMASI ... ŞƏRİ VƏ İCTİMAİ İZLƏR

Müxtəlif informasiya vasitələrində insanların oxuması üçün qısa şəkildə bürclər haqqında məlumatlar verilir. Həm də bu məlumatlar quru ota düşmüş alov kimi sürətlə yayılır. Evdar qadınlar, iş yerlərində olan məmurlar, bir sözlə, böyüklü-kiçikli hər kəs öz bürcünü oxuyur, gələcəyini bilmək istəyir. Beləcə hər kəs bürclər üzərində hekayələr yaradır, xəyallar qurur. Baş verən hadisələri gündəlik olaraq kütləvi informasiyalardan bürclərimiz haqqında eşitdiklərimizlə tutuşdurur və ondan məna çıxarmağa çalışırıq. Bu da bizim şüurumuzun formalaşmasına təsir edir, çünki biz bu bürcləri oxuyarkən belə hesab edirik ki, yazılanlar həqiqətdir və bunların doğruluğuna heç bir şübhə yoxdur.

Bu məsələdə radio və televiziya vasitələri də fəal rol oynayır, fərdin ictimai davranışına, düşüncəsinə və mədəniyyətinin formalaşmasına təsir edir ki, bu da mənfi rol oynayır. Bürclərin oxunması ya formadan, ya da məzmundan irəli gəlir. Elmi obyektiv üsullara əsaslanmır. Əksinə, bəzi informasiya vasitələrinin marağı bu işlərin psixoloji-sosial nəticələrinə diqqət yetirməkdən daha çox özlərinə tərəfdar toplamaqdan ibarətdir.

Bürclərin oxunmasına şəri rəyə gəlincə yenilikçi fəqih Seyid Fəzlullah deyir: "Bunun doğruluğuna və qeybi kəşf etməsinə inanmaq və etiqad etmək icazəli deyil. Bürclərin dedikləri ilə üst-üstə düşəcək hadisələr dəyişdirilməsi mümkün olmayan qaçılmaz qədərdir və bu məlumatlar insanı dua və təvəkküldən uzaqlaşdırır. Lakin onlara inanmadan bu məlumatlarla tanış olmaq haram deyildir. Möminə yaraşmaz ki, reallıqla əlaqəsi olmayan bu məsələlərdə vaxt itirsin, xüsusilə də iş bəzən inhirafla (sapma ilə) nəticələnərsə”.

Bürclərin günün uğurlu və ya uğursuz keçməsi ilə gələcəkdə baş verəcək hadisələrin necə olması ilə əlaqəsi olması haqqında verilən suala Seyid belə cavab verir: "Bürclərin günlərin müvəffəqiyyətli  və uğursuz olması və buna oxşar işlərlə heç bir əlaqəsi yoxdur. Bu cür deyilənlərə inanmaq icazəli deyil. Ələlxüsus bürclərin müstəqil şəkildə və Allah-Taalanın iradəsindən uzaq bir şəkildə təsirinə inanmaq heç caiz deyildir. İnsanlar arasında yayılan bu məsələlərin reallıqla heç bir əlaqəsi yoxdur. ...”[1]

Qəzet və jurnallarda bürclər barədə yazılanlar haqqında Seyid belə deyir: "Bu adət cəmiyyətimizdə çox yayılmışdır. Hətta qəzet və jurnalların çoxu buna müəyyən səhifələr ayırmağa başlamışlar. İnsanlara təskinlik verməyə çalışırlar ki, filan bürcün sahibi müəyyən bir mizaca (xarakterə), yaxud başqa bir vəziyyətə açıq olan müəyyən bir duruma sahibdir. Lakin biz bu məqamda heç bir islami dəlil (sübut və fakt) tapa bilmirik. Əksinə, qeybə boylanan münəccimlik elmini öyrənməyi qadağan edən hədislərlə rastlaşırıq. Hətta Əhli-Beyt imamlarından bəziləri bu elmdən istifadə edən belə insanlara demişlər: "Bunlardan hökm çıxarırsan?!” "Bəli!” – deyə cavab verildikdə buyurmuşdur: "Kitablarını yandır!...” Bu vasitələri gələcək qeybi hadisələri öyrənmək üçün bir mənbə hesab etməyin və fakt kimi götürməyin heç bir əsası yoxdur, çünki bütün bunların insan və kosmik (təkvini) hadisələrlə heç bir əlaqəsi və bağlılığı yoxdur. Ola bilsin ki, bürclər və fələk məsələsinin əsası İslamdan əvvəlki bəzi qeyri-islami əqidələrdən qaynaqlanır. İslamdan əvvəlki əqidələrdə bəziləri bürclərin və ulduzların insani və kosmik hadisələrə təsir etdiyinə etiqad edirdilər. Belə fikirlər də bu məsələni astronomiya elmi ilə əlaqələndirməyə gətirib çıxarır və onlar da gələcək haqqında təsəvvür yürüdürlər. ...”[2] Seyid söhbətinə belə xitam verir ki, bürclər dünyasının və göy cisimlərinin hərəkətinin insan aləminə, yaxud onun vəziyyətlərinin və işlərinin qabaqcadan yoxlanmasına heç bir təsiri yoxdur. Münəccimliyin haram olması, onun təsdiq edilməsinin və onunla məşğul olmağın yasaq olması haqqında hədislər gəlib-yetişmişdir. ...[3]

"Fiqhuş-Şəriə” kitabında belə yazır: "Qeybdən xəbər vermək aşağıdakı işlərdən ibarətdir:

1. Münəccimlik (təncim): "Münəccimlik ulduzların hərəkətinə əsaslanaraq insanın halları (vəziyyətləri), xüsusiyyətləri və başına gələcəyi hadisələr haqqında xəbər verməkdən ibarət olan bir işdir. Və bu, həmin hərəkətin insan həyatına təsiri barəsində xəbər verən şəxsə etiqad etməkdən ibarətdir”. Bu, doğru olmayan batil bir etiqaddır. Bu iş haramdır (yəni bu işlə məşğul olmaq haramdır). Bu işi görmək və ona görə muzd (maaş) almaq icazəli deyildir. Bəli, mədd-cəzr (dəniz suyunun vaxtaşırı qabarması və çəkilməsi) və onlar kimi Yerin hərəkətinin digər ulduzlarla qismən üst-üstə düşməsi nəticəsində yaranan təbii hadisələr barəsində xəbər verməyin buna heç bir aidiyyəti yoxdur”[4]. ...

MÜTƏRCİM: XƏYYAM QURBANZADƏ



[1] "əl-Məsailul-Fiqhiyyə”, "əl-Müaməlat”, s. 66

[2] "Dünyəş-Şəbab” ("Gənclərin Dünyası”), s. 254 

[3] "Fikir və Mədəniyyət” qəzeti, 554-cü say, 2008-ci il

[4] c. 2, s. 172, 212-ci məsələ 



  Şərhlər / 0 Şərh




 Şərh yazın


Ad və soyadınız* :
E-mail* :
Ölkə / Şəhər* :
Şərhiniz* :


ƏLLAMƏ BURQUİ


11

free counters

Sabiqun 2011-2019 © Bütün hüquqlar qorunur
Məlumatlardan istifadə zamanı istinad zəruridir!
Telefon: (+994 50) 429-20-99
Site by: azDesign.ws
 

Yeniliklərə abunə olun