28 Mart 2020









SÜBH NAMAZININ VƏ ORUCUN BAŞLANMASI HAQQINDA
Jurnalımızda namaz vaxtları ilə əlaqədar verilən cədvəl bəzi möminlərin etirazına, bəzilərinin isə təəccüb və heyrətinə səbəb olur. Etiraz edənlər bu cədvəlin ölkədə buraxılan cədvəllərə uyğun olmadığınıdavamı>>
A+ Balacalaşdır A+ Böyütmək

ƏLLAMƏ BURQUİYƏ QARŞI KİM TERROR ETDİ?

Vuran şəxs kim idi? Sonra məlum oldu və sübuta yetdi ki, bu, İdarə Heyətinin işi olmuşdur. Cəmiyyətin keşikçiləri vasitəsilə terroru həyata keçirmişdir. Mən on il xanənişin olduğum, qocaldığım üçün o qədər də mübarizə aparmağa qadir olmadığım və respublika dövlətinin xeyir və şəri ilə o qədər də işim olmadığı bir halda işləri idarə edən şəxslər, həqiqətən, nə üçün bu cinayətə əl atmışlar?

Lakin əqidə azad olmadığına, təəssübkeşlərin və bidət müdafiəçilərinin bir xurafatını (Mehdi əqidəsi xurafatını) batil etdiyimə görə onların qəzəbinə tuş gəlmişəm. Dəlil və məntiqləri olmadığına görə terrora əl atmışlar. Ustad Qələmdarana qarşı da belə bir iş həyata keçirmişdilər. Bir çox qərinələr vuranların respublika dövlətinin məmurları olduğunu göstərir.

 

İSLAM RESPUBLİKASININ ƏLLAMƏ

 BURQUİYƏ QARŞI TERROR ETMƏSİNİN DƏLİLLƏRİ

Onların bəzilərini aşağıda sizin nəzərinizə çatdırırıq:

1. Məni öldürmək məqsədilə qana batırdıqda və güllə baş tərəfdən girib üzün digər tərəfindən çıxdıqda radiotelefonla (simsiz telefonla) "İş sona çatdı”, – deyə xəbər verdilər. Vuranların radiotelefonla təchiz olunmasının özü onların dövlətə bağlı olduqlarının açıq dəlilidir.

2. Dost, tanışlar "Keyhan” və "İttilaat” qəzetlərinə və digər qəzetlərə məlumat verdilər ki, bu xəbəri hadisələr bölməsində yazsınlar. Lakin heç bir qəzet bu məlumatı öz səhifələrində dərc etmədi.

3. Oğlum işləri idarə edənlərə bir neçə məktub yazdı, lakin onlardan heç biri bu məktublara cavab vermədi.

4. Mən özüm də elanlar yazıb xalq arasında yaydım və o cümlədən işləri idarə edənlər üçün də göndərdim. Lakin yenə də bir cavab vermədilər.

5. Xeyirxah qonşu Ümidvarın ailəsinin məni xəstəxanaya aparmasından iki gün sonra oranın gözətçilərindən biri ona deyir ki, biz bir neçə dəfə atəş açan adamı görmüşük. O (yəni Ümidvar) soruşur ki, onu tanıyırsınız? O məmur dərhal sözünü dəyişir.

6. Xəstəxanada olduğum üçüncü gün Tehran bazarı pişnamazlarından Seyid Əli Əngəci adlı bir şəxs, başqa bir şeyx və özü ilə gələn bir qrup müharibədə yaralananlarla görüşmək bəhanəsi ilə xəstəxanaya gəlirlər. Halbuki qərinələr onların mənim vəziyyətimi görmək və öyrənmək üçün gəldiklərini göstərir. Məsələn, mən ayaqyoluna tərəf getdiyim koridorda onlarla qarşılaşdım və onlar hələ xəstəxananın otağına daxil olmamışdılar. Barmaqla bir-birinə işarə edir və deyirdilər: "Özüdür!” Həmçinin digər qərinələr.

Hər halda o, görüş əsnasında mənim çarpayımın başı üstünə gəldi; yalandan özünü elə göstərirdi ki, guya məni tanımır, yalnız ruhani olduğum üçün mənim görüşümə gəlib. Lakin mən Ağayi-Əngəci ilə söhbət etdim və onu tanıdığımı dedim. Atasının adını çəkdim, özümü tanıtdırdım və o, heyrət içində donub qalmışdı. Əlbəttə, yaralının kim olduğunu çox yaxşı bilirdi, lakin özünü bilməməzliyə vurdu. Şayəd istəyirdi görsün ki, mənim huşum və hissiyyatım yerindədir? Yaşayacağam, ya öləcəyəm?

Hər halda mən hadisəni danışdıqdan və namaz üstündə mənimlə bu şəkildə davrandıqlarını və üzümə güllə vurduqlarını dedikdən sonra Ağayi-Əngəcinin məiyyətində olan şeyx dərhal xəstəxananın şəfqət bacısının və övladlarımın qarşısında ərəb dilində iftixarla və yüksək səslə belə dedi: "Min nahiyətina!!” Yəni bu cinayət bizim nahiyəmizdə baş vermişdir!!

Mən başa düşdüm ki, bunlar mənim qətlimi özləri üçün fəxr hesab edirlər. Orada olan böyük qızım ona etiraz edir və onlarla övladlarım arasında mübahisə başlayır. Hər halda başa düşdüm ki, mənim ölüm hökmümü dövlət vermiş və komitənin əməkdaşlığı ilə həyata keçirilmişdir.

7. Əgər məni vuran şəxs dövlətin məmuru olmasaydı, onu təqib edib tapardılar. Belə ki, mənə qarşı terror olunduqdan bir neçə gün əvvəl Nasir Xosrov prospektində bir bomba partlamışdı. Dövlət üç gün ərzində o işin icraçılarını ortaya çıxardı. Lakin mənim terrora məruz qalmağımla əlaqədar heç bir addım atmadı. Əksinə, xəstəxanada olduğum vaxt "Evin” zindanından məmurlar gəldilər və mənim vəziyyətimi gördükdə mənə dedilər ki, vuranları halal edin!!

Eyni vaxtda mənzildə o qadın və həmçinin hadisə baş verən gün qonağım olan həmin şəxs, yəni Ağayi-Salxorde hər ikisi izhar etdilər ki, əsr vaxtı sual vermək bəhanəsilə bizim evimizə gələn şəxslərin hər üçünün belində silah var idi!!

8. Xəstəxanada yatdığım bir neçə gün ərzində davamlı olaraq bir qrup keşikçi gecə-gündüz paltarın altında tapança ilə otağımın ətrafında keşik çəkirdi. Bir neçə saatdan bir isə növbə dəyişdirirdilər. Bu keşikçilər və onların rəisi ardı-arası kəsilmədən övladlarıma deyirdilər: Nə üçün bu kişini evə, yaxud xüsusi bir xəstəxanaya aparmırsınız?! Nə qədər tezdir onu xəstəxanadan çıxarın və aparın!

Hətta onlardan bəziləri deyirdilər: "O, Əlinin düşmənidir!! Onu müalicə etmək olmaz!!” Məlum oldu ki, müalicə olunmağımı istəmirdilər. Hətta hadisə baş verən gecə qızımı köməyimə gəlməyə qoymamışdılar. Başımın üstündə dayanmağa icazə vermək əvəzinə sorğu-sual etmək üçün onu komitəyə aparmışdılar.

9. Xəstəxanaya gəlmiş bir qrup boşboğaz və mənasız adam ardı-arası kəsilmədən "Allah onu məhv eləsin! O, Əlinin düşmənidir!” – deyir və söyüş söyürdülər!!

10. Övladımın bir neçə dostu ilə bizim evə getdikləri cümə axşamı günü – yəni həmin gün terrordan sonra görürlər ki, bizim evin telefonu kəsilib. Həmçinin terror gecəsi tutduqları və prospektlərin birində buraxdıqları Ağayi-Salxordeni azad etdikləri vaxt təhdidlə ona deyirlər ki, hadisəni heç bir yerdə danışmasın!

Hətta dövlət məmurları həmin ilk gecədə güllə səsini eşidən qonşularımızdan tələb etdilər ki, Ağayi-Salxordenin adını heç bir yerdə çəkməsinlər və onun haqqında heç bir söz danışmasınlar.

Dövlətin mənə qarşı terror etmək istədiyinin və atəş açan şəxsin də hökumət məmuru olduğunun ən mühüm dəlillərindən biri də budur ki, hadisədən bir neçə gün keçdikdən sonra Ağayi-Salxorde öz ezamiyyət sinfində iştirak etdikdə[1] dövlət tərəfindən gəlmiş məmurlar onu həbs edirlər və öhdəlik alırlar ki, Burquinin terror olunma hadisəsini heç kimə danışmasın!

Əlbəttə, məni vuranların bizim mənzilimizdə onu həbs etdikləri və mənzildən çıxardıqları gecə ondan soruşdular ki, bu kişinin evinə niyə gəlmisən? O, səni sünni etmək istəyir. Ağayi-Salxorde onlara cavab verir ki, mən özüm elə əhli-sünnəyəm. Canilər ona inanmırlar. O deyir ki, əgər sözümə inanmırsınızsa, "Məşhəd Qaz İdarəsi”ndən soruşa bilərsiniz. Mən qaz idarəsinin işçilərindənəm və hal-hazırda "Məşhəd Qaz Şirkəti”nin məmuru olaraq Tehrana gəlmişəm. Əlbəttə, bu barədə "Tehran Qaz İdarəsi”ndən də soruşub istədiyiniz məlumatı öyrənə bilərsiniz.

Bu şəkildə canilər hökumətə xəbər verirlər. Buna görə də bir neçə gündən sonra dərs otağında həbs edib qorxudurlar. Yoxsa, cinayətkarlar hökumətə xəbər verməsəydilər, dövlət məmurları Salxordenin kim olduğunu və harada olduğunu necə bilərdilər?!

Hər halda onu dərs vaxtı həbs edib məcbur edirlər ki, Burquinin terror olunma hadisəsini heç kimə deməsin. O da məcburən və iş yerində problemlə qarşılaşmamaq üçün öhdəlik götürür. Beləliklə, şübhə yeri qalmır ki, bu sui-qəsd hökumətin işi olmuşdur.

Əlbəttə, digər qərinələr də mövcuddur. Məsələn, xarici (qeyri-İrani) agentliklər radio vasitəsilə mənim terrora məruz qalmağım barədə məlumat verdilər. Lakin "molla” dövləti, onun qəzetləri və İran radiosu o xəbər haqqında heç bir söz açmadı!!

(ardı var)

"Faciəli günlər” kitabından

Mütərcim: Xəyyam Qurbanzadə

[1] O, qısa müddətli təkmilləşdirmə mərhələsi keçməsi üçün "Məşhəd Qaz İdarəsi” tərəfindən Tehrana "Qaz İdarəsi Mərkəzi”nə ezam olunmuşdu.




  Şərhlər / 0 Şərh




 Şərh yazın


Ad və soyadınız* :
E-mail* :
Ölkə / Şəhər* :
Şərhiniz* :


ƏLLAMƏ BURQUİ


11

free counters

Sabiqun 2011-2019 © Bütün hüquqlar qorunur
Məlumatlardan istifadə zamanı istinad zəruridir!
Telefon: (+994 50) 429-20-99
Site by: azDesign.ws
 

Yeniliklərə abunə olun