28 Mart 2020









SÜBH NAMAZININ VƏ ORUCUN BAŞLANMASI HAQQINDA
Jurnalımızda namaz vaxtları ilə əlaqədar verilən cədvəl bəzi möminlərin etirazına, bəzilərinin isə təəccüb və heyrətinə səbəb olur. Etiraz edənlər bu cədvəlin ölkədə buraxılan cədvəllərə uyğun olmadığınıdavamı>>
A+ Balacalaşdır A+ Böyütmək

TERROR HADİSƏSİNDƏN SONRA

ƏLLAMƏ BURQUİNİN BƏYANATI

 Terrordan sonra xəstəxanada bir neçə gündən artıq qalmadım. Düşündüm ki, bu vəziyyətdə xəstəxanada qalmağım məsləhət deyil. Xəstəxananın bəzi həkimləri və idarəçiləri dedilər ki, əgər burada qalsanız, siz yenidən təhlükə ilə üzləşə bilərsiniz. Buna görə də beşinci gün xəstəxananın idarəçilərilə xudahafizləşib evə gəldim. Məlum oldu ki, heç evdə və xəstəxanada da amanda deyiləm. Nəinki bizim vəziyyətimiz, eləcə də bizdən də pis millətin vəziyyətidir. Evə qayıtdığım vaxt saqqalım, başım və bədənim hələ də qan içində olduğu üçün oğlum Mühəmmədhüseynlə hamama getdim. Təmizlənib evə qayıtdım. Sonra bizim vəziyyətimizi bilmək istəyən və hadisənin necə baş verdiyindən xəbərdar olmaq istəyən şəxslər üçün aşağıdakı bəyanatı yazdım. Onu bütün dost və tanışlar arasında paylaşdırdım. Bəyanatın mətni aşağıdakı kimidir:

 

RƏHMAN, RƏHİM ALLAHIN ADI İLƏ!

HAQQ SÖZÜN CAVABI GÜLLƏ VƏ TERRORDUR?

 İki həftə əvvəl özünü şiə adlandıran və İran İslam Respublikasına bağlı olduğunu bildirən şəxslərdən biri mənim evimə gəldi. Bəzi suallar verdikdən sonra çıxıb getdi. Gecənin bir vaxtında işa namazını qıldığım zaman iki dəfə geri qayıtdı və məni baş nahiyəmdən güllə ilə vurdu. Əlhəmdülillah vuran şəxsin işi nəticəsiz qaldı. O, öz istədiyi nəticəyə çata bilmədi. Bəli! "Allahın bizim üçün yazdığından başqa, bizə heç bir şey üz verməz. O, bizim Mövlamızdır. ...”[1]

 

AXI BİZ NƏ DEYİRİK?

 Təəssübkeşlər nə üçün bizimlə düşməndirlər? Nə üçün bizi öldürmək istəyirlər? Axı biz nə deyirik ki? Həqiqətdə bu kəramətli ayə bizim vəziyyətimizi və onların düşmənçiliyinin səbəbini bəyan edir. Allah-Taala buyurmuşdur: "Onlardan yalnız Əziz, Həmid Allaha iman gətirdiklərinə görə intiqam alırdılar”[2].

 Biz deyirik: Allahdan başqasını çağırmayın (yəni Allahdan başqasına dua etməyin)! Necə ki Quranın 100 ayəsində bu, belə də bildirilmişdir. Heç kim Allah qədər Öz bəndələrinin işindən xəbərdar ola bilməz. Heç kim Allah qədər bəndəyə mehriban ola bilməz. Biz deyirik ki, peyğəmbərlər öz vəfatından sonra öz ümmətlərindən xəbərdar deyildirlər. Və baqi aləmdə fani aləmdən xəbərsiz və asudə yaşayırlar. Allah-Taala "Maidə” surəsinin 109-cu ayəsində buyurmuşdur: "Allah peyğəmbərləri toplayıb: "Sizə nə cavab verildi? (yəni xalq sizin dəvətinizə necə cavab verdi?)” – deyə soruşulacağı gün onlar belə cavab verəcəklər: "Biz heç bir şey bilmirik. ...” Quranın bəyanına əsasən İsa əleyhissəlam deyəcək: "... Nə qədər ki onların arasında idim, onların üzərində gözətçi mən idim. Məni öldürdükdə onların üzərində nigahban (gözətçi) ancaq Sən Özün oldun. ...”[3]

 Bizimlə düşməndirlər, çünki onları məzhəbi xurafatlardan xilas etmək istəmişik. Biz Qurana zidd olan heç bir rəvayət və hekayələri qəbul etmirik.

 Biz deyirik: Allah Rəsulu (s) və hidayət imamları (ə) buyurmuşlar: "Bizdən sizə bir söz gəlib çatarsa, həmin söz Allahın Kitabı ilə uyğun gəlməsə, onu biz deməmişik!” Biz deyirik: "Kafi” və "Biharul-ənvar” kimi məzhəbi kitablar Qurana və əqlə zidd olan mətləblərlə doludur. Bu sözlər hidayət imamlarının dedikləri sözlər deyil, bunlar düşmənlərin qondarmalarıdır.

Biz deyirik: İslam dini azadlıq, ədalət və rəhmət dinidir, öldürmə, təzyiq göstərmə və xalqın malının qəsb edilməsi dini deyildir. Allah Öz Elçisinə buyurmuşdur: "... Sən onlara zor edən deyilsən. ...”[4] Allah Rəsulu məkkəliləri bağışladı, baxmayaraq ki, onların hamısı zərər görmüşdülər.

Biz deyirik: şiə əqidəsinə və rəvayətlərinə uyğun olaraq gələcəyi gözlənilən Mehdi (Mehdiyi-Müntəzər) dünya üçün bir əzabdır. Dünya xalqlarını qılıncla öldürəcək və zorla hamını İslama daxil edəcək. Qan atının qarnına qədər yüksələcəkdir. Dünyada kafir qalmayacaq. Bütün bunlar hamısı onun 5, yaxud 7 il hakimiyyət etməsi üçün ediləcəkdir. Bu əqidə doğru bir əqidə deyildir. İlahi ayələrə və sünnətə (adətə) ziddir. Allah-Taala buyurur: "Dində məcburiyyət yoxdur. ...”[5] Həmçinin buyurmuşdur: "Hər hansı bir qövm özünü dəyişmədikcə Allah da onlarda olanları dəyişməz. ...”[6] Allah-Taala "Maidə” surəsinin 14-cü və 64-cü ayələrində buyurur ki, xristianlar və yəhudilər qiyamətə qədər dünyada baqi qalacaqlar.

Biz deyirik ki, şiənin əqidəsi budur ki, imamlar dünyaya yenidən qayıdacaqlar, həm də öz müxaliflərini qəbirlərdən çıxarıb yandıracaqlar və onları cəzalandıracaqlar[7]. Bu əqidə səhih və doğru əqidə deyildir, çünki qiyamətin cəza günü olması danılmaz həqiqətlərdən (müsəlləmatdan) hesab olunur. Bu barədə Quranda buyurulur: "Şübhəsiz ki, sən də öləcəksən, onlar da öləcəklər! Sonra siz qiyamət günü Rəbbinizin hüzurunda mübahisə edəcəksiniz”[8].

Həmçinin buyurulur: "Sonra siz mütləq öləcəksiniz! Sonra siz qiyamət günü yenidən dirildiləcəksiniz!”[9] Bunlardan başqa çoxlu sayda digər ayələr də vardır.

Biz deyirik: Allah Rəsulu (ə) və Əliyyul-Mürtəza heç kimdən şiənin iddia etdiyi xüms və imammalı vergisi almamışdır və onların proqramında belə bir şey olmamışdır. Quranın "Ənfal” surəsinin 41-ci ayəsində bildirildiyi kimi, beşdə bir zəkat müharibə qənimətlərinə aiddir və qazanc mənfəətilə heç bir əlaqəsi yoxdur.

Bu cür haqq əqidələrə görə əvvəlki rejim də bizim nəşrlərimizə yasaq qoydu. "SAVAK”ın gücü ilə bizim məscidimizi əlimizdən aldılar. Saray alimlərinin qarşısında bizə yardım edə biləcək heç bir kəs tapılmadı. İndi də bizim evimizə hücum edib namaz halında bizim cavabımızı güllə ilə verirlər!!!

Zalımların heç bir yardımçısı yoxdur, Allah sizin fəryadınıza çatmayacaq!

Ey müsəlmanlar! Allahın sizə nicat verməyini istəyirsinizsə, bizim qəribcəsinə tövhid nidamıza diqqət edin! Dini və ictimai islahatlara doğru üz çevirməsəniz, davamlı olaraq çətinliklərə, təzyiqlərə və zülmlərə mübtəla olacaqsınız.

Allah xeyirxah müvəhhid millətə – xeyirxah insanın məntiqinə güllə və terror ilə cavab verən yox, öz islahatçılarının səsinə və çağırışına qulaq asan millətə yardımçı olsun!

Bizi vəhhabilikdə ittiham edirlər! Halbuki biz vəhhabi deyilik. Biz yalnız Allahın Kitabına və Rəsuli-Əkrəmin Sünnəsinə dəvət edirik. Bizi nəuzubillah Hz. Əmirülmömininlə düşmənçilikdə ittiham edirlər. Halbuki biz o böyük şəxsiyyətin dostluğunu özümüzə və digərlərinə vacib bilirik. Bu töhmətlər yolu azdırmaq üçündür, çünki biz demişik ki, İslam dini məzhəblərdən fərqlənir və İslamda məzhəb yoxdur. Heç kimin məzhəb yaratmağa haqqı yoxdur. Bu məzhəblər Peyğəmbərin əsrindən çox sonralar yaranmış və özlərinə əşəri, mötəzili, sufi, şeyxi və s. adlar qoymuşlar.

Orijinal İslama qayıtmaq və təfriqədən uzaqlaşmaq lazımdır. İslam rəhmət dinidir və onun Peyğəmbəri Quranın bəyanına əsasən aləmlərə rəhmət olaraq göndərilmişdir. İslam kobudluq, zorakılıq və qəddarlıq dini deyildir. İslam inhisarçılıq və monopolistlik dini deyildir, təəqqül və azadlığa dəvət dinidir.

Allah Rəsulu Ühüd döyüşündə zərər gördü, dişləri və burnu sındı. Əshabə dedi: "Onlara nifrin et!” Əshabələrinə belə cavab verdi: "Mən nifrin və lənət üçün göndərilməmişəm. Mən dəvət (çağırış) və rəhmət üçün göndərilmişəm. Allahım, qövmümü hidayət et, həqiqətən, onlar cahildirlər!”

Bu əqidələrə görə bizim qətlimizi vacib və qanımızı da hədər bilirlər. Biz hansı halalı haram etmişik? Halbuki mən yalnız bacardığım qədər sizi islah etmək istəyirəm. Mənim müvəffəqiyyətim yalnız Allahın köməyilədir. Mən yalnız Ona təvəkkül etdim. ...[10]

Vəssəlamu əleykum!

Seyid Əbülfəzl Burqui

H. q. 25 şəvval 1406

M. 3 iyul 1986

 "Faciəli günlər” kitabından

Mütərcim: Xəyyam Qurbanzadə



[1] "Tövbə”, 51

[2] "Büruc”, 8

[3] "Maidə”, 117

[4] "Qaf”, 45

[5] "Bəqərə”, 256

[6] "Rəd”, 11

[7] Ricət əqidəsi nəzərdə tutulur. Ricət barəsində Ayətullah Şeyx Əbdülkərim Hairi Yəzdinin şagirdlərindən biri, yəni Ayətullah Əbdülvəhhab Fərid Tonekaboni bir kitab da yazmışdır. Bu kitab illərlə əvvəl bir dəfə çap olunmuşdur. Lakin hal-hazırda mollaların hökumətində yenidən çap olunması mümkün deyildir.

[8] "Zümər”, 30, 31

[9] "Muminun”, 15, 16

[10] "Hud”, 88



  Şərhlər / 0 Şərh




 Şərh yazın


Ad və soyadınız* :
E-mail* :
Ölkə / Şəhər* :
Şərhiniz* :


ƏLLAMƏ BURQUİ


11

free counters

Sabiqun 2011-2019 © Bütün hüquqlar qorunur
Məlumatlardan istifadə zamanı istinad zəruridir!
Telefon: (+994 50) 429-20-99
Site by: azDesign.ws
 

Yeniliklərə abunə olun