25 Avqust 2019









SÜBH NAMAZININ VƏ ORUCUN BAŞLANMASI HAQQINDA
Jurnalımızda namaz vaxtları ilə əlaqədar verilən cədvəl bəzi möminlərin etirazına, bəzilərinin isə təəccüb və heyrətinə səbəb olur. Etiraz edənlər bu cədvəlin ölkədə buraxılan cədvəllərə uyğun olmadığınıdavamı>>
A+ Balacalaşdır A+ Böyütmək

LOTEREYA VƏ BƏZİ ƏYLƏNCƏ OYUNLARININ HÖKMÜ

Günümüzdə əyləndirici oyunlar, televiziya, yaxud telefon, yaxud da internet yarışları olduqca çoxdur. Habelə bəzi kanallarda at, dəvə, dəvəquşu, it, canavar və s. heyvanların həvəsləndirici yarışlarının şahidi oluruq. Həmçinin ənənəvi lotereya və loto oyunları da keçirilir. Bu gün çox az ev taparsan ki, ehtimal olunan uduş həvəsi ilə lotereya və loto almamış olsun. Müəyyən məbləğləri ödədikdən sonra yarışda iştirak etmək üçün bilyard masalarının və müəyyən makinaların yerləşdiyi bir çox əyləncə məkanlarını da unutmayaq.
Bütün bu qeyd olunanların şəri baxımdan izah edilməsi maraq doğurur ki, hər kəs bu yarışların və mükafatların müqabilində öz işini bilsin. Bəzi vaxtlarda bu yarışlar şəri və əxlaqi baxımdan qəbul olunmayan gəlir və əyləncə ab-havası yaradır. Bu da bugünkü nəsillərimizə açıq şəkildə mənfi təsir edir. Bəzi şirkətlər isə bundan öz xeyirlərinə istifadə edirlər.
Bu məsələlərlə bağlı şəri hökmü bilmək üçün yenilikçi fəqih Seyid Mühəmmədhüseyn Fəzlullahın dediklərini diqqətinizə çatdırırıq:
"Bizim rəyimizə əsasən lotereya icazəlidir, çünki o qumar hesab olunmur ...”[1]"
Biz belə hesab edirik ki, lotereya kağızları halaldır. Ondan gələn qazanc halaldır”[2]."
Lotereya qumar deyildir. Onu qumar olaraq qadağan etməyin heç bir əsası yoxdur. Alimlər içərisində onun halallığına fitva verənlər də olmuşdur. …”"Lotereya və loto almaq icazəlidir, çünki o Quran-kərimin qadağan etdiyi qumardan hesab olunmur. Qumar, daxilində qələbə çalmağa çalışmaqla (yəni müğalibə ilə) əldə olunan qazancın olduğu bir oyundur. İnsanın püşkə oxşar bir şeyə daxil olduqdan sonra əldə etdiyi mükafat qumar deyil. Loto, lotereya və onlardan qeyri oyunların növləri arasında heç bir fərq yoxdur. Qumar hesab olunmayan və digər yasaq edilmiş başlığın tətbiq olunmadığı hər bir şey mübah və icazəlidir. Qumarın xüsusiyyəti budur ki, düşmənçilik və nifrət yaratsın və insanı Allahı yada salmaqdan və namaz qılmaqdan ayırsın. Allah bu barədə buyurur: "Şübhəsiz ki, Şeytan içki və qumarla aranızda ədavət və kin salmaq, sizi Allahı yada salmaqdan və namaz qılmaqdan ayırmaq istər. Artıq bu işə son qoyacaqsınızmı?[3]”[4]
Seyid başqa bir yerdə ona verilən suala belə cavab verir: 
"Sual: Livan lotereyasına oxşayan Britaniya lotereyasının aşağıdakı fərqlərin olması ilə alınması icazəlidirmi?
1. Sahib şirkət Britaniya hökumətinə bağlı deyildir və məqsədi qazancdır.
2. Bu lotereyanın gəlirinin bir hissəsi xeyriyyə cəmiyyətlərinə verilir. Lakin bilirik ki, adətən bu cəmiyyətlərə verilən məbləğ mükafatların qiyməti ayrıldıqdan sonra şirkətin yığdığı qazancların yekununun yüzdə iyirmisini keçmir.
3. Adətən böyük mükafatın və digər mükafatların qiyməti iştirakçıların sayına uyğun olaraq müəyyənləşdirilir, çünki buna uyğun olaraq qalxır, yaxud enir.
Cavab: Həmin lotereya kağızlarının alınmasının heç bir maneəsi yoxdur. Burada hökumətin sahib olması ilə müstəqil şirkətin sahib olması arasında heç bir fərq yoxdur. İstər onun gəlirinin bir hissəsi xeyriyyə cəmiyyətlərinə, istərsə də başqa yerlərə verilsin, çünki biz lotereyanı qumar növlərindən hesab etmirik. Lotereya bir çox cəhətlərdən qumardan fərqlənən başqa bir həqiqətdir. Onun hökmünün qumarın hökmü ilə heç bir əlaqəsi yoxdur. Bu şəri prinsip baxımından belədir. Bəli, belə təsəvvür edək ki, biz bu lotereyanın gəlirlərindən yığılan malın İslamın və müsəlmanların düşmənlərinin qüvvətləndirilməsi yolunda, yaxud bundan başqa haram yerlərdə xərcləndiyini bildik. bu vaxt bu lotereyanın alınması haram olar”[5] .
– Televiziya yarışlarında iştirak etməyə və qaliblərə təqdim olunan mükafatların götürülməsinə gəlincə bunda və bu yarışlardan qaynaqlanan malda heç bir haramlıq yoxdur, çünki bu qumar deyildir və xüsusən onun haram olmasının heç bir dəlili yoxdur. …Oyunçunun dəmir pul ataraq qarmaqla hədiyyə götürməyə çalışdığı bəzi qurğulara gəlincə həmin alətlərlə oyun oynamaq cənab Seyidin rəyinə görə uduş və itkiyə şamil olunduğuna görə şübhəlidir və qumar oyununa yaxındır. …
Bilyard yarışı mükafatlarının hökmünə gəlincə əgər bu hədiyyə kimi olarsa (məsələn, udana hədiyyə verilməsi nəzərdə tutularsa), heç bir problemi yoxdur, əgər girov və (iki şəxs arasında) mərcləşmə olarsa, bu vacib ehtiyata əsasən haramdır.
At yarışına pul qoymağa gəlincə cənab Seyidin rəyinə əsasən bu, icazəli deyil, çünki bu, haram olan qumar hesab olunur. Xüsusi klublarda mövcud olan pul qoymaların vəziyyəti də belədir. Belə ki, bəziləri qoyduğu pulun ikiqatını əldə etmək məqsədi ilə müəyyən bir ata pul qoyur. (Bu iş haramdır). Bir çox idman işlərinə qoyulan pulun hökmü də bu cürdür. Qazanan yarışçıya mükafat verməyə gəlincə bu, icazəli bir işdir, çünki bu idmanda arzu olunan işlərdən hesab olunur. …
Maşın və onun kimi bəzi mükafatlar təqdim edən şirkətlərə gəlincə yarışa daxil olmaq imkanı yaradan biletin alınması ilə yarışda iştirak etdikdən sonra bu mükafat üçün çek çəkmə şəklində icra olunur. Bu, şəri baxımdan icazəlidir. Telefon vasitəsi ilə də yarışlarda iştirak etmək icazəlidir. Qoşulmağın zəhməti adi zəhmətdən çox olmasına baxmayaraq, o yarışdan əldə olunan mükafat halaldır. …[6]
Cənab Seyid deyir ki, bizim baxışımıza görə əyləncə vasitələrində halal və haramın müəyyənləşdirilməsi məsələsində xüsusi müfəssəl qaydalar qoymaq olmaz. Burada ümumi əsas (əsl) vardır ki, əyləncələr əxlaqa ziyan vurmamalı və ona zidd olmamalıdır. Yəni insanı Allahı zikr etməkdən və namazdan uzaqlaşdırmamalı, habelə ümumi şəkildə ailəvi, ictimai və dini məsuliyyətdən kənarlaşdıracaq alışqanlığa çevrilməməlidir. Yəni bu əyləncələr o həddə çatmamalıdır ki, insan bütün şəri və ictimai vacibatından uzaqlaşmış olsun.
Buna əlavə olaraq deyirik ki, bu əyləncələrin cüziyyət və incəlikləri insanı şərə, yaxud zəlalətə doğru istiqamətləndirməməlidir.
Bu şərtlərə riayət etməklə oyunlarda və əyləncələrdə heç bir şəri problem yoxdur. İstər oyun qazanc olmadan (yəni bir şey girov qoyulmadan) qumar alətləri ilə olsun (məsələn, kartla, yaxud nərdlə), istər şahmatla olsun, istərsə də, hər dövrdə xalqların vəziyyətinə, şəraitinə və mədəniyyətinə uyğun olaraq ixtira olunmuş oyun alətləri ilə olsun. …[7]

Seyid Mühəmmədhüseyn Fəzlullah
Mütərcim: Salman Səfəralı oğlu Süleymanov
Tarix: h. q. 26 rəbiülaxir 1433-cü il
m. 19. 03. 2012-ci il

[1]"İstiftaatlar”

[2]"Fiqhul-Həyat”; № 241

[3]"Maidə”; 91

[4]"əl-Məsailul-Fiqhiyyə” s. 73

[5] "əl-Məsailul-Fiqhiyyə”; c. 2. s. 345, 346

[6]"əl-Məsailul-Fiqhiyyə”; 73-76

[7]"Fiqhul-Həyat”; s. 200, 201



  Şərhlər / 0 Şərh




 Şərh yazın


Ad və soyadınız* :
E-mail* :
Ölkə / Şəhər* :
Şərhiniz* :


ƏLLAMƏ BURQUİ


11

free counters

Sabiqun 2011-2019 © Bütün hüquqlar qorunur
Məlumatlardan istifadə zamanı istinad zəruridir!
Telefon: (+994 50) 429-20-99
Site by: azDesign.ws
 

Yeniliklərə abunə olun