28 Mart 2020









SÜBH NAMAZININ VƏ ORUCUN BAŞLANMASI HAQQINDA
Jurnalımızda namaz vaxtları ilə əlaqədar verilən cədvəl bəzi möminlərin etirazına, bəzilərinin isə təəccüb və heyrətinə səbəb olur. Etiraz edənlər bu cədvəlin ölkədə buraxılan cədvəllərə uyğun olmadığınıdavamı>>
A+ Balacalaşdır A+ Böyütmək

İSLAMLA ŞƏRƏFLƏNMƏSİ

  Onun İslamla zaman şərəflənməsi barədə həyatını araşdırarkən iki fərqli fikrə rast gəldim. Bir mənbə onun 1947-ci ildə Çarlztaun əyalət həbsxanasında olduğu, digər mənbə isə 1948-ci ildə Kankor həbsxanasında olduğu müddətdə İslamı qəbul etdiyini vurğulayır. Lakin onun Eliyah Mühəmmədin irqçi-İslamçı hərəkatı ilə daha geniş şəkildə tanışlığı məhz Kankord həbsxanasında baş vermişdir. Eliyah Mühəmmədin hərəkatı daha çox təhrif olunmuş islami hərəkat idi. Qardaşı Repinaldın onun düşüncəsinə təsiri öz meyvəsini verməkdə idi. Malkolm da get-gedə onun kimi düşünməyə başlayırdı. Həmin ərəfədə o, Narlfok həbsxanasına köçürülmüşdü. Burada hər kəsin özünəməxsus kamerası var idi həbsxana məmurları da daha çox dustaqların təlim tərbiyəsinə diqqət ayırırdılar. Həmçinin bu həbsxananın çox zəngin bir kitabxanası da var idi ki, onu bir milyoner dustaqlara hədiyyə etmişdi. Norlfokda o, cəmi 5 saat yatır, saatlarla kitab oxuyur düşünürdü. O dərəcədə kitaba bağlanmşdı ki, gözünün zəifləməsi, gecə söndürülən həbsxana işıqları onu kitabdan ayıra bilmirdi. Gecə vaxtı qapının aralarından kameraya daxil olan işıq selinə kitabı yaxınlaşdıraraq acgözlüklə oxumağa davam edirdi. O, həmin zaman kəsiyində bütün Şərq Qərb fəlsəfəsini oxudu, əldə etdiyi lüğətdən 1 milyona yaxın söz əzbərlədi. O həm öyrəndi ki, xristian dininin yayılmasını əldə bayraq edərək fəthlərə yönələnlər heç vaxt həqiqi xristianlıq üçün bu addımı atmayıblar, xristian tarixi xristianların qeyri-səmimiliyini sübut edən kifayət qədər dəlillə zəngindir. Eliyah Mühəmmədin irqçi təlimi zəncilərin müsəlman olması prosesini gücləndirirdi. Lakin o İslamı anlatmaqdan daha çox irqçi təlimini yaymağa çalışırdı. Çünki İslam irqçiliyi rədd etmiş, üstünlüyün yalnız təqvada olduğunu bütün bəşəriyyətə elan etmişdi. Eliyahın təliminə nəzər saldıqda isə onun İslama deyil, daha çox irqçiliyə bağlı olduğunu anlamaq mümkündür. Eliyah Mühəmməddən həmin təlimi öz xalqına yaymasını Mr. Valles Ford istəmişdi. Belə ki, Corciyada doğularaq daha sonra Detroyta köçən Eliyah burada insan surətində tanrı olduğunu iddia edən bir nəfərlə tanış olduqdan sonra ona təhrif olunmuş İslam inancını təbliğ etmək tapşırılmışdı. Eliyahın ona təqdim edilən təbliğ olunması tapşırılan inancın təhrif olunduğunu bilib-bilməməsi isə mənim üçün qaranlıq qaldı. Malkolmun Eliyahın İslam camaatı ilə tanışlığı isə qardaşı Reqinald vasitəsilə gerçəkləşdi. Hətta bir dəfə Eliyah ona içərisində müəyyən miqdarda pul olan bir məktub da göndərdi. Həbsxana illərinin son dövrünü Malkolm yenidən Çarlztaun həbsxanasında keçirdi. O, burada Norlfdakı kimi kitab oxuya bilməsə , daha sonra bir ilahiyyatçının dustaqlar üçün nəzərdə tutulmuş İncil dərslərinə qatıldı. Bir dəfə o əlini qaldıraraq həmin alimə belə bir sual verdi: "Pavelin rəngi necə idi? Qara idi, elə deyilmi? Çünki o, bir ibranidi ibranilərin çoxu isə qara rənglidirlərElə deyilmi?” İlahiyyatçı cavabında: "Bəli, – dedi. Malkolm ona yeni bir sual ünvanladı: "Bəs İsanın rəngi? Məgər o da ibrani deyildirmi?” Alimin cavabı yenə "Bəli! oldu. Malkolm onun bu cavabları müqabilində həmin şəxsə sonuncu sualını bildirdi: "Əgər belədirsə, onda nəyə görə kilsələrdə təsvir olunmuş bütün rəsmlərdə İsa rəngli mavi gözlüdür? Sizcə, həmin rəsmlər belə olduğu təqdirdə gerçəyi təmsil edə bilərlərmi?” Alim isə: "Bax, mən bu mövzuda heç söyləyə bilmərəm, – deyərək çıxıb getmişdi. 1952-ci ildə qardaşının müdirinin zamin olması sayəsində məhkəmənin qərarı ilə amnistiyaya düşərək həbsdən azad edildi. O, Detroytaqardaşı Vilfredin yanına gedərək onun yanında qalmaq istədiyini bildirdikdə, Vilfred onun bu istəyini sevinclə qarşıladı. Detroyta gəlməsinin əsas məqsədi Malkolmun Eliyah Mühəmmədin təlimini tam olaraq mənimsəmək istəyi idi. Vilfredin evində o, islami bir ab-hava içində yaşayırdı; qüsl almağı namaz qılmağı öyrənmişdi. Vilfredlə birlikdə dükanda digər işçilərdən xəbərsiz namaz qılır Detroytdakı müsəlman icmasının həftə sonunda toplaşdıqları yerdə İmam Lamuyel Həsənin konfranslarına qatılırdılar. Oradakı müsəlmanların son dərəcə səmimi rəftar etmələri Malkolmu İslama günbəgün daha çox bağlayırdı. Bu şəkildə davranış onun üçün fövqəladə bir hadisə idi Malkolm bütün bunlar üçün Allaha sonsuz minnətdarlıq hissi duyurdu. O, Eliyahla görüşəcəyi günü böyük bir səbirsizliklə gözləyirdi.

(ardı var)

Orxan Abdullah



  Şərhlər / 0 Şərh




 Şərh yazın


Ad və soyadınız* :
E-mail* :
Ölkə / Şəhər* :
Şərhiniz* :


ƏLLAMƏ BURQUİ


11

free counters

Sabiqun 2011-2019 © Bütün hüquqlar qorunur
Məlumatlardan istifadə zamanı istinad zəruridir!
Telefon: (+994 50) 429-20-99
Site by: azDesign.ws
 

Yeniliklərə abunə olun