28 Mart 2020









SÜBH NAMAZININ VƏ ORUCUN BAŞLANMASI HAQQINDA
Jurnalımızda namaz vaxtları ilə əlaqədar verilən cədvəl bəzi möminlərin etirazına, bəzilərinin isə təəccüb və heyrətinə səbəb olur. Etiraz edənlər bu cədvəlin ölkədə buraxılan cədvəllərə uyğun olmadığınıdavamı>>
A+ Balacalaşdır A+ Böyütmək

ELİYAHLA GÖRÜŞ

    Onlar bir dəfə Çikaqodakı 2 saylı məbədi ziyarətə getməyi qərara aldılar. Məbəddə hamı eyni libasda idi Malkolm ilk dəfə bu qədər müsəlmanı nizamlı halda təmiz paltarda görürdü. Bütün gördükləri onu sanki ovsunlamışdı. O, liderini susqun halda müşahidə edirdi. Budur o! Zəncilərin azadlıq mübarizəsinə öz həyatını sərf etmiş, ona zindanda olarkən məktub yazmış, həyatı boyu öz mübarizəsi üçün yorulmadan fəaliyyət göstərmiş Eliyah! Eliyah həmin günü həyatı boyu çəkdiyi müsibətlərdən söhbət açdı sonra birdən-birə Malkolmu adı ilə çağıraraq ona dedi: "İllərdir ki, heç ara vermədən mənə məktub yazmışdır Malkolm qardaş. Fürsət olduqca mən ona yazmışam. Zindanda olarkən şeytandan qurtulmuşdu Malkolm qardaş. Amma yenidən onu içkiyə, qumara yaxud da narkotikə aludə edəcəyəm deməyində idi şeytan! Məhz indi təmiz qardaşımızın pərdəsi qalxmışdır, elə məhz indi onun necə insan olduğunu müşahidə edəcəyik. İnanıram ki, Malkolm qardaş hər zaman öz imanına bağlanacaqdır”. Axşam yeməyini Eliyah Mühəmmədlə birlikdə yedi şam yeməyi əsnasında Malkolm Detroytdakı məbədi insanlarla necə dolduracağı barədə düşüncələrə dalmışdı. Məbədə insan cəlb etmək üçün imam Lamuyel Həsənə yardım etmək qərarına gələn Malkolm çox ciddi fəaliyyətə başladı. O getdikcə Eliyaha daha çox bağlanır, həftə sonu söhbətlərinə qatılır camaat namazlarını əsla tərk etmirdi. Eliyah onun bu əzmini gördükdən sonra onu təbliğ üçün Bostona göndərdi. Bostonda kifayət qədər üzv topladıqdan sonra orada 11 saylı məbədi açdılar. Eliyah 1954- ildə Malkolmu Filadelfiyaya göndərdi Malkolmun irqçi söhbətləri sayəsində burada da kifayət qədər camaat toplayaraq 12 saylı məbədi açdılar. Eliyah onun təbliğat sahəsindəki uğurlarını görüb bu dəfə Nyu-Yorka göndərdi. Nyu-York heç ona yad bir yer deyildi. O, əvvəlcə keçmiş tanışları ilə görüşdü. Bir zamanlar onunla cinayət əlaqəsində həmşərik olan dostları onun həyatında baş vermiş bu dəyişikliyi heç cür anlaya bilmirdilər. Malkolm Nyu-Yorkda Betti "Xadlı bir müsəlman qızla evləndi. Malkolm da Eliyaha tabe olan digər müsəlmanlar kimi öz adının sonuna "Xhərfini əlavə etmişdi. Bu isə onların afrikalı atalarının özləri tərəfindən, başqaları tərəfindən tanınmasını simvolizə edirdi. Onların təşkilatı isə "Qaradərili Müsəlmanlar Hərəkatı adlanırdı. Digər bir mənbədən isə biz həmin təşkilatın adının "İslam Milləti Təşkilatı olduğunu öyrəndik

    Malkolm "X onun mənsub olduğu təşkilatın geniş miqyasda tanınması isə qeyd edəcəyimiz hadisədən sonra baş verdi. Harlemdə zəncilər arasında meydana gələn münaqişəni həll etmək üçün məsələyə qarışan dərili iki polis işçisi Conson Hinton adlı bir müsəlmanı başından dəyənəklə yaralayaraq özlərilə bərabər polis bölməsinə apardılar. Malkolm bu hadisədən xəbər tutunca 50 nəfər müsəlmanla birlikdə polis bölməsinə yürüş etdi. Nyu-York küçələrində zəncilərin heç bir zaman bir yürüşünü belə müşahidə etməyən digər qaradərilər müsəlmanlara qoşuldular. Bölmədə polis məmuru Consonu Malkolma göstərməyəcəyini söyləsə , Malkolm ona pəncərədən çölə baxmağı tövsiyə etdi. Bu mənzərəni müşahidə edən polis işçisi Malkolmun Consonla görüşməsinə şərait yaratdı. Malkolm isə: "Bunun yeri xəstəxanadır, həbsxana deyil”, – deyərək Consonu polis idarəsindən çıxardı. Yol boyunca Consonu müşayiət edən müsəlmanlar insanların diqqətini özlərinə cəlb etdilər. İslam camaatı Conson Hintonun pozulan hüquqlarının bərpası üçün məhkəmənin keçirilməsinə uzun müddət çalışdı sonda onlar Conson Hintona 70 min dollar təzminat ödənilməsinə nail oldular. Bu hadisədən sonra ABŞ-da müsəlman camaat diqqət mərkəzinə gəldi, ölkə televiziyaları bu ölkədəki müsəlman məscidlərini nümayiş etdirir, müxtəlif sənədli filmlər hazırlayırdılar. Malkolm "Xisə ölkə telekanallarının efirlərində tez-tez görünmyə başlamışdı. Malkolmun şöhrətlənməsi Eliyah onun hərəkatının da şöhrətlənməsinə səbəb olurdu. Eliyah Mühəmməd bu nöqtəyə işarə edərək ona belə xitab etmişdi: "Sənin daha çox məşhurlaşmağını istəyirəm. Çünki sən tanındıqca mən daha çox tanınıram camaatımıza qoşulanların sayı çoxalır”. Eliyahın vəkili kimi Malkolm bir çox KİV-lərdə universitet şəhərciklərində çıxışlar edir insanları öz hərəkatlarına qoşulmağa səsləyirdi. Bu vəziyyət digər imamlarda ona qarşı qısqanclığın yaranmasına rəvac verirdi ki, bu da gözü götürməyənlərin onunla Eliyahın arasını vurmaq istəyənlərin sayını artırırdı. Bütün bu mənfi halları, aradan qaldırmaq məqsədilə Eliyah 1963- ildə etdiyi bir çıxışında həmin şəxslərə müraciət edərək söyləmişdi: "Budur, mənim ən sadiq, ən dönməz vəkilim. Ölüncəyə qədər yolumdan ayrılmayacaqdır”.

(ardı var)

Orxan Abdullah



  Şərhlər / 0 Şərh




 Şərh yazın


Ad və soyadınız* :
E-mail* :
Ölkə / Şəhər* :
Şərhiniz* :


ƏLLAMƏ BURQUİ


11

free counters

Sabiqun 2011-2019 © Bütün hüquqlar qorunur
Məlumatlardan istifadə zamanı istinad zəruridir!
Telefon: (+994 50) 429-20-99
Site by: azDesign.ws
 

Yeniliklərə abunə olun