28 Mart 2020









SÜBH NAMAZININ VƏ ORUCUN BAŞLANMASI HAQQINDA
Jurnalımızda namaz vaxtları ilə əlaqədar verilən cədvəl bəzi möminlərin etirazına, bəzilərinin isə təəccüb və heyrətinə səbəb olur. Etiraz edənlər bu cədvəlin ölkədə buraxılan cədvəllərə uyğun olmadığınıdavamı>>
A+ Balacalaşdır A+ Böyütmək

TƏHRİF OLUNMUŞ İSLAMDAN HAQQ OLAN İSLAMA

  Ancaq bu belə olmadı, yəni Malkolm "Xölənə qədər Eliyahın tutduğu yolu izləmədi. 1963- ildə Eliyahla bağlı müxtəlif ziddiyyətli xəbərlər gəzib dolaşmaqda idi. Qəzetlər onun öz katibələri ilə müxtəlif məzmunlu əlaqələrinin olduğunu yazırdılar. Malkolm bütün söylənilənlərin doğru olub-olmamasını aydınlaşdırmaq məqsədilə Foneksdə Eliyahla görüşdü. Eliyahın ona ünvanlanan suallara belə cavab verdiyi söylənilir: "Davudun həyatını oxuduğun zaman onun başqasının xanımına göz dikdiyini bilmisən. Məhz həmin Davudam mən! Nuhun həyatını da oxumusan, o sərxoş idi. Bax, mən həmin sərxoşun elə özüyəm. Lutun macərasını da oxumusan; öz qızları ilə eyni yatağı paylaşanı. Məncə, mənə bunları etmək icazəlidir hər halda”. (Qeyd: Eliyahın söylədiyi iddia olunan peyğəmbərlərə atılan bu iftiralar təhrif olunmuş Tövratdan qaynaqlanır. Halbuki, ilahi risalətlə yüklənmiş tövhid öndərlərinin belə çirkaba bulaşmaları heç cür mümkün deyildir. Quran-kərim onlar haqqında söylənilən bütün iftiraları rədd edirMüt.) Malkolm da o zaman Quran-kərimi dərindən bilmədiyi üçün lazımi mövqeni sərgiləyə bilməmişdi. 22 oktyabr 1963- ildə prezident Kennedinin öldürülməsindən sonra Eliyah heç bir vəkilinə bu barədə danışmaq icazəsi verməmişdi. Lakin Malkolm "XEliyahın vəkili olaraq çıxış etdi sonda ona ünvanlanmış "Prezident Kennedinin ölümü barəsində düşünürsünüz?” sualına belə cavab vermişdi: "Siz səhər tezdən toyuqlarınızı baxçaya göndərdiyiniz zaman onlar axşam qonşunun hininə deyil, sizin hininizə qayıdacaqlar. Bəli, şeytan onu yenidən yanına apardı”. Bu çıxışından sonra Eliyahdan 90 gün susmaq cəzasını alan Malkolm hər şeyin elə bu cəza ilə bitəcəyini düşünsə , hadisələr o gözlədiyi kimi cərəyan etmədi. Onun 7 saylı məbəddə dərs deməsi qadağan olundu Eliyahın adamları onu təhdid etməyə başladılar. Bütün bunlardan yorulan Malkolm "X xanımı ilk olaraq yenicə İslamı qəbul etmiş Mühəmməd Əlinin evinə yollanaraq bir müddət onlarda qonaq qaldılar. Malkolm isə həcc ayinini yerinə yetirmək qərarını qəbul etmişdi. Bu məqsədlə o, bacısı Elladan borc aldı ilk dəfə olaraq Misirə yola düşdü.

   Həcc şəhəri onun bütün düşüncələrinə əsaslı surətdə təsir göstərdi. Onun çaşqınlığı o şəkildə idi ki, hətta adını büsbütün dəyişərək Malik əl-Şahbaz kimi adlandırılmasını istəmişdi. Ziyarət əsnasında o, İslamın bütün bəşəriyyətə xitab edən bir din olduğunu, irq, millət kimi ayrı-seçkiliklərə "yoxdediyini dərk etdi. O, Məkkədə olduğu dövrdə Kral Feysəl ilə görüşdü. Beyrutda olduğu günlər ərzində isə orada fəaliyyət göstərən universitetlərin birində ABŞ-da zəncilərin vəziyyəti ilə bağlı konfrans keçirdi. O, görüşlərinin birində elan etdi ki, ABŞ-a qayıdacağı zaman irqçiliyi tərk etdiyini cəmiyyətə elan edəcək, özünün nəzarəti altında fəaliyyət göstərəcək yeni bir islami cəmiyyət təsis edəcək hətta dərili insanların belə həmin cəmiyyətə üzv ola biləcəklərini təmin edəcək. Onun belə bir bəyanatla çıxış etməsi ildırım sürətilə ABŞ xalqına məlum oldu. Xalq, bəlkə , birinci dəfə idi ki, İslamın bəşəriyyətə səslənən bir din olduğunu eşidirdi. Həccdən rəhbərlik etdiyi Müsəlman Məscidinə (Muslim Mosk) məktub göndərən Lider, həmin məktubun mediada işıqlandırılmasını istəmişdi. Məktubda qələmə aldıqları həm onu sevənləri, həm düşmənləri olduqca təəccübləndirmişdi. Biz həmin məktubun mətnini siz oxucuların diqqətinə çatdırırıq.

(ardı var)

Orxan Abdulla


  Şərhlər / 0 Şərh




 Şərh yazın


Ad və soyadınız* :
E-mail* :
Ölkə / Şəhər* :
Şərhiniz* :


ƏLLAMƏ BURQUİ


11

free counters

Sabiqun 2011-2019 © Bütün hüquqlar qorunur
Məlumatlardan istifadə zamanı istinad zəruridir!
Telefon: (+994 50) 429-20-99
Site by: azDesign.ws
 

Yeniliklərə abunə olun