28 Mart 2020









SÜBH NAMAZININ VƏ ORUCUN BAŞLANMASI HAQQINDA
Jurnalımızda namaz vaxtları ilə əlaqədar verilən cədvəl bəzi möminlərin etirazına, bəzilərinin isə təəccüb və heyrətinə səbəb olur. Etiraz edənlər bu cədvəlin ölkədə buraxılan cədvəllərə uyğun olmadığınıdavamı>>
A+ Balacalaşdır A+ Böyütmək

HƏCCDƏN MƏKTUB

Ömrümdə İbrahimə, Mühəmmədə səmavi kitablarda adları çəkilən bütün peyğəmbərlərə ev sahibliyi etmiş hal-hazırda mənim qonaq olduğum bu müqəddəs torpaqda mövcud olduğu qədər heç bir yerdə olmayan hər rəngdən hər irqdən olan insanların bu şəkildə bir-birilə qaynayıb qarışdıqlarını, insanlar arasında belə coşqun səmimi qonaqpərvərliyin, ürəkdən coşub-kükrəyən qardaşlığın varlığını müşahidə etməmişdim. Keçən həftə isə ətrafımdakı hər cür insanın meydana gətirdiyi izah edilməsi mümkün olmayan ehtişamdan sehrlənmiş halda danışa bilmədim. Məni yaradan Allah məni Məkkəni ziyarət etməklə mükafatlandırdı. Kəbənin ətrafını 7 dəfə dövr etdim, bəşəriyyətin dərdinə əlac olan İslamın müqəddəs suyu Zəm-Zəmdən doyana qədər içdim. Səfa Mərvə təpələri arasında 7 dəfə səy etdim. Adəmin yurdunda, tarixin ən qədim ərazisi olan Minada, Ərafatda dua etdim.

Dünyanın dörd guşəsindən olan on minlərlə hacı ilə birlikdə idim. Mavi gözlü sarışınlardan qara dərili afrikalılara qədər hamı bir-birinə qarışmışdı. Lakin onların hamısı rənglərinin irqlərinin fərqli olmasına baxmayaraq, insanların bərabərliyini onların tək bir ruh halında olmalarının simvolu kimi həmin qaynaşma bir daha sübut edirdi. Bu mənim Amerikada qara arasında görə bilmədiyim, lakin görülməsi qaçılmaz olan həm mümkün olan bir mənzərə idi.

Amerika İslamı tanımalı, dərk etməli ondan xəbərdar olmalıdır. Çünki yalnız bu din toplumdakı irq rəng, həmçinin insanlar arasındakı digər bərabərsizlikləri inkar etməkdədir. İslam ölkələrinə etdiyim səfərlər əsnasında söhbət etdiyim hətta bir süfrə arxasında çörək yediyim dərili amerikalılar belə beyinlərindəki bərabərsizlik düşüncəsinin İslam ilə tanış olduqdan sonra yox olduğunu söylədilər. Bu sözləri məndən eşitməklə, bəlkə , çaşqınlığa düşəcəksiniz. Həcc səfərim əsnasında gördüyüm yaşadığım bu həqiqətlər mənim əvvəllər kökləndiyim düşüncə şəklini yenidən formalaşdırmaqda yardımçı oldu bəzi qənaətlərimi tərk etməyə qərar verdim. Bu, mənim üçün heç çətin olmayacaq. Qəti əzmli şəkildə qəbul etdiyim düşüncələrimə rəğmən mən hər zaman həqiqət axtarışında oldum qarşılaşdığım hər yeni gerçəyi yeni bir mərhələ inkişaf amili kimi qəbul etdim. Həqiqətin dəlil vasitəsilə qəbul olunmasının mühüm bəlkə , ilk şərti olan beynimi ağlımı hər zaman həqiqətlərə açıq tutdum. Bu müqəddəs yerlərdə keçirdiyim 11 günlük zaman müddəti ərzində müsəlman qardaşlarımla tək eyni olan Allaha ibadət dua etməklə yanaşı, onlarla eyni qabdan yemək yedim, eyni bardaqdan su içdim, eyni kilimin üzərində yatdım. Onların gözləri mavilərin ən mavisi, saçları saçların ən sarısı, dəriləri isə dərilərin ən bəyazı idi.

dərili müsəlmanların da, Nigeriyadan, Sudandan Qanadan olan qara dərili afrikalı müsəlmanların da arasında mən eyni həqiqi olan səmimiyyəti həssaslığı yaşadım. Biz, doğrudan da, qardaş idik. Çünki inancımız tək olan Allaha idi aramızdakı rəng fərqini söküb kənara atmışdıq, rəng Amerikada mövcud olduğu mövqe davranışları ilə düşüncələrimizdən silinmişdi. dərili amerikalılar Allahın təklifini qəbul etdikləri zaman insanların da bir olmasını qəbul edəcək; insanlar arasında mövcud olan antropoloji üstünlük ölçülərinə əsasən davranmağa, fərqli rəngin nümayəndələrinə fərqli müamilədə yanaşmağa da son qoyacaqlar. Amerikadakı irqçilik sağalması mümkün olmayan xərçəng xəstəliyinə bənzəyir. Bəyaz amerikalının xristian qəlbinin belə bir dağıdıcı xəstəlikdən müalicə olunmasında sübuta yetirilmiş bir tədavi üslubunu qəbul etməsi qaçılmazdır. İrqçilik Almaniyada almanları daxildən sarsıdaraq onları məhv etmişdir. Bu müqəddəs torpaqlarda keçən hər saat mənə Amerikadakı -qara münaqişəsinə münasibətdə güclü bir daxili zənginlik yaradır. Amerika zənciləri irqçilik kinlərinə görə əsla müqəssir bilinməməlidirlər. Onların müqaviməti amerikalı dərililərin 400 illik şüurlu irqçi davranışlarına qarşı formalaşan bir şüuraltı hissin təbii nəticəsidir. İrqçilik Amerikaya sarmaşıq kimi sarılaraq onu intihar yoluna sürükləməkdədir. Müşahidələrimə əsaslanaraq söyləyə bilərəm ki, müxtəlif zaman məkanlarda, kollec üniversitetlərdə birlikdə olduğum yeni nəsil ağdərili gənclərin bir çoxunun divarlardakı yazıları oxuduqdan sonra Amerikanı bütünlüklə tənəzzülə uğradacaq irqçilik xəstəliyindən qurtaracaq tək doğru yolu tapmaları qədər təbii heç ola bilməz. Heç elə bir yüksək sayqı görmədim heç belə bir şeyin olacağını da gözləmirdim. Özümü çox hörmətli biri ya tamamilə dəyərsiz olan bir varlıq olaraq da hiss etmədim. Bir neçə gecə əvvəl Amerikada özünü dərili olaraq qəbul edən bir insan (BMT- diplomatdır, səfirdir kralların dostudur) mənə öz otağını, öz yerini təklif etdi. Amerikada belə bir müamiləni görəcəyim heç ağlıma da gəlməzdi, hətta belə bir vəziyyət yuxularımda da gerçəkləşə bilməzdi. Bu cür hörmətin şərəfli müamilənin Amerikada nəinki bir zənciyə, o cümlədən hər hansı bir krala göstərilməsi çaşqınlıq yaradacaq bir təkamüldür. Bütün həmdlər yerin, yeddi qat göyün aləmlərin yeganə xaliqi sahibi olan uca Allaha məxsusdur.

Hacı Malik əl-Şahbaz

(ardı var)

Orxan Abdullah


  Şərhlər / 0 Şərh




 Şərh yazın


Ad və soyadınız* :
E-mail* :
Ölkə / Şəhər* :
Şərhiniz* :


ƏLLAMƏ BURQUİ


11

free counters

Sabiqun 2011-2019 © Bütün hüquqlar qorunur
Məlumatlardan istifadə zamanı istinad zəruridir!
Telefon: (+994 50) 429-20-99
Site by: azDesign.ws
 

Yeniliklərə abunə olun