28 Mart 2020









SÜBH NAMAZININ VƏ ORUCUN BAŞLANMASI HAQQINDA
Jurnalımızda namaz vaxtları ilə əlaqədar verilən cədvəl bəzi möminlərin etirazına, bəzilərinin isə təəccüb və heyrətinə səbəb olur. Etiraz edənlər bu cədvəlin ölkədə buraxılan cədvəllərə uyğun olmadığınıdavamı>>
A+ Balacalaşdır A+ Böyütmək

VƏTƏNƏ QAYIDIŞ ŞƏHADƏT

Məktubun da məzmunundan göründüyü kimi, Hacı Malik əl-Şahbazın düşüncələrinin İslama baxış tərzinin dəyişməsində həcc səfəri mühüm rol oynadı. O, geri qayıtdıqdan sonra məhz haqq xəttin təbliğinə öz ömrünü həsr edəcəyini planlaşdırmışdı. Ona görə ABŞ-a döndükdən sonra Eliyahın oğlu V. D. Mühəmməd ilə birlikdə "Amerika İslam Missiyasıadlı təşkilatı təsis etdilər. Onun bu ya digər fəaliyyəti artıq bəzi dairələri narahat etməyə başlamışdı. Bu isə onu qorxutmur, əksinə, öz mübarizəsində daha da əzmli edirdi. Hətta bir axşam evinə əl qumbarası atılmasına baxmayaraq, o, gecə saat 4- təyyarəsi ilə Çikaqoya yollanaraq özünü Detroytdakı konfransa çatdıra bilmişdi. Lakin 21 fevral 1961-ci ildə baş tutan konfransda onun dinləyicilərinə son müraciəti olacaqdı. Bazar gününə təsadüf edən həmin tarixdə əyləncə salonlarından biri təşkil edilmiş ora 400 nəfərlik stul yerləşdirilmişdi. Malkolm səhnəyə çıxıb dinləyicilərə üzünü tutaraq onlara "əs-Səlamu əleykumdemiş dinləyicilərin onun salamını almalarından sonra zalda qarışıqlıq yaranmışdı. Süni yaradılmış həmin səhnədən dəyərlənən qatillər Malkolma 16 güllə atmışdılar. Onun yerə sərilən bədəni gülləbaran edildikdən sonra qatillər aradan çıxa bilmişdilər. Onu xəstəxanaya çatdırmaq istəsələr , güllələr həyat üçün son dərəcə əhəmiyyətli orqanları zədələdiyi üçün Malkolm yolda vəfat etmişdi.

Onun qatillərinin kim olması barədə şübhəli söhbətlər gəzib-dolaşmaqda idi. Belə ki, hətta Eliyahın onu öldürməsi barədə şayiələr gəzirdi. Eliyahın mətbuat nümayəndələri qarşısında söylədiyi bu cümlə ona olan ittihamları daha da çoxaltdı: "O, çox danışırdı, ona görə cəzasını aldı”.

Malkolmun cənazəsi 22 min adam tərəfindən ziyarət edildikdən sonra ABŞ-da yaşayan bir ərəbistanlı tərəfindən İslam qaydaları əsasında torpağa tapşırıldı. Onun vəfatından sonra rəhbərlik etdiyi "Amerika İslam Missiyası” təşkilatı digər ölkələrdə fəaliyyət göstərən dini təşkilatlarla birləşdi 1985-ci ildə öz fəaliyyətini bağlı elan etdi. "Nation of İslam("İslam Milləti”) təşkilatına Eliyahdan sonra Luis Fərruxxan rəhbərlik etməyə başladı. Həmin təşkilat günümüzə qədər öz mövcudluğunu davam etdirməkdədir öz millətçi xəttindən əsla ayrılmamışdır.

Malkolm isə öz xalqının vəkili kimi qəlblərdə əbədi yer tutdu. Bununla yanaşı, o, bütün məzlumların hüquqlarının carçısı olmaq istəyilə silahlandı. Onun belə bir kəlamı vardı: "Ən yaxşı nəsihət, yaxşı örnək olmaqdır”. Mərdliyi, qorxmazlığı, həqiqətsevərliyi, hər zaman həqiqət axtarışında olması ilə onu tanıyanlara ən yaxşı həyat dərsi vermiş oldu. Bütün bu dəyişikliklər isə onun İslamla tanışlığından sonra şəxsiyyətində daha da dərinliklərdə kök saldı. İslam onu zülmətlərdən nura çıxatdı. Lakin İslamın da onlara təhrif olunmuş şəkildə çatdırılması bir müddət onun batil təkliflər üzərində öz düşüncələrini qurmasına səbəb olsa da, daha sonra o, öz həyatını dəyişə bildi. Bununla yanaşı, Malkolm "Xdigər insanların da hidayətə yetişməsinə yardımçı oldu. İndi bizim borcumuzdur ki, onun missiyasını çiynimizdə daşıyaq. Zülmə məruz qalmış bütün insanları öz haqlarının müdafiəçisinə çevirək, qaranlıq qəlbləri İslamın ziyası ilə işıqlandıraq, yolunu itirmişlərə işıq gələn tərəfi göstərək. Gözəl bir kəlamda deyilir: "Elə ölülər vardır ki, səsləri dirilərdən daha uca çıxır”. Malkolm "Xölsə , öz keçmiş fəaliyyəti ilə qorxudan səsini udmuş dirilərdən daha uca səslə danışmaqdadır indi

Orxan Abdullah



  Şərhlər / 0 Şərh




 Şərh yazın


Ad və soyadınız* :
E-mail* :
Ölkə / Şəhər* :
Şərhiniz* :


ƏLLAMƏ BURQUİ


11

free counters

Sabiqun 2011-2019 © Bütün hüquqlar qorunur
Məlumatlardan istifadə zamanı istinad zəruridir!
Telefon: (+994 50) 429-20-99
Site by: azDesign.ws
 

Yeniliklərə abunə olun