19 Noyabr 2019









SÜBH NAMAZININ VƏ ORUCUN BAŞLANMASI HAQQINDA
Jurnalımızda namaz vaxtları ilə əlaqədar verilən cədvəl bəzi möminlərin etirazına, bəzilərinin isə təəccüb və heyrətinə səbəb olur. Etiraz edənlər bu cədvəlin ölkədə buraxılan cədvəllərə uyğun olmadığınıdavamı>>
A+ Balacalaşdır A+ Böyütmək
PEYĞƏMBƏRİN MÖVLUDU MÜNASİBƏTİLƏ MÜRACİƏT "MƏZHƏBÇİLİK DÜŞMƏNİN HƏDƏFLƏRİNİ HƏYATA KEÇİRİR!”
Seyid Mühəmmədhüseyn Fəzlullahın Peyğəmbərin Mövludunun İldönümündə Ərəb və İslam Dünyasına Yönəltdiyi Müraciət

Seyid Fəzlullah: "Məzhəbçilik çıxışları müqavimət hərəkatı ilə birbaşa müharibədə məğlub olmuş düşmənin dağıdıcı hədəflərinə xidmət edir”.

Dini rəhbər Əllamə Seyid Mühəmmədhüseyn Fəzlullah hesab edir ki, İslam vəhdəti və birliyi sənin seçəcəyin və ya tərk edəcəyin bir məsələ deyil, əksinə müsbət ruha əsaslanan elə bir yoldur ki, Allah müsəlmanın bu yol üzərində başqası ilə münasibət qurmasını istəmişdir. Seyid Fəzlullah bildirir ki, bu birlik ümmətin strateji mövqelərinə ağalıq etməkdə olan zülmkarların planlarından əziyyət çəkir. Despot informasiya və psixoloji müharibə vasitəsilə ümmətin bir firqəsini digəri ilə qarşı-qarşıya qoyur.

Seyid Fəzlullah Peyğəmbərin vəsiyyətinə əməl edərək ümməti bir-birini küfrdə ittiham etməkdən çəkinməyə çağırır. O, müsəlmanlara məsləhət görür ki, dünyanı Rəsuli-Əkrəmin şəxsiyyəti ilə tanış edən əks həmləyə keçsinlər. O, xəbərdarlıq edir ki, müqavimət hərəkatı ilə birbaşa müharibədə uduzan sionist düşmən öz dağıdıcı hədəflərini gerçəkləşdirməyə başlamışdır. Düşmən bu işdə məzhəbçilik hərəkətləri ilə fürsətlər yaradan bəzilərindən açıq istifadə edir.

Rəsuli-Əkrəmin mövludu münasibəti ilə Seyid ərəblərə və digər müsəlmanlara müraciət etmişdir. Həmin müraciətdə deyilir: "Müsəlmanlar rəvayətlərə əsaslanaraq Peyğəmbərin doğum günü tarixində ixtilaflı fikirlər söyləyirlər. Bir çox sünni müsəlmanlar və bəzi şiələr rəbiüləvvəl ayının on ikisini, əksər şiə müsəlmanlar və ola bilsin ki, onlardan başqaları da rəbiüləvvəl ayının on yeddisini əsas götürürlər.

Bu ixtilaf istər ictihad sahəsində, istər tarixi araşdırmada, istərsə də elmi sahələrdə geniş əks-səda doğurur. Bəzilərinin bir mövzunu sübuta yetirmək üçün kifayət hesab etdiklərini, digərləri kafi saymır. Bu məsələ ümumbəşəri ixtilafın bir hissəsidir ki, din, məzhəb və cərəyanlar da bundan xali deyildir. Lakin təkidlə qeyd etmək lazımdır ki, bizim Peyğəmbərə olan bağlılığımız missiyaya (risalətə) olan bağlılıqdır. Bir müsəlman kimi bizim bu bağlılığımızı Peyğəmbərin gəlişi və apardığı mübarizə nəticəsində meydana gəlmiş İslam təsdiq edir. Bu yolda İslam böyük maneələrlə üzləşmişdir ki, bu maneələr də öz növbəsində insanı şirk palçığında saxlamaq, bütpərəstlik geriliyinə çəkmək, fitrətdən, əxlaq və dəyərlərdən uzaqlaşdırmaq istəyir.

Buna görə də görürük ki, Quran-kərim peyğəmbərlərin missiyasından və tarix boyu bizə nümunə olmuş təcrübələrindən bəhs edir və onların mövludunu və ya hər hansı şəxsi bəşəri xüsusiyyətlərini qeyd etməklə maraqlanmır, çünki mömin insanın onun üzərinə düşən vəzifə borcundan uzaq şəxsi xüsusiyyət içərisində itib-batmasını istəmir, əksinə hamımıza örnək ola biləcək missiyanı yerinə yetirməsini istəyir.

Quranın Musa və İsa peyğəmbərlərin doğumu ilə maraqlanmasına gəlincə o, bu zaman şəxsi elementlər cəhətindən deyil, onların missiya hərəkatı və onun bəzi məzmunlarına bağlılıqlarından irəli gəlir.

Buna görə də mövludun tarixi bizi çox maraqlandırmır, ola bilsin ki, nümunə olmaq və ibrət götürmək baxımından müqayisədə bizi öz zaman xüsusiyyətlərində bütöv tarix belə maraqlandırmır, əksinə bizi Peyğəmbərin vəhyi və ya həyatı zənginləşdirən və bəşəriyyəti işığa doğru aparan fikri, hazırkı həyatımıza yol göstərən ibrətli məqamları və gedişatı, Allaha doğru aparan yolu ehtiva edən tarixi hadisələr maraqlandırır və həmçinin bizi Rəsulun missiyaçı dəyərin mənasını təcəssüm etdirdiyi iş məşğul edir.

Bütün hallarda Peyğəmbərin mövlud tarixi ilə bağlı yaranan ixtilaflar missiyanın dəyərləri üzərindəki ixtilafa çevrilməməlidir, çünki bu dəyərlər Peyğəmbərin özü kimi müsəlmanların vəhdətini təşkil edir. Biz bu gün dünyanı Mühəmməd Peyğəmbərlə tanış etməliyik, çünki o, Quranın danışan dili olmuş, aləmlərə rəhmət olaraq göndərilmiş, təcəssüm edən ruh və hərəkət edən dəyər olmuşdur.

İndi isə həll olunması çətin, lakin mümkün, həm də vacib olan bir neçə məsələyə aydınlıq gətirmək istərdik:

Birinci: İslam birliyi və vəhdəti sənin seçəcəyin və ya tərk edəcəyin bir məsələ deyil, əksinə müsbət ruha əsaslanan elə bir yoldur ki, Allah müsəlmanın bu yol üzərində başqası ilə münasibət qurmasını istəmişdir. Müsəlmanlar arasında bütün müştərək məqamlar bu vəhdətdə cəm olmuşdur. Qoy çoxşaxəlik İslam cəmiyyətində güc ünsürlərini artırsın, müsəlmanların əlaqələrini gücləndirsin! Bütün dünyanın gözü müsəlmanlardadır, çünki biz islami dəyərlərə əks olan və əxlaqa zidd bir dünyada yaşayırıq. Bu dünya şəxsi mənafelər üzərində qurulmuşdur. İslam insanı bu dünyanın köləliyindən, haram ləzzətlərindən, şəhvət və əyləncələrindən xilas etmək üçün gəlmişdir. Qoy insan öz azadlığı ilə həm bütün dünya qarşısında, həm də öz nəfsi qarşısında yüksəklərə ucalsın.

Hal-hazırda İslam vəhdəti iki istiqamətdən hədəfə alınmışdır:

a) Beynəlxalq aləmdə hegemon qüvvələr daim ümmətin strateji mövqelərinə, onun sərvət və gücünə hakim olmaq və siyasi hərəkatına təzyiq etmək üçün planlar qurur.

b) İnformasiya və psixoloji müharibə ümməti qarşı-qarşıya qoymağa çalışır, bizi bir-birimizə düşmən göstərməyə cəhd edir, habelə İslam reallığını rasionalizmdən təəssübkeşliyə çevirəcək məzhəbçiliyin təhrik elementlərini gücləndirmək məqsədini güdür. Həzrət Peyğəmbər təəssübkeşlik haqqında buyurmuşdur: "Təəssübkeşliyə səsləyən, təəssübkeşlik üzərində vuruşan və təəssübkeş olaraq ölən şəxs bizdən deyildir”. Yenə buyurmuşdur: "Kim təəssübkeşlik edərsə, yaxud onun üçün təəssübkeşlik edilərsə, iman kəməndini boynundan çıxarmışdır”.

İkinci: Ümmət arasında təkfir (bir-birini küfrdə ittiham etmək) fikrini aradan qaldırmaq lazımdır. Bu, ömrünün sonunda Allah Rəsulunun etdiyi vəsiyyətidir. O buyurmuşdur: "Bu gününüzün (həcc günlərinin) və bu şəhərinizin (Məkkənin) toxunulmazlığını tapdalamaq haram olduğu kimi haqq istisna olmaqla qanınızı, mallarınızı və irzinizi Allah-Taala bir-birinizə haram etmişdir... Əsla mənim vəfatımdan sonra təkrarən cahiliyyədəki küfrə geri dönüb bir-birinizin boynunu vurmayın. ...” Allah-Taala hamımıza xitab edərək deyir: "Əgər bir iş barəsində mübahisə etsəniz, ... Allaha və Rəsula müraciət edin!...” ("Nisa”, 59)İxtilaflarımızı danışıqlar yolu ilə həll edib Allahın Kitabına və Onun Peyğəmbərinin Sünnəsinə müraciət etməliyik. Bir-birimizi başa düşməli, Quranın və Sünnənin fəhm edilməsi ilə bağlı ictihadlarda ixtilafa vardıqda bir-birimizi məzur görməliyik.

Üçüncü: Peyğəmbərimizin parlaq surətini bütün dünyaya yaymalıyıq ki, dünya rəhmət, düşüncə, zənginlik və ruhu əks etdirən bu şəxsiyyətin həqiqi varlığı ilə tanış olsun. Və bunu bu əsrin insanlarının başa düşdüyü dildə etməliyik. Bu, hər bir müsəlmanın heç bir mənası olmayan, boş yerə vaxtını sərf etdiyi əyləncə əvəzinə etməli olduğu ən çox məsuliyyət tələb edən işidir.

Dördüncü: İslam dünyasının idarəçiliyindən məsul olanlar ümməti parçalayan, tamahkar və despotların hədəfinə çevirən sionist düşmənə qarşı mübarizə əvəzinə qardaşlararası münaqişəyə sürükləyən siyasətlərdən uzaq durmalıdırlar.

Beşinci: Müsəlmanlar İslam üzərində öz ağalığını həyata keçirmək istəyən beynəlxalq despota qarşı bir yumruq kimi birləşməlidirlər. Bu despot Əfqanıstandan İraka, Somaliyə, Sudana və İrana qədər əl uzatmaqdadır. Belə zülmkarlar öz planlarında ümmətə qarşı düşmənçilik hazırlamaqdadır. Əgər ümməti sarsıtsa, onun bütün varlığını təhlükə altına atacaqdır. Biz xəbərdar edirik ki, Livan, Fələstin və başqa yerlərdə müqavimət hərəkatı ilə birbaşa müharibədə məğlub olan sionist düşmən öz dağıdıcı məqsədlərini bəzilərimizin məzhəbçilik hərəkatı ilə yaratdığı saysız-hesabsız fürsətlərdən istifadə edərək və bunlardan yararlanaraq həyata keçirməyə başlamışdır. Bəzi informasiya vasitələri, xüsusi araşdırma mərkəzləri düşmənin dəyirmanına su tökərək ümmətin daxildən məhv edilməsinə şərait yaradırlar.

Altıncı: Biz hamılıqla bütün istiqamətlərdə ümmətin haqqını, onun güc strukturlarını, şərəfini və övladlarının gələcəyini qorumalı, hər vasitə ilə düşmənin axtardığı fürsəti ona verməməliyik. Ümmətin bütün azad insanları islami mövqelərə güc strukturları kimi baxmalı, bu strukturların gücündən ümmətin düşmənlərinə qarşı istifadə etməli, regional tayfaçılıq və ya məzhəbçilik fikirlərindən əl çəkərək strateji mövqe tutmalıdırlar.

Nəhayət: Bütün müsəlmanlara müraciət edərək deyirik: Allah xatirinə, Allah xatirinə İslamı qoruyaq! İslamı öz məzhəbçiliyiniz, təəssübkeşliyiniz çərçivəsində həbs etməyin! Onu öz nifrət və düşmənçiliyinizlə məhv etməyin! Cəhalət və geriliklə onu şikəst etməyin! Şəxsi mənafeləriniz naminə İslamı itirməyin! İslam övladlarının qanını onları küfrdə ittiham etməklə vəhşicəsinə tökməyin! Öz gücünüzlə ona güc qatıb, istedadlarınızla və qabiliyyətinizlə onu dünyaya yayın! İradənizin gücü ilə, vəhdətinizlə daha da onu gücləndirin! Onu düşmənlərin sui-qəsdlərinə məruz qoymayın, diktatorların planlarına hədəf etməyin! Allahım, bir şey çatdıra bildimmi? Allahım, şahid ol!


Ayətullah Seyid Mühəmmədhüseyn Fəzlullahın bürosu
Tarix: h. q. 10 rəbiüləvvəl 1431, m. 24/02/2010

"MİLLİ GÖRÜŞ” JURNALI


  Şərhlər / 0 Şərh




 Şərh yazın


Ad və soyadınız* :
E-mail* :
Ölkə / Şəhər* :
Şərhiniz* :


ƏLLAMƏ BURQUİ


11

free counters

Sabiqun 2011-2019 © Bütün hüquqlar qorunur
Məlumatlardan istifadə zamanı istinad zəruridir!
Telefon: (+994 50) 429-20-99
Site by: azDesign.ws
 

Yeniliklərə abunə olun