25 Avqust 2019









SÜBH NAMAZININ VƏ ORUCUN BAŞLANMASI HAQQINDA
Jurnalımızda namaz vaxtları ilə əlaqədar verilən cədvəl bəzi möminlərin etirazına, bəzilərinin isə təəccüb və heyrətinə səbəb olur. Etiraz edənlər bu cədvəlin ölkədə buraxılan cədvəllərə uyğun olmadığınıdavamı>>
A+ Balacalaşdır A+ Böyütmək

PERUDA İSLAM

İslamın beşiyi, təşəkkül tapdığı Ərəbistan hara, Cənubi Amerika hara? Arada minlərlə kilometr məsafə. Bunu deyincə təsəvvüründə dərin, ucu-bucağı görünməyən okeanlar canlandımı?
Peru Cənubi Amerikanın ən böyük 3-cü ölkəsidir. Sakit okean sahilində, And dağları boyunca uzanan, 1 milyon 285 min 216 kvadrat kilometr əraziyə malik bir ölkə. Şimal-qərbdən Ekvador, şimal-şərqdən Kolumbiya, şərqdən Braziliya və Boliviya, cənubdan Çili ilə sərhəddir.
Peru XII-XVI əsrlərdə And dağlarında böyük bir imperatorluq quran Cənubi Amerikanın yerli sakinləri inklərin beşiyi sayılan ölkənin adıdır. Əlbəttə ki, bizi Perunun tarixindən daha çox, islami kimliyi maraqlandırır. Nə xoşbəxtdir ki, okean girovu olan bir ölkə islamla tanışma şərəfinə nail olmuşdur.


İlahi təcəllilər
Ölüm gecəsinə "eb-i arus” (toy gecəsi) adını verən məşhur sufi Mövlana Cəlaləddin Rumi həzrətləri: "burada ölməyi gördünsə, oradakı doğuşu da seyr et!” buyurmuşdur. İnsan ilahi təcəllilərlə qarşı-qarşıya qalınca, həqiqətən "hər ölüm, bir doğuş, hər dağıntı bir dirçəlişdirmi?” deyə düşünməyə bilmir. Peruda İslamın yayılması dövrü heç də ürəkaçan hadisələrlə xatırlanmır. Hər halda, bəşəriyyət tarixi İspaniyanın orta əsrlər məhkəmə üsuli-idarələrinin (bu dövr tarixə "rekongista” adı ilə daxil olub – müt.) müsəlmanlara qarşı həyata keçirdiyi soyqırım və qətliama şahidlik etmişdir. Əndəlüs (indiki Andalusiya) ərazisindən qovulan müsəlmanların əksəriyyəti Şimali Afrika və Osmanlı torpaqlarına mühacirət etdiyi bir vaxtda, bir qisim müsəlmanlar da XV əsrdən etibarən yeni Amerikaya hicrət etdilər. Bunlardan bir hissəsi də Peru torpaqlarında məskunlaşdı. Belə demək olar ki, islamın Peruya gəlişi əndəlüslülərin adı ilə bağlıdır. Onların ardınca bu torpaqlara Afrikanın şimal və qərb bölgələrindən olan kölə şəklinə salınmış müsəlmanlar məcburi şəkildə yerləşdirildilər. Etiqadlarını gizləyən, ibadətlərini sərbəst şəkildə icra edə bilməyən zavallı müsəlmanlar tədricən dini mənsubiyyətlərini unutmaq məcburiyətilə üzləşdilər. Bu müsəlmanlardan sonra gələn nəsillərdə İslamdan əsər-əlamət qalmadı. İslam ölkənin paytaxtı Limanın həyat tərzinə az-çox nüfuz etmişdi. Bir çox müsəlman dini mənliyini qoruyub saxlamış,ibadətinə küncdə-bucaqda davam etmiş və xristianların təbirincə desək, "gizli müsəlman” olaraq həyatını yaşamağa məhkum edilmişdir. Tədricən bu gizli mənsubiyyət də itmiş və İslam Perudan təmamilə silinmişdir. Tarixi mənbələrə görə, bir neçə yüz il sonra, daha dəqiq 1850-1860-cı illərdə Latın Amerikası torpaqlarına müsəlmanların kütləvi axını başladı. Bunların bir hissəsi Peruda məskunlaşdı, tanınıb sevildi və ictimaiyyətdə aktiv fəaliyyətə başladı.
İslamın Peruda yenidən dirçəlməsi dövrü 1940-cı illərdən sonraya təsadüf edir. Öz vətənlərində məruz qaldıqları yəhudi zülmündən qaçan fələstinli və livanlı müsəlmanların mühacirəti Peruda İslamın yenidən dirçəlməsi prosesində əhəmiyyətli rol oynamışdır. Lakin bu gün həmin mühacirlərin nəvə- nəticələri Peru əhalisi arasında böyük bir kütləni təşkil etsələr də, təəssüf ki, əksəriyyətində müsəlmanlıqdan əsər-əlamət qalmayıb.


İslamla yenidən tanışma
1980-ci ilin əvvəllərindən başlayaraq ölkələrə səyahət edən və müsəlmanlarla qarşılaşan cənubi amerikalıların İslamla tanışlığı daha da geniş vüsət almağa başladı. Yeni müsəlmanlar qısa müddət ərzində latın amerikalı kütlələri islama dəvət edən təsirli bir təbliğatçı topluma çevrildilər. Bu müsəlmanlar son zamanlara qədər namaz qılmaq və digər islami tədbirləri həyata keçirmək üçün heç bir əraziyə malik deyildi. Daha əvvəlki nəsil heç olmasa, Limanın El-Salvador qəsəbəsində bir məscid və San Borjada İslam təhsil ocağı açmağa nail olmuşdu. Lakin həmin məscidin və təhsil ocağının ömrü çox az oldu. Allah evi maliyyə çatışmamazlığı üzündən, təhsil ocağı isə məktəb binasının sahibinin buranı müsəlmanlara icarəyə verməkdən imtina etməsi səbəbindən bağlandı. Paytaxtın başqa bir ərazisində məscid inşa etdirmək mümkün olsa da, sonradan bu da maliyyə çatışmamazlığı üzündən fəaliyyətini dayandırmaq məcburiyyətində qaldı. Lakin bütün bunlar müsəlmanların əzmini qırmadı. Sonda LAMU (Latın Amerikası Müsəlmanlar Birliyi) müsəlmanlara camaat namazı üçün geniş şəraitə malik bir məscid inşa etdirdi. Himayədarlar bu məscidi bütün lazımi avadanlıqlar, o cümlədən televizor, kompüter, faks və digər təchizatlarla təmin etdilər.


Əhali və coğrafi şəraiti ilə qısa tanışlıq
Peru sahil, dağlıq və ovalıq ərazilərdən ibarət coğrafi bölgələrə ayrılır. Ölkə torpaqlarının əksər hissəsini ovalıq ərazilər təşkil edir. Yeraltı təkanlar və vulkan püskürmələri Perunun an ağrılı problemləridir. Müstəmləkə dönəmindəki immiqrasiya və etnik qarışmaya rəğmən, Peruda yerli əhali üstünlük təşkil edir. Sayı 28 milyona çatan əhalinin 47 faizi dağlıq bölgədə məskunlaşan yerli keçuvalılardan ibarətdir. Aymaralar, mestizolar əhalinin mühüm hissəsini təşkil edən etnik qruplardır. Əhalinin 70 faizi ispanca danışır. Katolik məzhəbi əhalinin böyük əksəriyyətinin etiqad etdiyi cərəyandır. Yerlilər arasında qədim adət-ənənələr də indiyədək qorunub saxlanılmaqdadır. Peru zəngin yeraltlı təbii sərvətlərə malikdir. Amazon hövzəsində, şimal sahillərindəki çöllər böyük neft və qaz ehtiyatları ilə zəngindir. Titikaka gölünün şimalında uran yataqları vardır. Qeyd etmək lazımdır ki, Peru dəmir, mis, qurğuşun və gümüş hasilatında öncül ölkələr sırasında yer alır. Ölkədə təhsil sahəsi xeyli inkişaf edib. Təhsil ocaqları, universitetlərin sayı xeyli çoxdur. Limada yerləşən San Markos Universiteti (1551) Cənubi Amerikanın ən qədim tarixi təhsil ocağı hesab olunur.
Paytaxtda təxminən 500 müsəlman yaşayır. Perudakı müsəlmanların əksəriyyəti sosial vəziyyətlərini yaxşılaşdırmaq naminə Amerikaya mühacirət etmiş fələstinli və suriyalıların soylarındandır. Hazırda ölkənin sənaye sahəsində çalışan müsəlmanların əhalinin zəngin təbəqəsində özünəməxsus yeri var. Lakin dinlərini kamil şəkildə yaşamamaları onları İslamdan xeyli uzaqlaşdırmışdır. Uşaqları isə qeyri müsəlman, yaxud sadəcə adda müsəlmandırlar. Xalqımız kimi, onlar da qonaqpərvər və xoşniyyətli insanlardır. Lakin çox təəssüf ki, Uca Allahın "Allahın ipindən möhkəm yapışın” əmrini yaddan çıxarmış və nəticədə İslamdan xeyli kənar düşmüşlər. Fələstin və Suriya əsilli bu müsəlmanlar tədricən İslama mənsub olduqlarını unutmaq təhlükəsi ilə üz-üzədirlər. Məhz islami həyat tərzindən uzaqlaşdıqları üçün onların oğul-uşaqları da bu əmanəti itirmək təhlükəsindən amanda deyillər.


Müəllif: Əhməd Miroğlu
Mütərcim: Mahir Cəbiyev





  Şərhlər / 0 Şərh




 Şərh yazın


Ad və soyadınız* :
E-mail* :
Ölkə / Şəhər* :
Şərhiniz* :


ƏLLAMƏ BURQUİ


11

free counters

Sabiqun 2011-2019 © Bütün hüquqlar qorunur
Məlumatlardan istifadə zamanı istinad zəruridir!
Telefon: (+994 50) 429-20-99
Site by: azDesign.ws
 

Yeniliklərə abunə olun