28 Mart 2020









SÜBH NAMAZININ VƏ ORUCUN BAŞLANMASI HAQQINDA
Jurnalımızda namaz vaxtları ilə əlaqədar verilən cədvəl bəzi möminlərin etirazına, bəzilərinin isə təəccüb və heyrətinə səbəb olur. Etiraz edənlər bu cədvəlin ölkədə buraxılan cədvəllərə uyğun olmadığınıdavamı>>
A+ Balacalaşdır A+ Böyütmək

USTAD HEYDƏRƏLİ QƏLƏMDARANIN

TERRORA MƏRUZ QALMASI

 "İttihadın ana xətti” ("İmamət nəslərinin araşdırılması”) kitabı gizli şəkildə nəşr olunduqdan sonra və İslam İnqilabının qələbəsindən bir az əvvəl "Qum Elmi Hövzəsi”nin banisi Ayətullah Əbdülkərim Hairinin oğlu, Qumun Ayətullahil-üzmalarından biri olan Şeyx Mürtəza Hairi bir şəxs vasitəsilə Heydərəli Qələmdaranı öz mənzilinə çağırdı. Onun sabahısı gün Ustad Ağayi-Hairinin evinə getdi. O, Ustada dedi: ""İmamət mətnləri” kitabını siz yazmısınız?” Ustad cavab verdi: "Mən demirəm ki, mən yazmamışam. Lakin kitabda mənim adım gözə dəymir!” Ağayi-Hairi dedi: "Mümkündür ki, sizi bu kitabı yazdığınıza görə öldürsünlər!” Ağayi-Qələmdaran buyurdu: "İnsanın öz əqidəsinə görə öldürülməsindən böyük xoşbəxtlik ola bilərmi?” Sonra Ağayi-Hairi buyurdu: "Əgər bacarırsınızsa, bütün kitabları toplayıb torpağa basdırın və ya yandırın!” Ustad cavab verdi: "Bu, mənim ixtiyarımda deyil. Başqa bir şəxs çap etdirib. Siz hamısını alın və yandırın! Digər tərəfdən kommunist ideyalarını və bəhailiyi təbliğ edən kitabların hamısı bu ölkənin müxtəlif mətbuat orqanlarında nəşr olunur. Siz nə üçün onlar haqqında bir addım atmırsınız?!

 İnqilabın qələbəsindən bir neçə ay keçdikdən sonra hicri-şəms təqvimilə 1358-ci ilin yayında (mordad 23) hicri-qəməri təqvimilə 1399-cu il ramazan ayının 20-ci (14 avqust 1979) gecəsində – Ustad Qələmdaran adətə uyğun olaraq hər il yayı kənddə keçirirdi – təəssübkeş kütbeyinlər tərəfindən təhrik olunmuşdur. Silahlanmış muzdur bir cavan gecə yarısı Ustadın evinə daxil olmuş və o, yatdığı halda terrora məruz qalmışdır. Lakin fasilə çox az olmasına baxmayaraq, güllə yalnız onun boynunun dərisini yaraladı və o, otaqda yerə yıxıldı.

Ustadın özünün söylədiyinə görə hadisədən əvvəlki gün Qumdan bir cavan onun yanına gələrək kitab barəsində ona bəzi suallar vermişdir. Eyni zamanda onun fikirləri ilə maraqlanmışdır. Heç şübhəsiz, "Xüms” və "İttihadın ana xətti” kitablarının yazılması bu terror hadisəsinin ən qüvvətli sövqedici səbəblərindən olmuşdur.

Hər bir halda ilahi iradə və təqdir Ustad Qələmdaranın ölümünü istəməmişdir! Buna baxmayaraq, Ustad kəndə gediş-gəlişini və fəaliyyətini davam etdirmişdir.

Terror hadisəsi belə olmuşdur: Üç-dörd nəfər ramazan ayıın 20-ci gecəsi ikən bir avtomobillə kəndə daxil olaraq avtomobili çayın körpüsü üstündə işlək vəziyyətdə saxlayırlar. Onlardan iki nəfər gecə evin qapısı bağlanmamışdan əvvəl mənzilin bağçasına daxil olub divarın kənarındakı ağacların arasında pusqu qururlar. Dəfələrlə Ustadın övladları evin qapısını bağlayırlar, lakin yenidən açıldığını görüb təəccüblənirlər, amma hər hansı bir hadisənin baş verəcəyinə diqqət etmirlər. Mütləq o iki nəfərdən birinə qaçmaq mümkün olsun deyə qapını açıq saxlamaq tapşırılıbmış. Hamının yuxuya getdiyinə əmin olduqdan sonra gecə yarısı onu vuran şəxs elektrik fənəri və belə bağlanan silahla Ustadın yataq otağına daxil olur. Qorxu içində olan və dəhşətdən yuxuya gedə bilməyən və yatağın üstündə oturmuş həyat yoldaşı belə güman edir ki, gələn oğlu Əlidir. Buna görə onu adı ilə çağırır. Terrorçu şəxs vəziyyətin bu cür olduğunu görüb tələsik şəkildə silahı Ustada tərəf tutub atəş açır və qaçmağa başlayır. Ustadın qorxudan dili tutulan həyat yoldaşı yalnız fəryad edirdi. Güllənin səsinə yuxudan dik atılan uşaqlar da qorxmuş halda "Hacağanı öldürdülər”, – deyə qışqırırdılar. Kəndin camaatı həyəcanlı halda çölə çıxıb boynundan qan axan Ustadı yolun kənarına çıxarır və kəndin Qumdan avtomobillə gələn bir sakini vasitəsilə "Kamkar” xəstəxanasına çatdırırlar. Bir neçə gündən sonra zahirən tələbə olan bir cavan Ustadın evinə gələrək ondan xəbər tutur. Ustad Qələmdaranın oğlu onu izləyir və onun Qum şəhərinin Yəxçal Qazi məhəlləsindəki elmi hövzələrdən birinə daxil olduğunu görür.

Mütərcim: Xəyyam Qurbanzadə



  Şərhlər / 0 Şərh




 Şərh yazın


Ad və soyadınız* :
E-mail* :
Ölkə / Şəhər* :
Şərhiniz* :


ƏLLAMƏ BURQUİ


11

free counters

Sabiqun 2011-2019 © Bütün hüquqlar qorunur
Məlumatlardan istifadə zamanı istinad zəruridir!
Telefon: (+994 50) 429-20-99
Site by: azDesign.ws
 

Yeniliklərə abunə olun