28 Mart 2020









SÜBH NAMAZININ VƏ ORUCUN BAŞLANMASI HAQQINDA
Jurnalımızda namaz vaxtları ilə əlaqədar verilən cədvəl bəzi möminlərin etirazına, bəzilərinin isə təəccüb və heyrətinə səbəb olur. Etiraz edənlər bu cədvəlin ölkədə buraxılan cədvəllərə uyğun olmadığınıdavamı>>
A+ Balacalaşdır A+ Böyütmək

İKİNCİ DƏRS

 

§ 1. Hilalın təsbit edilməsi

Sual: Ramazan ayının giriş və çıxışı, yəni hansı günün ramazan ayının birinci günü və hansı günün Fitr bayramı günü olduğu, bir sözlə, qəməri ayın başlaması hansı yollarla təsbit edilir?

Cavab: Qəməri ayın əvvəlinin təsbit olunması üçün çoxlu hökmlər və yollar vardır ki, onlardan biri də mükəlləfin özünün həqiqətdə hilalı (ayparanı) görməsidir.

Sual: Görmənin adi gözlə olması şərtdir?

Cavab: Görmənin adi gözlə olması şərt deyildir, eynək və ondan qeyrisi kimi yaxınlaşdırıcı vasitələrə etimad etmək də doğrudur. "Gördükdə oruc tut, gördükdə orucunu ye!” hədisi görməni xüsusi bir vasitə ilə məhdudlaşdırmamışdır. Buna əsasən Ayı görməkdə ən yaxşı vasitələrdən biri hesab olunan teleskop ayın əvvəlini sübuta yetirmək üçün yolu hamı üçün açır və asanlaşdırır, bütün ixtilafların qarşısını alır. Əgər bu məsələyə diqqət və əməl edilsə, artıq hər il bir neçə Fitr bayramının və bir neçə bayram namazının şahidi olmayacağıq.

Sual: Qəti (dəqiq) və yəqinlik ifadə edən astronomik hesablamalara etimad etmək icazəlidirmi?

Cavab: Bəli, qəti (dəqiq) və yəqinlik ifadə edən astronomik hesablamalara etimad etmək icazəlidir. Ayın muhaqdan (Ayın dövriyyəsinin bir mərhələsində onun diskinin Günəşlə Yer arasındakı kölgədə tamamən yoxa çıxdığı məqam) çıxıb görünməsi mümkün olacaq şəkildə üfüqdə olması barəsində insanı yəqinlik və arxayınçılığa gətirib çıxardan hər bir elmi səy və cəhdlə də qəməri ayın əvvəli təsbit edilir. Müsəlman olmasalar da, mütəxəssis astronomların bu barədə şəhadət vermələrinə etimad etmək mümkündür. Bu (yəni etimad) onların sözündən qətilik və arxayınlıq hasil olduqda olur.

Sual: Ayparanı (hilalı) görməkdə ölçü və meyar olduğumuz həmin üfüq, yaxud həmüfüq və ya yaxın üfüqlü şəhərlərdir, yoxsa uzaq üfüqlü şəhərlərin birində ayparanın görünməsinin mümkünlüyü bizim üçün də kifayət edir?

Cavab: Şəri dəlillərdən başa düşülən budur ki, gecənin bir hissəsində olsa da, müştərək olduğumuz hər hansı bir ölkədə və ya məntəqədə hilalın görünməsinin mümkünlüyü kifayət edir. Seyid Fəzlullah bu məsələ ilə əlaqədar belə fitva verir: "Hilalın bir ölkədə təsbit edilməsində onun həmin ölkə ilə gecənin bir hissəsində olsa da, müştərək olan hər hansı başqa bir ölkədə təsbit edilməsi kifayət edir. Belə ki, Ay görünən ölkədə Günəş, mükəlləfin yaşadığı ölkədə fəcr tülu etməmişdən qabaq (yəni sübh namazından əvvəl) batır”. ("Əhkamuş-şəriə”, 582-ci məsələ, s. 190, "Əhli-Beyt məzhəbində namaz və oruc”, s. 236, 237)

İslamın böyük fəqihlərindən olan Ayətullah Seyid Mühəmməd Hüseyni Ruhani "Minhacus-salehin” adlı fiqhi əsərində bu barədə belə fitva verir: "Əgər hilal bir şəhərdə görünərsə, üfüq müştərəkliyinin olması ilə başqa bir şəhərdə hilalın sübut olunmasında bu kifayət edir. Bəlkə, zahir odur ki, hər hansı bir ölkədə hilalın görünməsi, gecədə onunla müştərək olan başqa ölkələrdə də hilalın sübut olunmasında kifayət edir. Baxmayaraq, onların birində gecənin əvvəli, digərində isə gecənin sonu olur”. (c. 1, 1015-ci məsələ)

Dövrün böyük fəqihi Ayətullah Əllamə Musəvi Qərəvi də qəməri il ayının birinci gününün Ayın Yer kürəsi üçün doğmasından etibarən başladığını hesab edib üfüq və ölkələrin coğrafi sərhədlər etibarilə bir-birindən ayrılmasını inkar edir. Onun fikrinə görə İslam ölkələri arasındakı mövcud ixtilaf şəri bir məsələ yox, zərərli siyasi bir məsələdir, çünki şəri hökmlərin böyük bir hissəsi və onların əməli cəhəti ümmət arasında təfriqə yaymaqdan yox, vəhdət yaratmaqdan ibarətdir. ("Məğrib və hilal” kitabı)

Bu fitvalara əsasən Şimali və Cənubi Amerikada, Afrikada, ərəb və digər İslam bölgələrində hilalın adi gözlə və ya yaxınlaşdırıcı cihazlarla görünməsinin mümkünlüyü dəqiq astronomik hesablamalarla sübuta yetərsə, bizim üçün də ayın əvvəli sübuta yetmiş olur.

 

Tərtibatçı: Xəyyam Qurbanzadə

 



  Şərhlər / 0 Şərh




 Şərh yazın


Ad və soyadınız* :
E-mail* :
Ölkə / Şəhər* :
Şərhiniz* :


ƏLLAMƏ BURQUİ


11

free counters

Sabiqun 2011-2019 © Bütün hüquqlar qorunur
Məlumatlardan istifadə zamanı istinad zəruridir!
Telefon: (+994 50) 429-20-99
Site by: azDesign.ws
 

Yeniliklərə abunə olun