28 Mart 2020









SÜBH NAMAZININ VƏ ORUCUN BAŞLANMASI HAQQINDA
Jurnalımızda namaz vaxtları ilə əlaqədar verilən cədvəl bəzi möminlərin etirazına, bəzilərinin isə təəccüb və heyrətinə səbəb olur. Etiraz edənlər bu cədvəlin ölkədə buraxılan cədvəllərə uyğun olmadığınıdavamı>>
A+ Balacalaşdır A+ Böyütmək

139-cu səhifədə Həzrət Əmirülmöminin Əlinin doğulmasına işarə etmişdir ki, maraqlananlar "Ziyarət və ziyarətnamə” kitabına[1] müraciət edə bilərlər.

Həmin səhifədə nimeyi-rəcəb üçün bir namaz qeyd etmişdir ki, "İqbalul-əmal”da yazılanlara əsasən onun ravisi Nəccaşi və Kişşinin zəif hesab etdiyi Hərizdir. Nəccaşi buyurmuşdur ki, o, Həzrət Sadiqdən iki hədisdən artıq hədis eşitməmişdir. Kişşinin sözünə əsasən Həzrət Sadiq (ə) onu hüzuruna qəbul etmirdi. O (Şeyx Abbas) deyir ki, bu namazda namazın salamından sonra "Rəbbim Allahdır, Allahdır! Heç bir şeyi Ona şərik qoşmur və Ondan başqa vəli seçmirəm!” deyilməlidir. Soruşuruq: Əgər bu sözü qəbul edib yazmısınızsa, bəs nə üçün hər bir imamı və imamzadəni mütləq şəkildə vəli hesab etdiyiniz duaları və ziyarətləri nəql edirsiniz?! Allahdan başqasını mütləq vəli qəbul etmək Quranın onlarla ayəsinə zidd deyildirmi? Quranda dəfələrlə buyurulmuşdur: "... Sizin Allahdan başqa vəliniz və yardımçınız yoxdur!”[2] Deyilməlidir ki, Qurandan xəbərsiz olan bu mühəddislər sırf hədisləri, duaları və ziyarətləri nəql və təsbit etməyə çalışmış və onların Quranla olan ziddiyyətinə diqqət etməmişlər. 141-ci səhifədə "Ümmü-Davud” adlı bir dua nəql etmişdir ki, Şeyx Tusi Seyid ibn Tavus və Məclisi onun üçün bir sənəd zikr etməmişdir!

146-cı səhifədə 27-ci gecə üçün sənədsiz bir dua zikr etmişdir ki, Kəfəminin onu rəcəb ayının 27-ci gecəsi və İbn Tavusun isə rəcəb ayının 27-ci günü üçün qeyd etdiyini özü etiraf etmişdir!!! Soruşuruq: Əgər bu dua şəriət tərəfindən varid olsaydı, onun vaxtının Kəfəmi, yaxud İbn Tavus tərəfindən dəqiq müəyyənləşdirilməsi lazım olmazdımı?

148-ci səhifədə rəcəb ayının 27-ci günü barəsində belə yazır: "Böyük bayramlardan hesab olunur”. Biz də deyirik ki, əgər bu gün bayram olsaydı, Fitr və Qurban bayramları kimi onun da mütləq bir namazı olardı. Halbuki belə deyildir. Buna əsasən şəri dəlil olmadan onu bayram kimi qələmə vermək olmaz, qalmışdı hələ böyük bayram kimi!!! Sonra belə yazır: "Bu gün elə bir gündür ki, Həzrət Rəsul (s) həmin gündə peyğəmbərliyə seçilmiş və Cəbrail peyğəmbərliklə o Həzrətə nazil olmuşdur”. Bu fikir Qurana uyğun deyildir, çünki Quran-kərim Allah Rəsulunun ramazan ayında və Qədr gecəsində peyğəmbərliyə seçildiyini qeyd etmişdir. Ayədə buyurulur: "Ramazan ayı elə bir aydır ki, ... Quran o ayda nazil olmuşdur. ...”[3] Başqa bir ayədə buyurulur: "Həqiqətən, Biz onu Qədr gecəsi nazil etdik! ...”[4]

Çox təəssüflər olsun ki, Qurana müxalif olan rəvayətlərin varlığı səbəbilə xurafatçı alimlər müxtəlif çaşdırmalara, yaxud zəif ehtimallara əsasən Quran-kərim üçün iki nüzulun (enmənin) olduğuna qail olmağa məcbur olmuş və belə demişlər: "Quran Peyğəmbərə iki dəfə nazil olmuşdur. Bir dəfə nüzuli-dəfi (yəni birdəfəlik nazil olma), digəri isə nüzuli-tədrici. Yəni 23 il ərzində hər dəfə hazırkı Quranın bəzi ayələri Peyğəmbərə nazil olurdu və o Həzrət də onları xalqa çatdırırdı”. (!)

Nüzuli-dəfi (birdəfəlik nazil olma) barəsində də aydın, şübhəsiz şəkildə və möhkəm dəlillərə istinad edərək danışmırlar, bəlkə, hərə bir söz danışır. Lakin çox hallarda "inzal” ilə "tənzil” arasındakı fərqə əsaslanırlar. Deyirlər ki, Allah Quran üçün həm "inzal”, həm də "tənzil” kəlməsini işlətmişdir. Deməli, "kitabın inzalı” dediyi vaxt Quranın dəfi nüzuluna (birdəfəlik nazil olmasına) işarə etmişdir. "Kitabın tənzili” deyildikdə isə Quranın tədrici nüzuluna işarə etmişdir.

Lakin bu fikir çaşdırmadan başqa bir şey deyildir. Çünki doğrudur ki, üçsamitli fellərin bablarının hər birinin özünə məxsus dəlaləti vardır, lakin bu o demək deyildir ki, sadə fellərdən heç bir fel əgər bu bablardan iki baba daxil olsa, həmin iki fel heç bir vəchlə sinonim mənalar verməyəcək! Əgər lüğət kitablarına müraciət olunsa, düzəltmə bablardan iki baba daxil olan sadə bir felin hər iki babda bir məna verdiyinin çox nümunələrini müşahidə edə bilərik. Məsələn, "əfrəğə” və "fərrəğə” felləri eyni mənanı verir[5]. Bu barədə çox misal göstərmək olar və bir, yaxud iki nümunəyə münhəsir deyildir.

İkincisi: Aydındır ki, yağış həmişə bir formada yağır, yəni damcı-damcı və tədriclə nazil olur. Həmin səbəbə görə ona "mətər” ("yağış”) deyilir. Yağış heç vaxt çevrilmiş vedrənin içindəki su başıaşağı töküldüyü kimi səmadan enmir! Quran-kərimdə də yağış üçün "tənzili-ma” ("suyun tədriclə nazil olması”) ifadəsi işlənmişdir[6]. Eyni zamanda yağış üçün "inzali-ma” ifadəsi də işlənmişdir[7]. Və bu özü ""inzal” və "tənzil” həmişə fərqli mənalar verir və onları bir-birinin yerində istifadə etmək olmaz”, – deməyimizə mane olur. Necə ki səmavi süfrə üçün də "tənzil” və "inzal” kəlmələri işlənmiş və buyurulmuşdur: "Onu da xatırla ki, o zaman həvarilər demişdilər: "Ya Məryəm oğlu İsa! Rəbbin bizə göydən bir süfrə endirə (tənzil edə) bilərmi?” O: "Əgər möminsinizsə, Allahdan qorxun!” – demişdi. ... Məryəm oğlu İsa demişdi: "Ey bizim Rəbbimiz Allah! Bizə göydən bir süfrə nazil (inzal) et ki, ...” Allah buyurmuşdu: "Mən onu sizə, əlbəttə, nazil (tənzil) edərəm. ...”[8]

Aydındır ki, süfrə hissə-hissə nazil olmur, əksinə birdəfəyə nazil olur. Yaxud bir kağız üzərinə yazılmış və səmadan enən bir kitabın nazil olması üçün "tənzil” kəlməsi işlənmişdir[9]. Bir mələyin nazil olması üçün də "tənzil” kəlməsi işlənmişdir[10].

Hətta Quran bir surə üçün həm "inzal” sözündən, həm də "tənzil” sözündən istifadə etmişdir. Quranda buyurulur: "Möminlər: "Kaş bir surə nazil olaydı” (tənzil), – deyirdilər. Elə ki möhkəm bir surə nazil oldu (inzal) ...”[11] "Tövbə” surəsində də bir surə üçün "tənzil” sözündən istifadə olunmuşdur[12].

Hətta Quranın birdəfəlik nazil olması üçün "tənzil” kəlməsindən istifadə olunmuş və buyurulmuşdur: "Kafirlər: "Quran ona bütöv (birdəfəlik) endirilməli (tənzil) idi!” – dedilər. Sənin ürəyinə səbat vermək üçün Biz onu ayə-ayə nazil etdik”[13]. Mülahizə olunduğu kimi Quran Quranın bütöv şəkildə nazil olmadığına dəlil gətirmiş və onun səbəbini bəyan etmişdir. Lakin deməmişdir ki, bəli, Quran bir dəfə bütöv şəkildə nazil olmuşdur, lakin siz bunu bilmirsiniz[14].

Üçüncüsü: Quran Tövrat üçün həm "inzal”, həm də "tənzil” kəlmələrindən istifadə etmişdir.

Dördüncüsü: Əgər Quran birdəfəlik (bütöv şəkildə) nazil olmuş olsaydı, bu surətdə Cəbrail ramazan ayının Qədr gecəsində Peyğəmbərə "Oxu! Yaradan Rəbbinin adı ilə oxu!” ayəsini nazil etdikdə o, gözlənilməz bir hadisə ilə qarşılaşıb "Nə oxuyum?” – deyə soruşmazdı. "Ələq” surəsinin ilk ayələri nazil olduqdan sonra evinə gəlib "Məni bir paltarla örtün!” – deməzdi, yaxud yatmazdı, yaxud Quran tədrici şəkildə nazil olduğu vaxt Cəbrailin gətirdiklərinin oxunmasına görə öz dilini hərəkətə gətirməzdi, yaxud araşdırmadan əvvəl bəzilərinin icazə tələbini qəbul etməzdi[15], yaxud lazım olmayan bir şeyi özünə haram etməzdi və ya öz sirrini həyat yoldaşına deməzdi[16], yaxud Aişənin böyük böhtana məruz qalması hadisəsində onun barəsində araşdırma aparmaz, yaxud heç bir kəslə məsləhətləşməzdi, çünki macəranın sonunu bilirdi. Bu cür işlər Quranda çoxdur. Bundan əlavə Quranda bəzi ayələr vardır ki, nüzuli-dəfinin fərz (təsəvvür) olunması ilə xarici vaqeiyyətlə uyğun gəlməyəcək. Məsələn, aşağıdakı ayələr:

"Həqiqətən, Allah Bədrdə sizə yardım etdi. ...”[17]

"Əri barəsində səninlə mübahisə edən qadının sözünü Allah eşitdi. ...”[18]

"Yanına kor kişi gəldi deyə qaşqabağını tökdü və üzünü çevirdi”[19].

Şühudi keçmiş zaman feli ilə bəyan olunmuş və hələ baş verməmiş bu cür mövzularda gerçəkliyə zidd vəziyyət lazım gəlir və hamı yaxşı başa düşür ki, iş baş verməmişdən əvvəl onu keçmiş zaman feli ilə xəbər vermək doğru deyildir.

Beşincisi: Quranın bir hissəsinə də Quran deyilir və buna görə də Quranın bir hissəsinin nazil olmasının başlamasına da "inzali-Quran” deyilməsinin heç bir problemi yoxdur.

Diqqət etmək lazımdır ki, Peyğəmbərin məbəsi (yəni peyğəmbərliyə seçilməsi) Quranın kəramətli ayələrinin ("Ələq” surəsinin ilk ayələri) o Həzrətə nazil olmağa başladığı vaxtdır və ilahi ayələrin nazil olmağa başlaması ramazan ayında olmuşdur. Buna əsasən Şeyx Abbas Qumminin "27 rəcəb elə bir gündür ki, o gündə Rəsulullah peyğəmbərliyə seçilmiş və Cəbrail peyğəmbərliklə o Həzrətə nazil olmuşdur”, – sözü doğru deyildir.

Buna əsasən üçüncü babda "Məbəs gecəsi və gününün ziyarəti” barəsində dedikləri xurafatdır və onların şəri əsası yoxdur, çünki məbəsin rəcəb ayında olmadığı məlum oldu.

Şeyx Abbas Qummi şəban ayına aid fəslin sonunda Quranın ramazan ayında nazil olduğunun qeyd olunduğu yaxşı bir dua yazmasına baxmayaraq, lakin burada məbəsin rəcəb ayında olduğunu yazmışdır! Həmin duada İmam Sadiq (ə) belə ərz edir: "Allahım, insanlar üçün hidayət və hidayətin və haqla batili bir-birindən ayırmanın açıq-aşkar dəlilləri olaraq qərarlaşdırılan Quranın nazil olduğu bu mübarək ay artıq gəlmişdir”.  

Rəcəb ayında oruc tutmağın savabı barəsində müxtəlif hədislər mövcuddur. O cümlədən ağlı yerində olmayan (muxtəllul-əql) İbn Əyyaş Cövhəri Peyğəmbərin adından belə nəql etmişdir ki, kim rəcəb ayında bir gün oruc tutarsa, onun üçün min il oruc tutmağın, əgər iki gün oruc tutarsa, iki min il oruc tutmağın savabı yazılar!!![20]

Həmçinin Peyğəmbərin belə buyurduğunu rəvayət etmişlər: "Kim rəcəb ayının 27-ci günü oruc tutarsa, onun üçün 60 ay (bərabərdir 5 ilə) oruc tutmağın savabı yazılar!!”[21]

İmam Sadiq və İmam Rzanın (Salam olsun onlara!) belə buyurduğunu rəvayət etmişlər: "Kim rəcəb ayının 27-ci gününü oruc tutarsa, 70 il oruc tutmağın savabını əldə edəcəkdir”[22].

Şeyx Abbas Qummi bu üç qrup rəvayətlərin arasından 70 il rəvayətini seçmiş və öz kitabına yazmışdır. (27 rəcəb orucu=70 il oruca)! Çox təəssüflər olsun ki, fikirləşməmişdir ki, Rəhman Allahın böyük bir fəziləti vardır və buyurmuşdur: "Kim yaxşı bir iş görərsə, ona həmin işin on qat əvəzi verilər. ...”[23] Yəni xeyir bir iş Allah dərgahında qəbul olunarsa, onun on qat əcri və savabı vardır. Buna əsasən bu cür hesab-kitabsız rəvayətlər etimadlı rəvayətlər deyildir. Lakin çox təəsssüflər olsun ki, Şeyx Abbas Qumminin Qurana kifayət qədər bağlılığı yox idi.

Bu günlərdə Şeyx Abbas Qumminin rəcəb ayının, yaxud digər ayların əməlləri barəsində qeyd etdiyi mətləbləri bir-bir araşdırmağa gücüm və qüdrətim yoxdur. Bundan əlavə "Məfatih” kitabının bütün mətləblərini bir-bir araşdırmaq istəsək, bizim kitabımız çox müfəssəl və uzun olar, bir çox oxucular üçün darıxdırıcı olar. Buna görə də xalqı oyatmaq üçün "Məfatih” kitabının hər fəsil və babından nümunə olaraq bəzi mətləbləri qeyd edirik. Əlbəttə, bilinməlidir ki, qeyd etmədiklərimizin əksəriyyətinin vəziyyəti qeyd etdiklərimizin vəziyyətindən o qədər də yaxşı deyildir! Araşdırmaçı şəxslər burada qeyd olunmayan mətləbləri araşdırıb başqalarını agah edə bilərlər.

(ardı var)

"Məfatihul-cinanın Quranla ziddiyyəti” kitabından

Müəllif: Əllamə Burqui

                                                                   Mütərcim: Xəyyam Qurbanzadə

[1] s. 276-dan 383-ə qədər

[2] "Bəqərə”, 107, "Tövbə”, 116, "Ənkəbut”, 22, "Şura”, 31

[3] "Bəqərə, 185

[4] "Qədr”, 1

[5] "Boşaltmaq” deməkdir.

[6] "Ənkəbut”, 63, "Zuxruf”, 11

[7] "Bəqərə”, 22, "Ənam”, 99, "İbrahim”, 32 və digər bir çox ayələr

[8] "Maidə”, 112, 114, 115

[9] "Nisa”, 153, "Ənam”, 7, "İsra”, 93

[10] "İsra”, 95 (Diqqət edin ki, bir mələyin enməsi üçün "tənzil” kəlməsindən istifadə olunmuşdur, nəinki mələklərin, ta deyək ki, mələklərin ardıcıl və tədrici olaraq nazil olması nəzərdə tutulur. Düşün!)

[11] "Məhəmməd”, 20

[12] "Tövbə”, 26

[13] "Furqan”, 32

[14] Məzkur ayə barəsində müəllifin "Qurandan bir parıltı” əsərinə müraciət edin.

[15] "Tövbə”, 43

[16] "Təhrim”, 1-3

[17] "Ali-İmran”, 123

[18] "Mücadələ”, 1

[19] "Əbəsə”, 1, 2

[20] "Biharul-ənvar”, c. 94, s. 54, 55

[21] "Biharul-ənvar”, c. 94, s. 35, "Vəsailuş-şiə”, c. 7, s. 330

[22] "Biharul-ənvar”, c. 94, s. 35

[23] "Ənam”, 160



  Şərhlər / 0 Şərh




 Şərh yazın


Ad və soyadınız* :
E-mail* :
Ölkə / Şəhər* :
Şərhiniz* :


ƏLLAMƏ BURQUİ


11

free counters

Sabiqun 2011-2019 © Bütün hüquqlar qorunur
Məlumatlardan istifadə zamanı istinad zəruridir!
Telefon: (+994 50) 429-20-99
Site by: azDesign.ws
 

Yeniliklərə abunə olun