14 Noyabr 2018









SÜBH NAMAZININ VƏ ORUCUN BAŞLANMASI HAQQINDA
Jurnalımızda namaz vaxtları ilə əlaqədar verilən cədvəl bəzi möminlərin etirazına, bəzilərinin isə təəccüb və heyrətinə səbəb olur. Etiraz edənlər bu cədvəlin ölkədə buraxılan cədvəllərə uyğun olmadığınıdavamı>>
A+ Balacalaşdır A+ Böyütmək

ŞEYX MAHMUD ŞƏLTUTUN TARİXİ FİTVASI

RƏHMAN, RƏHİM ALLAHIN ADI İLƏ!
Əhli-sünnənin böyük alimi Şeyx Mahmud Şəltutun[1] həyatı boyunca atdığı ən mühüm addımlarından biri də ibadətlərin və müamilələrin[2] İslamın mötəbər məzhəblərindən biri olan on iki imamçı şiə məzhəbinin fiqhinə uyğun olaraq yerinə yetirilməsinin icazəli olmasına dair fitva verməsi olmuşdur. O, bu fitvanı h. q. təqvimi ilə 1378-ci ildə rəbiüləvvəl ayının 17-də (m. 1958, 1 oktyabr) – Peyğəmbərin və İmam Sadiqin mövlud günündə şiə, zeydi, maliki, hənəfi, şafei və hənbəli məzhəblərinin nümayəndələri qarşısında açıqlamışdır. Fitvanın mətni belədir: "Ondan soruşuldu: "Bəzi şəxslər müsəlmanın ibadətlərinin və müamilələrinin düz olması üçün onun tanınmış dörd (sünni) məzhəbindən birinə təqlid etməsinin vacib olmasına etiqad edirlər. Hansı ki o məzhəblərin arasında on iki imamçı şiə və zeydi şiəliyi məzhəbləri yoxdur. Bu barədə sizin rəyiniz nədir? Məsələn, on iki imamçı şiə məzhəbinə təqlid etməyi yasaq buyurursunuzmu?”
O, belə cavab verdi: "1. İslam dini öz ardıcıllarından heç birinə müəyyən bir məzhəbə tabe olmağı vacib etməmişdir. Biz deyirik ki, hər bir müsəlmanın səhih bir yolla nəql olunmuş və hökmləri xüsusi kitablarında yazılmış hər hansı bir məzhəbə təqlid etməyə haqqı vardır. Bu məzhəblərdən birinə təqlid edən şəxs öz məzhəbindən başqa bir məzhəbə keçə bilər. Bu barədə onun üzərində heç bir çətinlik yoxdur.
2. On iki imamçı şiə məzhəbi kimi tanınan cəfəri məzhəbinə əsasən ibadət etmək digər əhli-sünnə məzhəbləri kimi icazəlidir. Müsəlmanlar bunu bilməli və haqsız olaraq müəyyən məzhəblərə kor-koranə bağlılıqdan xilas olmalıdırlar. Allahın dini və şəriəti bir məzhəbə bağlı deyildir, yaxud bir məzhəbə məhdudlaşdırılmamışdır. Bütün müctəhidlər Allah yanında məqbuldurlar. Fikir və ictihad əhli olmayan şəxsin onlara təqlid etməsi və fiqhlərində müəyyənləşdirdikləri fikrə əməl etməsi icazəlidir. Bu mövzuda ibadətlərlə müamilələr arasında heç bir fərq yoxdur”.
Şeyx Mahmud Şəltut
"İslam Məzhəbləri Arasında Yaxınlaşdırma Cəmiyyəti”nin sədri
Əllamə Mühəmmədtəqi Qummiyə
Salamun əleykum və rəhmətullahi və bərəkatuh! Son dərəcə sevinc içində on iki imamçı şiə məzhəbinə tabe olmağın icazəli olması barəsində verdiyim fitvanın imzalanmış bir nüsxəsini sizin hüzurunuza təqdim edirəm. Ümidvaram ki, onu təsis olunmasında iftixarla iştirak etdiyim "İslam Məzhəbləri Arasında Yaxınlaşdırma Cəmiyyəti”nin arxivində qoruyub saxlayacaqsınız. Allah bizə bu müəssisənin missiyasını inkişaf etdirməkdə yardımçı olsun!
 
ƏləzhərUniversitetinin
Şeyxi Mahmud Şəltut
Azərbaycan "Milli Görüş-Sabiqun” Hərəkatı


[1] d. 1893, ö. 1963. 1958-ci ildən ömrünün sonuna qədər Ələzhər Universitetinin Şeyxi olmuşdur.
[2] Alış-veriş, icarə, şirkət, girov, sülh, zəmanət, lüqətə (itirilmiş mal), birovuz vermək, qəsb (oğurluq), hibə (bağışlamaq), vəsiyyət, fəraiz (dinə görə mirasçıların hər birinə düşən paylar), itq (kölə və ya cariyə azad etmək), əmanət, iqrar (başqasının öz üzərindəki olan haqqını bildirmək və xəbər vermək), dava (şəxsin başqası üzərində olan haqqını isbat etmək üçün istədiyi şey) və qəza (hökm vermək) kimi mövzular



  Şərhlər / 0 Şərh




 Şərh yazın


Ad və soyadınız* :
E-mail* :
Ölkə / Şəhər* :
Şərhiniz* :


ƏLLAMƏ BURQUİ




11

free counters

Sabiqun 2011-2017 © Bütün hüquqlar qorunur
Məlumatlardan istifadə zamanı istinad zəruridir!
Telefon: (+994 55) 505-05-99
Site by: azDesign.ws

Facebook

Youtube

Telegram
Yeniliklərə abunə olun