14 Noyabr 2018









SÜBH NAMAZININ VƏ ORUCUN BAŞLANMASI HAQQINDA
Jurnalımızda namaz vaxtları ilə əlaqədar verilən cədvəl bəzi möminlərin etirazına, bəzilərinin isə təəccüb və heyrətinə səbəb olur. Etiraz edənlər bu cədvəlin ölkədə buraxılan cədvəllərə uyğun olmadığınıdavamı>>
A+ Balacalaşdır A+ Böyütmək

VƏHDƏT FİTVALARI

RƏHMAN, RƏHİM ALLAHIN ADI İLƏ!
ŞİƏ VƏ ƏHLİ-SÜNNƏ ARASINDAKI MÜNASİBƏTLƏR
BARƏSİNDƏ DÖVRÜN BÖYÜK MÜCTƏHİDLƏRİNİN FİTVALARI
Dini rəhbər Ayətullah Seyid Mühəmmədhüseyn Fəzlullah: "Hansı əshabə olursa-olsun mən onlara lənət oxumağı haram bilirəm, çünki Allah bu insanlar haqqında belə buyurur: "Mühəmməd əleyhissəlam Allahın Peyğəmbəridir. Onunla birlikdə olanlar (möminlər) kafirlərə qarşı sərt, bir-birinə (öz aralarında) isə mərhəmətlidirlər. Sən onları (namaz vaxtı) rüku edən, səcdəyə qapanan, Allahdan riza və lütf diləyən görərsən. Onların əlaməti üzlərində olan səcdə nişanəsidir. Bu, onların Tövratdakı vəsfidir. İncildə isə onlar elə bir əkinə bənzədilirlər ki, o artıq cücərtisini üzə çıxartmış, onu bəsləyib cana-qüvvətə gətirmiş, o da möhkəmlənib gövdəsi üstünə qalxaraq əkinçiləri heyran qoymuşdur. (Allahın bu təşbihi) kafirləri qəzəbləndirmək üçündür. Onlardan iman gətirib yaxşı əməllər edənlərə Allah məğfirət (günahlardan bağışlanma) və böyük mükafat (Cənnət) vəd buyurmuşdur!”[1] ... Söymək məsələsinə gəlincə hər hansı bir müsəlmanın belə söyülməsi haramdır. Məndən bu barədə fitva soruşulduqda: "İçində raşidi xəlifələrin də olduğu əshabələrin hər hansı birini söyməyimiz haramdır!” – şəklində fitva verərək bu fikri qüvvətli şəkildə müdafiə edirəm. Mən onlara Əli əleyhissəlamın Siffinə gedərkən bir qrup iraklının şamlıları söydüyünü eşitdiyi zaman dediyi sözləri nəql edirəm. Əli onları tənqid edib buyurdu: "Mən sizin söyüşcül olmağınızdan xoşlanmıram, lakin onların etdiklərini vəsf edirsinizsə və hallarını xatırlayırsınızsa, ən doğru olaraq və üzr baxımından ən keçərli olaraq deyəcəyiniz söz bu olmalıdır; onları söyməkdənsə, belə deyin: "Allahım, onların da canını, bizim də canımızı qoru. Bizimlə onların arasını düzəlt. Onları sapqınlıqdan xilas et ki, haqqı bilməyən onu tanısın, sapqınlıqda inad edən şəxs ondan vaz keçsin, ayrılsın”[2]. ...
Buna görə də biz xəlifələr məsələsində Əli ibn Əbutalibin davrandığı kimi davranmağı lazım bilirik. Əli ibn Əbutalib daim onlarla dialoq aparır, müşavirə edir və onlara yardım göstərirdi. Burada İmam Sadiqdən nəql olunan və bəzi şiə müsəlmanlara müraciətdən ibarət olan hədisi sizin nəzərinizə çatdırırıq: "İnsanların sizdən razı olmasının ən asan yolu dilinizi onlar barəsində qapalı tutmaqdır”. İmam həmişə deyərdi: "Əbubəkr məni iki dəfə dünyaya gətirmişdir”. Möminlər anası Həzrət Aişəyə gəlincə Cəməl döyüşü məsələsində xətaya yol vermiş olsa da belə, biz onu söyməyin haram olduğuna fitva verir və deyirik ki, ona Peyğəmbərə hörmət edildiyi kimi hörmət edilməlidir. Yenə bu mövzuda yüz il bundan əvvəl vəfat etmiş şiə alimindən bir beyt göstərmək istərdim. Onun adı höccətülislam Mühəmmədbaqir idi.
Ey Humeyra, səni söymək haramdır,
Çünki dost tutulacaq göz, ehtiram edən gözdür.
Buna görə də biz möminlərin analarına (yəni Peyğəmbərin zövcələrinə) və əshabəyə lənət oxumağı və çirkin sözlər söyləməyi haram bilirik. Belə fitva verdik və bu fitvalarımız dünyanın hər yerinə yayılıb”.
 
İranın Ali Dini Rəhbəri Ayətullah Seyid Əli Xamənei: "Əhli-sünnə qardaşların müqəddəs simvollarını təhqir etmək, o cümlədən İslam Peyğəmbərinin həyat yoldaşı Həzrət Aişəni zinada ittiham etmək haramdır. Bu hökm bütün peyğəmbərlərin, ələlxüsus peyğəmbərlərin ağası ən böyük peyğəmbər Həzrət Mühəmmədin arvadlarına şamil edilir”.
 
Dini rəhbər Ayətullah Vəhid Xorasani: "Kim Allah-Taalanın təkliyinə və peyğəmbərlərin sonuncusu Həzrət Mühəmmədin peyğəmbərliyinə şəhadət edərsə, o müsəlmandır. Onun canı, irzi (namusu) və malı on iki imamçı şiə məzhəbinə mənsub olan şəxsin canı, irzi və malı kimi möhtərəmdir. Sizin şəri vəzifəniz budur ki, kəlmeyi-şəhadəti deyən şəxs sizi kafir bilsə də, siz haqq və ədalət olan sirati-müstəqimdən (istiqamətli yoldan) azmayasınız, əgər onlardan biri xəstələnərsə, onun görüşünə gedəsiniz, əgər dünyadan köçərsə, dəfn mərasimində iştirak edəsiniz, sizə ehtiyacı olduqda onun ehtiyacını təmin edəsiniz.
Allahın hökmünə təslim olun! O, Öz kitabında buyurmuşdur: "Hər hansı bir camaata qarşı olan kininiz sizi ədalətsizliyə sövq etməsin. Ədalətli olun. Bu, təqvaya daha yaxındır. ...”[3]
Allah-Taalanın buyuruğuna əməl edin! O, buyurmuşdur: "Sizə salam verən şəxsə (yəni kəlmeyi-şəhadət deyən şəxsə) dünya həyatının puç mənfəətinə tamahsılanaraq: "Sən mömin deyilsən!” – deməyin. ...”[4]
Allahın salamı və rəhməti üzərinizə olsun!”

Azərbaycan "Milli Görüş-Sabiqun” Hərəkatı


[1] "Fəth”, 29
[2] "Nəhcülbəlağə”, 206-cı xütbə
[3] "Maidə”; 8
[4] "Nisa”; 94



  Şərhlər / 0 Şərh




 Şərh yazın


Ad və soyadınız* :
E-mail* :
Ölkə / Şəhər* :
Şərhiniz* :


ƏLLAMƏ BURQUİ




11

free counters

Sabiqun 2011-2017 © Bütün hüquqlar qorunur
Məlumatlardan istifadə zamanı istinad zəruridir!
Telefon: (+994 55) 505-05-99
Site by: azDesign.ws

Facebook

Youtube

Telegram
Yeniliklərə abunə olun