İNSULİN VURMAQ VƏ ORUC

İNSULİN VURMAQ VƏ ORUC

İNSULİN VURMAQ VƏ ORUC

İndi şəkər xəstəliyi barədə az-çox məlumatı olmayan və bu xəstəlik haqqında eşitməyən yoxdur. Belə ki, bu xəstəlik həm böyüklərə, həm də kiçik yaşlı uşaqlara, hər kəsə sirayət etmişdir. Çox geniş yayılmışdır. Xəstələr içərisində insulin qəbul edənlər də vardır. Bu, onların orucunu pozurmu?

Bəziləri soruşur ki, həkim yeməkdən yarım saat əvvəl insulin qəbul etməyi göstəriş verdiyi üçün iftardan yarım saat əvvəl insulin qəbul etmək olar? Bu suala bir müfti belə cavab verir ki, oruc vaxtı dəri altına insulin qəbul etməyin şərən heç bir maneəsi yoxdur və oruc səhihdir, çünki o, batinə (daxilə) yetişsə də normal yolla getmir, buna görə də insulinlə oruc pozulmur. ...

Bəzi alimlər belə hesab edirlər ki, insulin vurmaq orucu batil edən işlərdən hesab olunmur, çünki o, yemək və içmək deyildir və yemək və içmək mənasında da başa düşülmür. Əsas olan budur ki, insulin vurmaqla oruc səhihdir. Dəlil olmadan bu əsasın keçərsizliyinə hökm oluna bilməz. ...

Bəzi fitva idarələri, habelə tədqiqatçılar belə hesab edirlər ki, gündüz vaxtı müalicə üçün insulin qəbul etməkdə heç bir problem yoxdur və oruc tutan şəxsin sonradan qəza tutması da lazım deyil. Daha yaxşı olar ki, oruc tutmuş şəxsə əziyyət verməyəcəyi təqdirdə insulin gecə qəbul edilsin. ...

Mövzu ilə bağlı Seyid Fəzlullah bildirir ki, insulin vurmaq orucu pozan işlərdən hesab olunmur, çünki o, dərmandır, qida deyildir. Bəli, əgər oruc tutmağın özü şəkər xəstəsi üçün zərərli olarsa, cana zərər vurmağın haram olması qaydasına əsasən həmin şəxsin oruc tutması səhih (doğru) deyildir. ...