BƏYANAT

BƏYANAT

BƏYANAT

MƏRHUM DİNİ RƏHBƏR AYƏTULLAH SEYİD FƏZLULLAHIN MÜƏSSİSƏSİNDƏKİ ŞƏRİ HEYƏT: "17 İYUL CÜMƏ GÜNÜ YER KÜRƏSİNİN ŞƏRQ VƏ QƏRB HİSSƏLƏRİNDƏ MÜBARƏK FİTR BAYRAMININ İLK GÜNÜDÜR!”

Mərhum dini rəhbər Ayətullah Seyid Fəzlullahın müəssisəsindəki şəri heyət mərhum Seyidin söykəndiyi fiqhi əsasa uyğun olaraq dəqiq astronomik hesablamalara əsaslanaraq cümə gününə təvafüq edən 2015-ci il iyul ayının 17-ni 1436-cı il mübarək Fitr bayramı günlərinin ilk günü elan etmişdir. Beləliklə, 2015-ci il iyul ayının 16-sı cümə axşamı günü mübarək ramazan ayının son günüdür. Bəyanatda deyilir: "Hicri-qəməri təqvimi ilə 1436-cı ilin (m. 2015) şəvval ayının hilalı iyul ayının 16-sı cümə axşamı günündə Beyrut şəhəri yerli saatla sübh çağı 04:24-də (Bakı vaxtı ilə 06:24-də) doğacaq və cümə axşamı günü axşam Günəşin batışından təxminən 05 dəqiqə sonra batacaqdır. Belə ki, Günəş saat 19:50-də qürub edəcəkdir, halbuki Ay 19:55-də batacaqdır. Günəşin batışından sonra hilal deyilmiş şəkildə üfüqdə dayanacaq və ən aşağı dərəcədə Beyrut şəhərinin üfüqü üstünə yüksələcəkdir. Günəşdən təxminən 8 dərəcə və 43 dəqiqə uzaqlaşacaq, hilalın qalınlığı 00:00:11, parıltı nisbəti 00:58% olacaq və Yerdən 394971.52 km. uzaq olacaqdır. Bu xüsusiyyətləri ilə hətta yaxınlaşdırıcı cihazlarla belə hilalın Beyrut şəhərinin (həmçinin Bakı şəhərinin) üfüqündə görünməsi qeyri-mümkündür.

Lakin hilalın adi gözlə Cənubi Amerikanın bəzi ölkələrində, yaxınlaşdırıcı cihazlar vasitəsilə isə Afrika qitəsinin cənub hissəsində görünməsi mümkün olacaq. Seyid Fəzlullahın söykəndiyi fiqhi əsas budur ki, qəti (dəqiq) və adətən yəqinlik ifadə edən astronomik hesablamalara etimad etmək icazəlidir və gecənin bir hissəsində olsa da, müştərək olduğumuz hər hansı bir ölkədə və ya məntəqədə hilalın görünməsinin mümkünlüyü kifayət edir. Buna əlavə olaraq Seyidə görə adi gözlə görməklə yaxınlaşdırıcı cihaz vasitəsilə görmək arasında heç bir fərq yoxdur, hər iki görmə mötəbərdir. Bu fiqhi əsasa görə 17 iyul cümə günü gecənin bir hissəsində olsa da, müştərək olduğumuz bütün məntəqələrdə şəvval ayının ilk günüdür. Bu hökm Yer kürəsinin şərq və qərb hissələrinin hər ikisinə şamil edilir.

Allahdan istəyirik ki, bu bayramı İslam dünyası üçün xeyirli və bərəkətli qərar versin, müsəlmanların sözünü bir yerə toplasın və mövqelərini birləşdirsin, onların cəmiyyətindən fitnə-fəsadı aparsın və ölkələrini sionistlərin, Amerikanın, Böyük Britaniyanın, Atlantika İttifaqının (NATO), digər istismarçı qüvvələrin işğalından və yerli zalımların zülmündən azad etsin!”

 Allahdan istəyirik ki, bu bayram günü bütün azərbaycanlılar arasında xeyirə və haqqa açılış günü olsun! AMİN!

 İzah: Bəyanata və 1436-cı il (m. 2015) şəvval ayı hilalının sxeminə diqqət etməklə məlum olur ki, 16 iyul axşam Günəş batarkən bizim ölkənin üfüqündə ayparanın görünməsi qeyri-mümkündür. Lakin gecənin bir hissəsində olsa da belə müştərək olduğumuz ölkələrin birində – tünd göy və çəhrayı rəngdə yerləşən ölkələrə baxın – ayparanın teleskopdan istifadə etməklə və adi gözlə görünməsinin mümkünlüyü ilə Seyid Fəzlullahın fitvasına əsasən bizim üçün də şəvval ayının əvvəli (Fitr bayramı günü) sübuta yetmiş olur.

 "MİLLİ GÖRÜŞ-SABİQUN” HƏRƏKATI