Ramazan dərsləri 5-ci dərs: Oruc tutmağı tərk etməkdə üzrlü olan şəxslər

Ramazan dərsləri 5-ci dərs: Oruc tutmağı tərk etməkdə üzrlü olan şəxslər

ALTINCI DƏRS

 

§ 1. Oruc tutmağı tərk etməkdə

üzrlü olan şəxslər

Sual: Şəriət hansı şəxslərə orucu tutmamağa icazə vermişdir güzəştlər kimə aid edilir?

Cavab: Şəriət bəzi şəxslərə oruc tutmamağa icazə vermişdir bu güzəştlər aşağıdakılara aid edilir:

qüvvələrinin zəifləməsindən fəaliyyətlərinin dayanmasından əziyyət çəkən şəxslər: belə ki, bu şəxslər oruc tutsa, oruc onlar üçün çətinlik yaradaraq onların zəifliyini artıracaq həmin şəxslər tutduqları oruca görə ayağa qalxa, yeriyə gündəlik işlərini icra edə bilməyəcəklər.

70 yaşına çatmış şəxslər: o həm kişilər, həm qadınlar üçün qocalıq mərhələsidir ki, əgər bu mərhələdə insanın oruc tutması qeyri-mümkün olacaq, oruclu qalma gücü olmayacaq, yaxud oruc tutması çətin olacaq qədər zəif olarsa, həmin şəxs orucunu yeyə bilər.

tez-tez susayan adam.

doğması yaxın, yaxud da uzaq olan tutduğu oruc özünə bətnindəki uşağına zərər vuracaq qədər zəif olan hamilə qadın: Əlbəttə ki, oruc hamilə qadının özü bətnindəki uşağı üçün zərərli olmasa, qadının oruc tutmağı tərk etməsi icazəli deyil. Əgər tərk edərsə, qəza ilə yanaşı kəffarə verməsi vacibdir.

südü az olan uşaq əmizdirən o qadın ki, əgər süd verərək oruc tutsa, orucun ona zərəri olar, yaxud südü azalar nəticədə uşaq zərər görər. Əgər oruc tutmaqla bu hallar ortaya çıxmazsa, yaxud süni süd, yaxud heyvan südü, yaxud da başqa qadının süd verməsilə əvəz etmək o qadın üçün mümkün olarsa, onun orucunu yeməsi icazəli deyil.

Sual: Bəs bu şəxslər etməlidirlər?

Cavab: Oruc tutmaları onlar üçün çətin məşəqqətli olduğu üçün onu tərk edən qocalar çox-çox susayan şəxslərə gəlincə onlar fidyə verməlidirlər. Orucun qəzasını tutmaları vacib deyil. Oruc tutmaq bətnindəki uşaq, yaxud süd verən qadın üçün zərərli olduğuna görə oruc tutmayan doğuşu yaxın ya uzaq olan südü az olan qadına gəlincə qadın fidyə verməli bu səbəblər aradan getdikdən sonra tutmadığı günlərin qəzasını tutmalıdır.

Sual: Fidyənin miqdarı qədərdir?

Cavab: Bir fəqir üçün bir günün fidyəsinin miqdarı 750 qramdır. Kilo yarım olması müstəhəb ehtiyatdır, yəni orucu tərk etməkdə üzrlü olan şəxs neçə gün oruc tutmamışdırsa, o günlərin sayı qədər fidyə verəcək.

Sual: Fidyə pul kimi verilir?

Cavab: Fidyə pul kimi yox, malın özündən verilməlidir. Buğdadan, yaxud undan verilir.

 

Tərtibatçı: Xəyyam Qurbanzadə