Ramazan dərsləri 6-cı dərs: Kəffarə haqqında

Ramazan dərsləri 6-cı dərs: Kəffarə haqqında

YEDDİNCİ DƏRS

 

§ 1. Kəffarə haqqında

Sual: Kəffarə hansı hallarda vacib olur?

Cavab: Kəffarə aşağıdakı hallarda vacib olur:

qəsdən orucu batil etmək (yaxud onu tutmamaq);

orucun vacibliyini bilmək;

yerinə yetirilən işin orucu pozan bir olduğunu bilmək.

Sual: Əgər bir şəxs orucun vacib olduğunu, yaxud etdiyi işin orucu pozan bir olduğunu bilməsə, kəffarə vacib olar?

Cavab: Xeyr! Vacib olmaz.

Sual: Kəffarə necə verilir?

Cavab: Orucun vacibliyini yerinə yetirilən işin orucu pozan bir olduğunu bildiyi halda qəsdən orucu pozan (yaxud onu tutmayan) şəxs aşağıdakı şəkildə kəffarə verməlidir:

ya altmış fəqirin hər birinə 750 qram miqdarında un, buğda, xurma, düyü, mərci, paxla bunlar kimi insana qüvvət verən qidalardan verməli;

ya da 31 günü ardıcıl olmaq şərtilə 60 gün (iki ay) oruc tutmalıdır. Yerdə qalan 29 günü istərsə, ardıcıl, istərsə fasilə ilə tuta bilər.

–  ya da bir qul azad etməlidir. Bu gün fiqhi mənası ilə qul mövcud olmadığına görə ya həbsdə olan mömini azad etməli, ya da bir qul insanın qiymətini o dövrün dəyəri ilə və qiymətini bu zamanda hesablamaqla yoxsula verməlidir, yaxud istər onun borcunu ödəmək, yaxud başqa bir vasitə ilə borc savaşında olan mömini bu savaşdan xilas etməlidir ki, bu da buxov (həbs) içində olan mömini azad etməkdir.

Sual: Kəffarə kimə verilməlidir?

Cavab: Kəffarə fəqirə, yaxud miskinə verilməlidir.

Sual: Kimə fəqir miskin deyilir?

Cavab: Fəqir illik qüvvəyə sahib olmayan şəxsdir. Belə ki, onun yığılmış, yavaş-yavaş əldə olunacaq illik azuqəsi olmur. Miskin isə halı daha pis olan fəqirdir.

Sual: İllik azuqə deyildikdə yalnız yemək qida başa düşülür?

Cavab: İllik qüvvə (azuqə) yalnız yemək deyildir, əksinə zəruri ev əşyaları, yaşayış yeri, dava-dərman pal-paltar da illik qüvvəyə aiddir, yəni yeməyi olduğu halda bu deyilənlərə sahib olmayan şəxs fəqir hesab olunur.

Sual: Verilməsi lazım olan malın əvəzinə onun qiymətinin verilməsi kifayət edirmi?

Cavab: Malın əvəzinə qiymətinin verilməsi kifayət etmir. Malın özü verilməlidir.

Sual: Fəqirə bir kəffarədən artıq verilə bilər? Məsələn, orucu qəsdən pozduğuna, yaxud tutmadığına görə kəffarə verməklə mükəlləf olan bir şəxs, məsələn 60 kq malı hər birinə 6 kq verməklə on fəqir arasında paylaşdıra bilər?

Cavab: Xeyr! Əksinə, hər birinə 750 qram miqdarında vermək şərtilə 60 fəqir miskin arasında bölünməlidir, çünki vacib olan 60 yoxsulun yedizdirilməsidir, nəinki yalnız bir fəqirə verilsə də, 60 kiloqramın verilməsi.

Sual: Kəffarənin başqa hansı şərtləri vardır?

Cavab: Aşağıdakı şərtlərə riayət olunmalıdır:

kəffarə verilən şəxs kəffarə verənin atası, anası onlar kimi nəfəqələri (gündəlik xərcləri) insana vacib olan şəxslər olmamalıdır;

kəffarə verilən şəxs binamaz, şərabiçən açıq şəkildə günah edən aldığını harama sərf edən şəxs olmamalıdır;

kəffarənin verilməsi ibadət olduğu üçün onu Allah rizası üçün vermək vacibdir;

kəffarənin nəyə görə verildiyi müəyyənləşdirilməlidir; Belə ki, məsələn ramazan ayının orucu, yaxud onun qəzası qəsdən pozulduğuna görə kəffarə verildiyi niyyət edilməlidir.

Sual: Əgər insan kəffarəni verə bilməsə, etməlidir?

Cavab: Ramazan ayının orucunu pozmanın kəffarəsini verə bilməyən şəxs ya 18 gün oruc tutmalı, ya da bacardığı qədər sədəqə verməlidir. Əgər bunların heç birini edə bilməsə, kəffarə əvəzinə Allahdan bağışlanma istəməlidir. Bundan sonra imkanı olsa da, kəffarə verməsi vacib deyil.

 

Tərtibatçı: Xəyyam Qurbanzadə