“6 may 2019-cu il (h. q. 1440) bazar ertəsi günü mübarək ramazan ayının ilk günüdür!

“6 may 2019-cu il (h. q. 1440) bazar ertəsi günü mübarək ramazan ayının ilk günüdür!

BƏYANAT

"6 may 2019-cu il (h. q. 1440) bazar ertəsi günü mübarək ramazan ayının ilk günüdür!

Mərhum dini rəhbər Ayətullah Seyid Fəzlullahın müəssisəsindəki şəri heyət bazar ertəsi gününə təvafüq edən 2019-cu il may ayının 6-sının 1440-cı il mübarək ramazan ayının ilk günü olduğunu elan etmişdir. Bəyanatda deyilir: "H. q. təqvimilə 1440-cı ilin mübarək ramazan ayının hilalı 2019-cu il may ayının 4-ü şənbə günü Qrinviç saatı ilə 22:45-də, yəni Beyrut şəhəri yerli saat ilə şənbə günü gecə yarısından sonra 01:45-də (Bakı vaxtı ilə 02:45-də) doğacaqdır. Dünyanın bütün regionlarında Ayın görünməsi (röyət) mütləq şəkildə qeyri-mümkün olduğuna görə 2019-cu il may ayının 5-i, yəni bazar günü şəban ayının son günü (30-cu günü) olacaqdır. Bazar günü axşam hilalın (ayparanın) dünyanın bir çox regionlarında çılpaq gözlə və yaxınlaşdırıcı cihazlar vasitəsilə görünməsinin mümkünlüyünə əlavə olaraq bu təqdirdə 2019-cu il may ayının 6-sı h. q. təqvimilə 1440-cı il mübarək ramazan ayının ilk günü olur. Seyid Fəzlullahın söykəndiyi fiqhi əsasa görə bu hökm Yer kürəsinin hər iki hissəsinə – Şərq və Qərb hissələrinə şamil edilir.

Seyid Fəzlullahın söykəndiyi fiqhi əsas budur ki, qəti (dəqiq) və adətən yəqinlik ifadə edən astronomik hesablamalara etimad etmək icazəlidir və gecənin bir hissəsində olsa da, müştərək olduğumuz hər hansı bir ölkədə və ya məntəqədə hilalın görünməsinin mümkünlüyü kifayət edir. Buna əlavə olaraq Seyidə görə adi gözlə görməklə yaxınlaşdırıcı cihaz vasitəsilə görmək arasında heç bir fərq yoxdur, hər iki görmə mötəbərdir.

Allahdan istəyirik ki, bu ayı İslam dünyası üçün xeyirli və bərəkətli qərar versin, müsəlmanların sözünü bir yerə toplasın və mövqelərini birləşdirsin, onların cəmiyyətindən fitnə-fəsadı aparsın və ölkələrini sionistlərin, Amerikanın, Böyük Britaniyanın, Atlantika İttifaqının (NATO), digər istismarçı qüvvələrin işğalından və yerli zalımların zülmündən azad etsin!”

 Allahdan istəyirik ki, bu ay bütün azərbaycanlılar arasında xeyirə və haqqa açılış ayı olsun! AMİN!

Qırmızı rəng: hilalın görünməsinin qeyri-mümkün olduğu bölgələr.

Rəngsiz: hilalın görünməsinin qeyri-mümkün olduğu bölgələr.

Tünd göy: hilalı yalnız teleskopdan istifadə etməklə görmək mümkündür.

Çəhrayı (gülü, açıq gül rəngli): hilalı teleskopdan istifadə etməklə, hava tam buludsuz olduğu və təcrübəli bir müşahidəçi tərəfindən izləndiyi halda adi gözlə görmək mümkündür.

Yaşıl: hilalın adi gözlə görünməsinin mümkün olduğu bölgələr.

Bu elana əsasən may ayının 23-dən 24-nə, 25-dən 26-na və 27-dən 28-nə keçən gecələr Əhya gecələridir. Mayın 27-dən 28-nə keçən gecə isə mübarək Qədr gecəsidir.

 

"MİLLİ GÖRÜŞ-SABİQUN” HƏRƏKATI