ƏRƏB DÖVLƏTLƏRİNİN ƏKSƏRİYYƏTİNDƏ 24 APREL RAMAZAN AYININ İLK GÜNÜDÜR!

ƏRƏB DÖVLƏTLƏRİNİN ƏKSƏRİYYƏTİNDƏ 24 APREL RAMAZAN AYININ İLK GÜNÜDÜR!

Səudiyyə Ərəbistanı, BƏƏ (Birləşmiş Ərəb Əmirlikləri), Küveyt, İordaniya Haşimilər Krallığı, Əlcəzair, Suriya, Qətər, Tunis, Mərakeş Krallığı və Yəmən kimi ərəb dövlətlərində cümə axşamı günündə 24 aprel cümə gününün bu il mübarək ramazan ayının ilk günü olduğu elan edilmişdir. Və bu elan ayın hilalının görünməsinin təsbit olunması prinsipinə əsaslanır.

Səudiyyə Ali Məhkəməsi demişdir: "Belə qərara alınmışdır ki, "Ümmül-qura” təqviminə uyğun olaraq 2020-ci il aprel ayının 24-nə təvafüq edən cümə gününün sabahı builki mübarək ramazan ayının ilk günüdür!”

  Küveyt Şəri Röyət Heyəti bildirmişdir ki, cümə gününün sabahı builki mübarək ramazan ayının ilk günüdür!

  Əlcəzair Dini İşlər Nazirliyi demişdir: "Ayparanın Müşahidə Olunması üzrə Milli Komitə elan etmişdir ki, Əlcəzairdə ramazan ayının ilk günü cümə günüdür”.

  Həmçinin Misir, İrak, Livan, Liviya və Bəhreyn kimi ölkələr də çərşənbə günü (22 aprel) elan etmişlər ki, cümə axşamı günü şəban ayının son günüdür və cümə günü mübarək ramazan ayının ilk gününə təvafüq edir.

  Oman Sultanlığı Vəqflər və Dini İşlər Nazirliyi elan etmişdir ki, ramazan ayı hilalının görünməsi sübuta yetmədiyinə görə sabah (yəni 24 aprel) şəban ayının son günüdür və ramazan ayının ilk günü şənbə günüdür.

  Sudan İslam Fiqhi Akademiyası cümə axşamı günü axşam bildirmişdir ki, ramazan ayı hilalının adi gözlə və yaxınlaşdırıcı cihazlar vasitəsilə görünməsi qeyri-mümkündür. Buna görə də cümə günü şəban ayının son günüdür və ramazan ayının ilk günü şənbə günüdür.

  İran İslam Respublikası, Pakistan və Bruney Sülh Dövləti də şənbə gününü mübarək ramazan ayının ilk günü elan etmişdir.

 Qafqaz Müsəlmanları İdarəsi Qazılar Şurasının fitvasına əsasən Azərbaycan üfüqündə hilalın görünməsinə uyğun olaraq ramazan ayının 1-i miladi təqvimlə 25 aprel 2020-ci ilə təvafüq edir.