«Rö’yəti-hilal konfransı» (İstanbul — 1978)

«Rö’yəti-hilal konfransı» (İstanbul — 1978)

1978-ci ildə İstanbulda “Röyəti-hilal” mövzusunda

 millətlərarası bir elmi konfras keçirilmişdir.

 Bu konfransın qərar mətninin tərcüməsini sizə təqdim edirik.

Türkiyə Respublikası Dini İşlər İdarəsinin dəvətilə “Qəməri ayların əvvəlinin təsbit edilməsi” konfransı” 26-29 zilhiccə 1398 (m. 27 – 30 noyabr 1978) tarixləri arasında İslamın tarixi paytaxtı İstanbulda toplanmışdır. Konfransda aşağıda adı çəkilən İslam ölkələrindən adları əlavədə təqdim olunan nümayəndələr iştirak etmişlər:

1. Orta Asiya və Qazaxstan (Sovet İttifaqı)

2. Əfqanıstan

3. İndoneziya

4. Pakistan

5. Bəhreyn

6. Banqladeş

7. Türkiyə

8. Tunis

9. Əlcəzair

10. Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ)

11. Küveyt

12. Sudan

13. İrak

14. Kipr

15. Livan

16. Malayziya

17. Haşimi İordaniya Krallığı

18. Səudiyyə Ərəbistanı Krallığı

19. Mərakeş Krallığı

Təmsilçi göndərən təşkilatlar:

20. Rabitətul-Aləmil-İslami

21. Paris İslam Mərkəzi

22. Brüssel İslam Mərkəzi

Bu konfrans daha əvvəl həmin məqsədlə keçirilən konfranslar silsiləsindən biri olaraq toplanmış və fəaliyyətini Kuala-Lumpur (Malayziya) Konfransı ilə Küveyt Vəqf İdarəsi Nazirləri Konfransında əldə olunan nəticələri tamamlayıcı və təkmilləşdirici bir istiqamətdə davam etdirmişdir.

Konfransda iştirak edən nümayəndələr məruzə ilə çıxış etmiş və öz çıxışlarında müsəlmanların ramazan ayının əvvəli və sonu ilə, dini günlərdə və bayramlarda bir-birindən fərqli görüntülərə sahib olmalarının ortaya çıxardığı təəssüfləndirici vəziyyəti ələ almışlar.

Konfrans üzvləri dinin qəbul etmədiyi bu vəziyyəti düzəltməyin zəruri olduğu məsələsini yekdilliklə qəbul etmişlər. Çünki müsəlmanlar Quran-kərimin “Bu, sizin ümmətiniz, vahid bir ümmətdir” ayəsinin ifadə etdiyi kimi vahid bir ümmətdir. Dini mövzularda ixtilaf etmələri icazəli deyildir. Allah-Taala “Hamılıqla Allahın ipinə möhkəm sarılın və ayrılmayın! ...”[1] ayəsilə birlik və bərabərliyi əmr etmişdir.

Konfransda iştirak edən alimlər arasında Din Komissiyası və Astronomiya Komissiyası olmaqla iki ayrı komissiya yaradılmışdır. Bunlardan hər biri öz ixtisası daxilindəki mövzular barəsindəki məruzə və çıxışları araşdırmışdır. Dərin müzakirələrdən sonra konfrans son iclasında yekdilliklə aşağıdakı qərarları qəbul etmişdir:

1. İstər adi (çılpaq) gözlə, istərsə modern elmin müşahidə metodları ilə olsun əsas olan hilalın rö’yətidir (görünməsidir).

2. Astronomların hesablaması ilə təsbit etdikləri qəməri ayların əvvəlinə dini baxımdan etibar edilə bilməsi üçün onlar öz təsbitlərini hilalın Günəş batdıqdan sonra görünməyə mane olan maneələrin olmaması halında gözlə görünə biləcək şəkildə, üfüqdə felən mövcud olması əsasına istinad etmələri lazımdır ki, bu da “hökmi rö’yət” deyə adlandırılan rö’yətdir.

3. Hilalın görünə bilməsi üçün iki əsas şərtin həqiqət tapması zəruridir:

a) İctimadan (qovuşmadan) sonra Ay ilə Günəşin bucaq uzaqlığı 8 dərəcədən az olmamalıdır. Bilindiyi kimi, rö’yət 7 dərəcə ilə 8 dərəcə arasında başlayır. 8-ci dərəcənin əsas götürülməsində ehtiyat baxımından fikir  birliyi əldə edilmişdir.

b) Günəşin batdığı anda Ayın üfüqdən yüksəkliyinin bucaq dəyəri 5 dərəcədən az olmamalıdır.

Sadəcə bu əsasa görə normal vəziyyətlərdə hilalın adi gözlə görünə bilməsi mümkündür.

4. Hilalın görünə bilməsi üçün müəyyən bir yer şərt deyildir. Yer üzünün hər hansı bir bölgəsində hilalın görünməsi mümkün olarsa, buna istinad edərək ayın başladığına hökm etmək doğru olar. İslam dünyasında birlik və bərabərliyi təmin etmək üçün rö’yətin (görünmənin) elanı sonrakı maddədə işarə edilən “Müştərək hicri təqvimi”ndə qeyd edilənlərə müvafiq olaraq Məkkeyi-Mükərrəmədə təsis ediləcək rəsədxana tərəfindən həyata keçirilməlidir.

5. Din və astronomiya alimlərilə rəsədxananın səlahiyyətli şəxsləri tərəfindən hər qəməri il üçün 2-ci, 3-cü və 4-cü maddələrdə qeyd olunan meyarlara əsaslanan bir təqvim hazırlanmalıdır. Təqvim Komissiyası “Müştərək təqvim eskizi”ni qəbul etmək üçün periodik (dövri) olaraq hər il toplanacaqdır.

İlk toplantı 1399-cu il rəbiülaxır (mart 1979) ayında İstanbulda keçiriləcək.

6. Yuxarıda işarə edilən Təqvim Komissiyası aşağıda adı çəkilən ölkələrin təmsilçilərindən təşəkkül tapacaqdır:

İndoneziya, Banqladeş, Türkiyə, Tunis, Əlcəzair, Səudiyyə Ərəbistanı, İrak, Qətər, Küveyt və Misir. Toplantının keçirilməsi üçün bütün üzvlərin iştirakı zəruri deyildir.

7. Məzkur komissiya yuxarıda açıqlanan meyarlara görə ramazan, şəvval və zilhiccə aylarının hilalları üçün hilalın görünə biləcəyi bölgələrin göstərildiyi xəritələr hazırlayacaqdır. Beləcə, vəziyyət münasibdirsə, şəxsən hilalı gözləyərək rö’yəti gerçəkləşdirmək və hesablamanın doğru olduğu mövzusunda qane olmaq istəyən hər bir şəxs üçün asanlıq təmin edəcəkdir. Həm də bu xəritələr istəyən hər bir dövlətin vəzifələndirəcəyi mütəxəssis və etimadlı bir heyəti müşahidə ilə vəzifələndirməsinə yardımçı olacaq.

8. Bu qərar və tövsiyələr İslam Ölkələri Xarici İşlər Nazirləri Konfransı Baş Katibliyinə təqdim olunaraq, xarici işlər nazirlərinin Rabatda (Mərakeşin paytaxtı) keçiriləcək ilk toplantısında qəbul və tətbiq edilməsi istəniləcəkdir.

Konfrans son iclasında aşağıdakı tövsiyə qərarlarını qəbul etmişdir:

1. Gündüz və gecələrin normal bölgələrdən fərqli olaraq uzun olduğu yerlərdə oruc və namaz vaxtlarının təsbit edilməsi məsələsini araşdırmaq üçün xüsusi bir konfrans keçirilməlidir[2].

2. Astronomiya dərsini ümumi tədris, ələlxüsus dini tədrisdə, dərs proqramları siyahısına daxil etmək, universitet tədrisində astronomiya ixtisas bölmələri qurmaq zəruridir.

3. İslam aləmindəki əlaqədar nazirliklər, dini və islami işlər idarələri, Əzhəri-Şərif və Rabitətul-Aləmil-İslami kimi müsəlmanlarla əlaqədar işlərə nəzarət edən rəsmi qurumlardan hədəf seçdikləri bərabərliyi gerçəkləşdirmək üçün dini bayramlarını birləşdirmək istiqamətində qəbul edilən bu qərarların bütün cavabdeh şəxslər tərəfindən tətbiq edilməsi üçün cəhd göstərmələri istənilməlidir.

4. İslam ölkələrinin hökumətlərinə çağırış edərək rəsədxana mövzusu ilə maraqlanmaları və öz ölkələrində rəsədxanaları yayğınlaşdırmaları, bunların aralarında qarşılıqlı bilgi və təcrübə mübadiləsi ilə koordinasiyanın təmin edilməsi istənilməlidir.

5. Küveytdə Din İşləri və Vəqf İdarəsi Nazirlikləri Konfransının təklif etdiyi və Rabitənin də qəbul edərək qurmağa başladığı Məkkə Rəsədxanasının dərhal təkmilləşdirilməsi üçün Rabitətul-Aləmil-İslamiyə çağırış edilməlidir.

6. Bu qərarların bütün ölkələrin hökumətlərinə və ayrıca dünyadakı bütün islami quruluşlara çatdırılması Türkiyə Respublikası Dini İşlər İdarəsindən tələb edilməlidir.

Konfransda iştirak edən nümayəndələr islami mövzulara göstərdiyi isti münasibət və diqqətə görə Türkiyə Respublikası Prezidentinə, hökumət başçısına, dövlət nazirinə, qardaş müsəlman türk xalqına üstün təşəkkür, hörmət və ehtiramlarını təqdim etməkdən xoşbəxtlik hiss edirlər. Ayrıca lütf edərək bu konfransa dəvət edən və konfransın keçirildiyi müddət ərzində təmin etdikləri mükəmməl təşkilatçılıq və qonaqpərvərlik, bu konfransın fəaliyyətlərinin uğur qazanması cəhdlərinə görə Türkiyə Respublikası Dini İşlər İdarəsi ilə Kandilli Rəsədxanasının rəhbərliyinə səmimi təşəkkürlərini və təriflərini təqdim edirlər.

Müvəffəqiyyət Allahdandır!

 

KONFRANSDA İŞTİRAK EDƏN ÖLKƏLƏR VƏ ONLARIN TƏMSİLÇİLƏRİNİN ADLARI VƏ TUTDUQLARI VƏZİFƏLƏR

Açılış İclasının Sədri

Təyyar Altukulaç

TR. Dini İşlər Naziri

I İclasın Sədri

Mustafa Kamal Tərzi

Tunis Dini İşlər Naziri

II İclasın Sədri

İbrahim əl-Qəhtan

İordaniya Baş Qazısı

III İclasın Sədri

Yusif Əhməd əs-Siddiqi Bəhreyn

Ali Şəri Kassasiya Məhkəməsinin Sədr müavini

IV İclasın Sədri

Əhməd Həmmani

Əlcəzair Ali Din Kollegiyasının Sədri

V İclasın Sədri

M. əl-Həbib əl-Hoce

Tunis Müftisi

Konfransın Məruzəçisi: d-r Əkmələddin Ehsan

Ankara Universiteti lektoru (mühazirəçisi)

 

 

ÖLKƏ

AD

VƏZİFƏSİ

1

Abu-Dəbi

1. A. Mühəmmədəli əl-Qasımi

2. Seyid Ali-Seyid əl-Haşimi

Ədalət və Din İşləri Sədarəti Müşaviri

 

I Şəri Qazı

2

Banqladeş

D-r Mühəmməd İshaq

Dəkkə Universiteti Ərəb dili və İslam Araşdırmaları Şöbəsinin professoru

3

Belçika

Mühəmməd əl-Alvini

Brüssel İslam Mədəniyyət Mərkəzinin sədri və imamı

4

Bəhreyn

1. Yusif Əhməd əs-Siddiqi

2. D-r Ali-Əba Hüseyn

Ali Şəri Kassasiya Məhkəməsinin Sədr müavini

Tarixi sənədlər arxivi mütəxəssisi

5

Əfqanıstan

1. Cövhər əs-Siddiqi

2. Əbdülqadir Sönməz

Kabil Ali Məhkəmənin Rəisi və Baş Hakim

Ankara İlahiyyat Fakültəsi lektoru

6

 Əlcəzair

1. Əhməd Həmmani

2. Əbdülkərim Azlul

Ali Din Kollegiyasının Sədri

Astronom

7

Fransa

Prof. Mühəmməd Həmidullah

Sorbon Universiteti şərqşünaslıq professoru

8

İndoneziya

1. D-r Kəfravi

2. Əbdürrəhim

Dini İşlər İdarəsinin Sədri

Dövlət İslam Universiteti Şəriət Fakültəsi dosenti

9

İordaniya

Şeyx İbrahim əl-Həbib

İordaniya Baş Qazısı

10

İrak

1. Fəyyaz Əbdüllətif ən-Nəcm

2. Ömər Bəşir M. ən-Nəmə

Bağdad Tətbiqi Elmlər Fakültəsi dosenti

“İslami Oyanış” Camesi imam-xətibi

11

Kipr

Rüfət Mustafa

Kipr Müftisi

12

Küveyt

1. Mühəmmədəli əl-İsa

 

2. Əbdürrəhman Əbdülvəhhab əl-Faris

3. Saleh Mühəmməd əl-Uceyri

Ali Kassasiya Məhkəməsi müşaviri və Şəri Rö’yət Heyəti Sədri

Vəqflər Nazirliyi İslami İşlər Müşaviri

 

Astronom

13

Livan

D-r Sübhi Saleh

Livan Universiteti Ədəbiyyat və İslami Elmlər Fakültəsi və Din İşləri Ali Məclisi Sədr Vəkili

 

14

 

Malayziya

1. Dato Şeyx Əbdülmöhsin

2. Prof. Əbdülhəmid Tahir

3. Mühəmməd Xəyr ibn Hac Təbib

Dövlət müftisi

 

Texniki Universitetin rektoru

 

Kuala-Lumpur İslam Komissiyası astronomiya müşaviri

15

Mərakeş

Krallığ

1. Əbdüləziz ibn Abdullah

 

2. İbn Əbdürrəzzaq

Ərəbcə Təlif və Tərcümə İnstitutunun Sədri və əl-Qarauin Universiteti professoru

Mərakeş Krallığının müvəqqiti (vaxtı (xüsusilə də namaz vaxtını) müəyyənləşdirən adam)

16

Pakistan

1. D-r Əminullah Vəziri

2. D-r Mühəmməd Ənvər Bətti

Dini İşlər İdarəsinin sədri

Lahor-Pəncab Universiteti Astronomiya bölməsinin rəhbəri

17

Rabitətul-Aləmil-İslami

Saleh Özcan

Naşir

18

Səudiyyə Ərəbistanı

D-r Əbdüssəməd əl-Qədhi

Riyad Universiteti Tətbiqi Elmlər Fakültəsi dekanı

19

Sovet İttifaqı

1. Ziyaəddin Babaxan

 

2. Əzzam Əli Əkbər

Orta Asiya və Qazaxıstan Müsəlmanları rəisi

Sovet Müsəlmanları Xarici Əlaqələr İdarəsinin sədri 

20

Sudan

1. D-r Yusif əl-Xəlifə Əbubəkr

2. Əl-Əmin Mühəmməd Əhməd Kaira

Din İşləri və Vəqf İdarəsi Nazirliyinin müşaviri

Umdurman İslam Universiteti Baş Katibi

 

21

 

Tunis

1. M. əl-Həbib əl-Hoce

 

2. Mustafa Kamal ət-Tərzi ibn əl-Hoce

3. Mühəmməd Alluş

Tunis Müftisi və Zeytuniyyə Şəriət Fakültəsi professoru

Dini İşlər Naziri və Təhsil Nazirliyi Din Tədrisi Müfəttişi

Meteorologiya İnstitutu Geofizika Bölməsinin sədri

 

22

 

Türkiyə

1. Təyyar Altukulaç

2. A. Həmdi Qəssaboğlu

3. D-r Müəmmər Dizər

Dini İşlər Naziri

Din İşləri üzrə Ali Kollegiyanın Sədri

Kandilli Rəsədxanasının Sədri

 

“İslamın işığında günün məsələləri”, s. 123-127

Müəllif: Xeyrəddin Qaraman

 

[1] “Ali-İmran”, 103

[2] Brüsseldə keçirilən bu toplantının nəticələri “İslamın işığında günün məsələləri” kitabının “Namaz vaxtları” bölməsində verilmişdir. Maraqlananlar müraciət edə bilərlər. Müə: Xeyrəddin Qaraman, s. 89