Mərhum dini rəhbər S. M. Fəzlullahın müəssisəsindəki şər’i heyət: «24 may bazar günü mübarək Fitr bayramının ilk günüdür!»

Mərhum dini rəhbər S. M. Fəzlullahın müəssisəsindəki şər’i heyət: «24 may bazar günü mübarək Fitr bayramının ilk günüdür!»

BƏYANAT

MƏRHUM DİNİ RƏHBƏR AYƏTULLAH SEYİD FƏZLULLAHIN MÜƏSSİSƏSİNDƏKİ ŞƏR’İ HEYƏT: “24 MAY BAZAR GÜNÜ MÜBARƏK FİTR BAYRAMININ İLK GÜNÜDÜR!”

Mərhum dini rəhbər S. M. Fəzlullahın müəssisəsindəki şər’i heyət belə bəyanat vermişdir. Bəyanatda deyilir: “Hicri-qəməri təqvimi ilə 1441-ci il şəvval ayının hilalı miladi təqvimi ilə 2020-ci il may ayının 22-si cümə günü Qrinviç saatı ilə 17:39-da (Bakı vaxtı ilə 21:39-da) doğacaqdır. Cümə günü axşam (şənbə gecəsi) dünyanın heç bir məntəqəsində hilal görünməyəcəkdir. Buna görə də 2020-ci il may ayının 23-ü şənbə günü mübarək ramazan ayının 30-cu günü – son günüdür. May ayının 24-ü bazar günü şəvval ayının ilk günüdür (yəni mübarək Ramazan bayramının ilk günüdür).

Yuxarıdakı sxemdə göründüyü kimi yaşıl rənglə rənglənmiş məntəqələrdə hilalın çılpaq gözlə asanlıqla görünməsi, yaxud çəhrayı rənglə rənglənmiş məntəqələrdə hava tam buludsuz olduğu və təcrübəli bir müşahidəçi tərəfindən izləndiyi halda görünməsi mümkün olacaqdır. Tünd göy rənglə rənglənmiş məntəqələrdə də hilal yaxınlaşdırıcı cihazlar vasitəsilə görünəcəkdir. Buna əsasən 2020-ci il 24 may bazar günü şəvval ayının ilk günüdür. Və bu, S. M. Fəzlullahın söykəndiyi fiqhi əsasa görədir. Həmin fiqhi əsas budur ki, qəti (dəqiq) və adətən yəqinlik ifadə edən astronomik hesablamalara etimad etmək icazəlidir və gecənin bir hissəsində olsa da belə müştərək olduğumuz hər hansı bir ölkədə və ya məntəqədə hilalın görünməsinin mümkünlüyü kifayət edir. Buna əlavə olaraq Seyidə görə çılpaq gözlə görməklə yaxınlaşdırıcı cihaz vasitəsilə görmək arasında heç bir fərq yoxdur, hər iki görmə mötəbərdir. Bu hökm bütün şərq və qərb məntəqələrinə şamil edilir.

Allahdan istəyirik ki, bu günü İslam dünyası üçün xeyir, yardım və bərəkət günü qərar versin, müsəlmanların sözünü bir yerə toplasın və mövqelərini birləşdirsin, onların cəmiyyətindən fitnə-fəsadı aparsın və ölkələrini sionistlərin, Amerikanın, Böyük Britaniyanın, Atlantika İttifaqının (NATO), digər istismarçı qüvvələrin işğalından və yerli zalımların zülmündən azad etsin!”

Allahdan istəyirik ki, bu gün bütün azərbaycanlılar arasında xeyir və haqqa açılış ayı olsun! AMİN!

“MİLLİ GÖRÜŞ-SABİQUN” HƏRƏKATI