BƏYANAT

BƏYANAT

BƏYANAT

MƏRHUM DİNİ RƏHBƏR AYƏTULLAH SEYİD FƏZLULLAHIN MÜƏSSİSƏSİNDƏKİ ŞƏRİ HEYƏT: \"20 İYUL CÜMƏ GÜNÜ MÜBARƏK RAMAZAN AYININ İLK GÜNÜDÜR!”

Tarix: 21 şaban 1433-cü il,
miladi: 11/07-2012

Mərhum dini rəhbər S. M. Fəzlullahın müəssisəsindəki şəri heyət dəqiq astronomik hesablamalara əsaslanaraq cümə gününə təsadüf edən 20 iyulun mübarək ramazan ayının ilk günü olduğunu elan etmişdir. Həmin hesablamalar təsdiq edir ki, Cənubi Amerikanın bir çox məntəqələrində və Afrikanın cənub hissəsində hilalın (ayparanın) çılpaq gözlə, yaxud yaxınlaşdırıcı vasitələrlə görünməsi mümkündür.
Bəyanatda deyilir: \"Seyid Mühəmmədhüseyn Fəzlullahın müəssisəsindəki şəri heyət elan edir ki, astronomik baxımdan dəqiq hesablamalar bildirir ki, h.q. təqvimi ilə 1433-cü ilin (miladi 2012) ramazan ayının hilalının ictiması[1] miladi təqvimi ilə 2012-ci il 19 iyul cümə axşamı günü Qrinviç saatı ilə saat 04:24, Beyrut şəhəri yerli saatla 07:24-də (Bakı vaxtı ilə 09:24) olacaqdır. Belə ki, Cənubi Amerikanın bir çox məntəqələrində və Afrikanın cənub hissəsində çılpaq gözlə, yaxud yaxınlaşdırıcı vasitələrlə Ayın görünməsi mümkün olacaqdır. Dini rəhbər Seyid Mühəmmədhüseyn Fəzlullahın söykəndiyi fiqhi əsas budur ki, qəti (dəqiq) və adətən yəqinlik ifadə edən astronomik hesablamalara etimad etmək icazəlidir və gecənin bir hissəsində olsa da belə müştərək olduğumuz hər hansı bir ölkədə və ya məntəqədə hilalın görünməsinin mümkünlüyü kifayət edir. Buna əlavə olaraq Seyidə görə çılpaq gözlə görməklə yaxınlaşdırıcı cihaz vasitəsilə görmək arasında heç bir fərq yoxdur, hər iki görmə mötəbərdir. Buna əsasən hilalın göründüyü məntəqələrlə gecənin bir hissəsində olsa belə müştərək olan məntəqələrdə m. 2012-ci il 20 iyul cümə günü ramazan ayının ilk günüdür. Bu məsələdə Avstraliya və s. ölkələr kimi şərq məntəqələri ilə qərb məntəqələri arasında heç bir fərq yoxdur.
Allahdan istəyirik ki, bu ayda və qarşıdan gələn aylarda bizə Özünə itaət etməkdə və İslam ümmətinə birlik, izzət və kəramət əldə etməkdə müvəffəqiyyət versin!”
\"\"
















İzah: Bəyanata və 2012-ci il ramazan ayı hilalının sxeminə diqqət etməklə məlum olur ki, 19 iyul axşam Günəş batarkən bizim ölkənin üfüqündə ayparanın görünməsi qeyri-mümkündür. Lakin gecənin bir hissəsində olsa da belə müştərək olduğumuz ölkələrin birində – göy və çəhrayı rəngdə yerləşən ölkələrə baxın – ayparanın görünməsinin mümkünlüyü ilə Seyid Fəzlullahın fitvasına əsasən bizim üçün də ramazan ayının əvvəli sübuta yetmiş olur. Məsələn, bu ölkələrdən biri olan Argentinanın – bir daha nəzərinizə çatdıraq ki, bu ölkədə hilalın çılpaq gözlə görünməsi mümkündür – paytaxtı Buenos-Ayres şəhərinin gecəsi ilə ölkəmizin paytaxtı Bakı şəhərinin gecəsi arasında olan müştərəkliyi öyrənək. 2012-ci il 19 iyulda Buenos-Ayres şəhərində yerli vaxtla saat 19:29-da məğrib azanı verilir, yəni gecə daxil olur. Bu, Bakı vaxtı ilə saat 03:29-a təsadüf edir Bakıda isə həmin gecə 04:55-də sübh azanı verilir, yəni gecə sona çatır. Saat 03:29 ilə 04:55 arasındakı zaman fasiləsi 1 saat 26 dəqiqədir. Deməli, Bakı şəhəri ilə Buenos-Ayres şəhəri arasında 1 saat 26 dəqiqə gecə müştərəkliyi vardır. Həmin şəhərdə də dəqiq astronomik hesablamalara əsasən iyulun 19-u axşam ayparanın görünməsinin mümkün olduğu və o şəhərin əhalisi üçün ramazan ayının əvvəli sübuta yetdiyi üçün o şəhərlə bizim Bakı şəhəri arasında gecə müştərəkliyi olduğuna görə bizim üçün də ramazan ayının əvvəli sübuta yetmiş olur.
Allahdan istəyirik ki, bu ayı İslam dünyası üçün xeyir, yardım və bərəkət ayı qərar versin, müsəlmanların sözünü bir yerə toplasın və mövqelərini birləşdirsin, onların cəmiyyətindən fitnə-fəsadı aparsın və ölkələrini sionistlərin, Amerikanın, Böyük Britaniyanın, Atlantika İttifaqının (NATO), digər istismarçı qüvvələrin işğalından və yerli zalımların zülmündən azad etsin! Allahdan istəyirik ki, bu ay bütün azərbaycanlılar arasında xeyir və haqqa açılış ayı olsun! AMİN!
Bu elana əsasən avqust ayının 6-dan 7-nə, 8-dən 9-na və 10-dan 11-nə keçən gecələr ihya gecələridir. Avqustun 10-dan 11-nə keçən gecə isə mübarək Qədr gecəsidir.
 
\"MİLLİ GÖRÜŞ-SABİQUN” HƏRƏKATI


[1] Sıra ilə Yer, Ay və Günəş üçlüyünün eyni istiqamətə doğru gəldiyi vəziyyətə \"ictima” və ya \"qovuşma” deyilir. Başqa bir ifadə ilə desək, Ayın Günəşlə Yer arasındakı kölgəyə daxil olmasına \"ictima” deyilir.