25 İyun 2019









SÜBH NAMAZININ VƏ ORUCUN BAŞLANMASI HAQQINDA
Jurnalımızda namaz vaxtları ilə əlaqədar verilən cədvəl bəzi möminlərin etirazına, bəzilərinin isə təəccüb və heyrətinə səbəb olur. Etiraz edənlər bu cədvəlin ölkədə buraxılan cədvəllərə uyğun olmadığınıdavamı>>
A+ Balacalaşdır A+ Böyütmək

SEYİD FƏZLULLAH SƏLƏFİ GÖZÜ İLƏ

Fikrimcə, ikinci bir adam tapılmaz ki, mərhum Əllamə Seyid Mühəmmədhüseyn Fəzlullahın böyük elm adamı və təvazökar insan olduğuna etiraz etsin. O, öz şiə məzhəbində həqiqi bir yenilikçi idi. Belə ki, qoyub getdiyi bir çoxəsərlərdə olduqca vacib və həssas problemlərə toxunmuşdur. Habelə müxtəlif səviyyələrdə şiə irsinin saflaşdırılmasının təbliğatçılarından biridir.

Mərhum Seyidin yenilikçiliyi təkcə şiə məzhəbi ilə məhdudlaşmır, əksinə o artıq İslam aləmində hökm sürən məzhəbçiliyin fövqünə yüksəlmişdi. Halbuki müsəlman fəqihlərindən az qismi təzyiqə məruz qalan bu fövqə qalxmışlar, lakin mərhum Seyid öz müasir düşüncəsi və ictihadı ilə adətən dini eyhamlarla edilən bütün bu təzyiqlərin öhdəsindən gələ bilmiş və həm sünni, həm də şiə məzhəblərində islami yenilikçi və böyük mütəfəkkirə çevrilmişdir. Yəqin ifrata varmaram desəm ki, o hazırkı əsrin şiə fiqhində yenilik etmiş yeganə şiə rəhbəridir. Bu, onun yazılı dilindən və bir çox fitvalarından da görünür. Bakirə qızın evlənməsinə vəlisinin (yəni atasının, yaxud ata babasının) razılığının şərt qoyulmaması, kafiri nəcis hesab etməməsi bu fitvalara bir misal ola bilər.

Məsələ ilə bağlı şiəlikdən kənara çıxsaq görərik ki, alim sünni-sələfi sahəsində də böyük nüfuza malikdir. Dəfn günü mərhum Seyid haqqında qəzet yazısı hazırlamaq istədiyim zaman bunun şahidi oldum. Orada vaxtı ilə Beyrutda onunla görüşmüş bir qrup sələfi alim və səuddiyyəli mütəfəkkir iştirak edirdi. Oxucu izin verərsə, onların dedikləri ilə onu tanış edərəm. Vəkil keçmiş qazı Şeyx Mühəmmədsaleh Dəhim (Düheym)[1]deyir ki, Seyidin rəhbərliyi bütün məzhəb çərçivələrini aşıb-keçmişdir. O (yəni Şeyx Düheym) bildirir ki, onunla oturub mühüm islami problemləri müzakirə etdiyi zaman onun bir daha görkəmli şəxsiyyət olduğuna əmin olmuşdur. O mənə xüsusi olaraq vurğuladı ki, Seyid islami vəzifə hesab etdiyi nadir düşüncə üslubundan uğurlu şəkildə istifadə edir. Bəlkə də, onun mənə söylədiyi ən mühüm şey mərhumun sünni-şiə ixtilaflarının aradan qaldırılması ilə bağlı dediyi fikirdir ki, «biz İslam ümmətini parçalamaq deyil, birləşdirmək üçün planlar, layihələr hazırlamalıyıq». «İxtilaflar və onları toplamaq bizə bir şey verməz, çünki ixtilafları biz yaradır və onların içərisində də əsir kimi yaşayırıq».

Düheymin qeyd etdiyi bu böyük fakt yazıçı Abdullah Fərac Şərifin gətirdiyi digər sübutlardan o qədər də fərqlənmir. Onun fikrincə, Seyidin vəfatı İslam ümməti üçün böyük itkidir. Sonra mərhum Seyid haqqında ağızdolusu gözəl sözlər söylədi. Bildirdi ki, mərhum Seyid təkcə bir məzhəbə məxsus deyil. O, bütün müsəlmanlara məxsus böyük İslam mütəfəkkiridir. Bəlkə də, mərhumla telefon danışığı zamanı diqqətimi çəkən ən mühüm məsələ odur ki, o (Abdullah) deyirdi: «Mən onunla görüşər-görüşməz düşüncəmə və bədənimə rahatlıq çökürdü». Mərhum Seyid İslam ümmətini birləşdirən arzularından danışırdı. O düşünür və deyirdi: «Əgər bir ixtilaf ortaya çıxarsa, bu dözüləndir, biz o ixtilafla dinc yaşaya bilərik». O, böyük alim idi. O, həqiqi tövhidə, dinc yaşamağa və fitnədən uzaq olmağa çağıranlardan idi.

Doktor Ömər Kamil[2]isə hesab edir ki, Seyid İslam ümmətinin birliyini ən çox istəyən şiə rəhbəridir. On iki imamçı məzhəbinin saflaşdırılmasına aid onun olduqca mühüm ictihadları var. Habelə o qadın hüquqları və qeyri-müsəlmanların hüquqlarına dair geniş düşüncəsi ilə fərqlənir. O, nəyi əldə edib əsasını qoymuşdursa, hamısını bütün İslam məzhəblərindən seçmişdir. Digər məzhəblərdən «vəsətiyyə»ni («orta mövqe»yi) dəstəkləyən mətnlər çıxarmışdır. O qeyd edir ki, mərhum Seyidin fikirləri İslam vəhdəti və dini tolerantlığın xeyirinədir və o, şiə məzhəbinin görkəmli alimidir.

Qərbin müsəlmanlar arasında tayfaçılıq toxumları səpdiyi indiki bir vaxtda belə yardımlar (yaşadığımız bu zaman kəsiyində) olduqca əhəmiyyətli hesab edilir. Axı, qərb planı «Parçala, hökm sür!» siyasəti altında bir müsəlmanın əli ilə başqa bir müsəlmanı vurur. Şübhə yoxdur ki, mərhum Seyid öz müqaviməti və həssas düşüncəsi ilə bu planların qarşısını alırdı. O, İslam dünyasında müxtəlif dini qurumlardan dəstək almaq üçün fəal şəkildə çalışırdı.

Buna görə əhli-sünnədən öncə şiələrdən arzu və ümidim budur ki, onlar mərhum Seyidin yasını tutmaqla kifayətlənməsinlər, əksinə öz həyatlarını onun məqsədlərinə xidmətə həsr etsinlər. Onun ən mühüm məqsədləri zülmə, düşmənçiliyə, haqsızlığa qarşı durmaq, yaşadığımız cəmiyyətdə tolerantlıq ruhunu yaymaq və həqiqi islahedici ideyaları əsas götürməkdir.

MƏŞĞUL OLMASINA BAXMAYARAQ, MƏNİ QƏBUL ETDİ

Ötən illərin birində Suriya səfəri zamanı «görüş almadan» onu ziyarət etmək istədim. Suriyadakı Fələstin hərəkatı rəhbərlərindən biri onun yanında idi. Özüm haqqında məlumat verməsəm də, biləndə ki, onun ziyarətinə gəlmişəm, adi bir insan kimi məni qəbul etdi. Dedilər, Seyid mühüm bir görüşdədir. Amma biz ona xəbər verəcəyik ki, bir nəfər salam vermək istəyir. Yalnız 10 dəqiqə çəkdi ki, onun yanına girib salam verdim və dərhal çıxdım, çünki görüşünün əhəmiyyətli olduğunu bilirdim. Bu, onun böyüklüyünə və təvazökarlığına dəlalət edən amillərdən biridir.

Bilmirəm, kim bu dünyadan köçmüş böyük bir insan, dini rəhbər, mütəfəkkir və şair haqqında nə deyər… Lakin mən onun üçün deyirəm:

Ey mərhum, qəlbimə en.

Budur yanaqlarında mehrab kəndirlə en.

Ey ölümə doğru gedən,

Sənin şəfqətindən göz yaşım dinmir…

En! Bura Livandır, sahillərində ölümdən xəbər verdi.

Bu göylər və ulduzlar öz ənginliyinə sənin vəfatını xəbər verir.

En! En!

MUNİRƏN-NƏMR

Livanın «Səfir» qəzeti

h/q1431, 02 şaban, m. 2010/07/14


[1]Şeyx Mühəmmədsaleh Dəhim (Düheym) Səudiyyə Ədliyyə Nazirliyində qazı vəzifəsndə çalışmışdır. 1966-cı ildə (h. 1387) Səudiyyə Ərəbistanında doğulmuşdur. İmam Mühəmməd ibn Səud adına İslam Universitetinin «Şəriət» fakültəsini bitirmişdir.

[2]Ömər Kamil müasir yazıçı, fəqih və mütəfəkkirdir. Səudiyyəlidir. Hicri-qəməri tarixi ilə 1371-ci ildə Məkkədə doğulmuşdur.





  Şərhlər / 0 Şərh




 Şərh yazın


Ad və soyadınız* :
E-mail* :
Ölkə / Şəhər* :
Şərhiniz* :


ƏLLAMƏ BURQUİ


11

free counters

Sabiqun 2011-2019 © Bütün hüquqlar qorunur
Məlumatlardan istifadə zamanı istinad zəruridir!
Telefon: (+994 50) 429-20-99
Site by: azDesign.ws
 

Yeniliklərə abunə olun