BƏYANAT

MƏRHUM DİNİ RƏHBƏR AYƏTULLAH SEYİD FƏZLULLAHIN MÜƏSSİSƏSİNDƏKİ ŞƏRİ HEYƏT:

“2023-CÜ İL 21 APREL CÜMƏ GÜNÜ DÜNYANIN BÜTÜN ÖLKƏLƏRİNDƏ

MÜBARƏK FİTR BAYRAMININ İLK GÜNÜDÜR!”

Mərhum dini rəhbər Ayətullah Seyid Fəzlullahın müəssisəsindəki şəri heyət mərhum Seyidin söykəndiyi fiqhi əsasa uyğun olaraq dəqiq astronomik hesablamalara əsaslanaraq cümə gününə təvafüq edən 2023-cü il aprel ayının 21-ni 1444-cü il mübarək Fitr bayramı günlərinin ilk günü olduğunu elan etmişdir. Beləliklə, 2023-cü il aprel ayının 20-si cümə axşamı günü mübarək ramazan ayının son günüdür. Bəyanatda deyilir: “Hicri-qəməri təqvimi ilə 1444-cü ilin (m. 2023) şəvval ayının hilalı aprel ayının 20-si cümə axşamı günündə Qrinviç saatı ilə sübh çağı 04:12-də, yəni Beyrut şəhəri yay vaxtı ilə səhər saat 07:12-də (Bakı vaxtı ilə 08:12-də) doğacaqdır (ictima).

Şəvval ayı hilalının sxemində göründüyü kimi, yaşıl rənglə rənglənmiş məntəqələrdə, hava tam buludsuz olduğu və təcrübəli bir müşahidəçi tərəfindən izləndiyi halda Şimali və Mərkəzi Amerikanın bir çox məntəqələrindəCənubi Amerikanın az bir hissəsində ayparanın çılpaq gözlə asanlıqla görünməsi mümkün olacaq. Həmçinin Cənubi Amerikanın və Afrikanın bəzi məntəqələrində hilalın teleskopdan istifadə etməklə görünməsi mümkün olacaq.

Buna görə də 2023-cü il aprel ayının 21-i cümə günü şəvval ayının 1-ci günü, yəni dünyanın bütün ölkələrində mübarək Fitr bayramı günü olacaq.

Bu, Seyid Fəzlullahın söykəndiyi fiqhi əsasa uyğun olaraq belədir. Seyid Fəzlullahın söykəndiyi fiqhi əsas budur ki, qəti (dəqiq) və adətən yəqinlik ifadə edən astronomik hesablamalara etimad etmək icazəlidir və gecənin bir hissəsində olsa belə, müştərək olduğumuz hər hansı bir ölkədə və ya məntəqədə hilalın görünməsinin mümkünlüyü kifayət edir. Buna əlavə olaraq Seyidə görə adi gözlə görməklə yaxınlaşdırıcı cihaz vasitəsilə görmək arasında heç bir fərq yoxdur, hər iki görmə mötəbərdir.

Bu hökm Yer kürəsinin şərq və qərb hissələrinin hər ikisinə şamil edilir. Çünki hilalın görünməsinin mümkün olacağı məntəqələrdə gecə müştərəkliyi vardır.  

Allahdan istəyirik ki, bu bayramı İslam dünyası üçün xeyirli və bərəkətli qərar versin, müsəlmanların sözünü bir yerə toplasın və mövqelərini birləşdirsin, onların cəmiyyətindən fitnə-fəsadı aparsın və ölkələrini sionistlərin, Amerikanın, Böyük Britaniyanın, Atlantika İttifaqının (NATO), digər istismarçı qüvvələrin işğalından və yerli zalımların zülmündən azad etsin!”

Allahdan istəyirik ki, bu bayram günü bütün azərbaycanlılar arasında xeyirə və haqqa açılış günü olsun! AMİN!

Qırmızı rəng: hilalın görünməsinin qeyri-mümkün olduğu bölgələr.

Rəngsiz: hilalın görünməsinin qeyri-mümkün olduğu bölgələr.

Tünd-göy: hilalı yalnız teleskopdan istifadə etməklə görmək mümkündür.

Çəhrayı (gülü, açıq gül rəngli): hilalı teleskopdan istifadə etməklə, hava tam buludsuz olduğu və təcrübəli bir müşahidəçi tərəfindən izləndiyi halda adi gözlə görmək mümkündür.

Yaşıl: hilalın adi gözlə görünməsinin mümkün olduğu bölgələr.

İzah: Bəyanata və 2023-cü il şəvval ayı hilalının sxeminə diqqət etməklə məlum olur ki, 2023-cü il 20 aprel günü axşam Günəş batarkən bizim ölkənin üfüqündə ayparanın görünməsi qeyri-mümkün olacaq. Lakin gecənin bir hissəsində olsa da belə, müştərək olduğumuz ölkələrin birində – sxemdə çəhrayı və tünd-göy rəngdə yerləşən ölkələrin birində – ayparanın görünməsinin mümkünlüyü ilə Seyid Fəzlullahın fitvasına əsasən bizim üçün də şəvval ayının əvvəli sübuta yetmiş olur.

Ayətullah Seyid Əli Sistaninin və Seyid Əli Xamənəi müqəllidlərinin Fitr bayramını 2023-cü il aprel ayının şənbə günündə (22 apreldə) qeyd edəcəkləri gözlənilir. Çünki hər iki dini rəhbərin fiqhi rəyinə əsasən ayın əvvəlinin sübuta yetməsi üçün hilalın mükəlləfin yaşadığı şəhərin üfüqündə, yaxud həmüfüq şəhərlərdə, yaxud yaxın üfüqlü şəhərlərdə görünməsi şərtdir. Ayın uzaq üfüqlü şəhərlərdə görünməsi hilalın isbatı üçün kifayət etmir. Yuxarıdakı açıqlamaya əsasən 2023-cü il 20 aprel günü axşam Günəş batarkən bütün Asiya qitəsində (yəni bizim üfüqümüzdə və bizim üfüqümüzə yaxın olan üfüqlərdə) ayparanın həm çılpaq gözlə, həm də müxtəlif yaxınlaşdırıcı vasitələrlə görünməsi qeyri-mümkün olacaq. Hətta hilalın yaxınlaşdırıcı cihazla görünməsi ilə çılpaq gözlə görünməsi arasında heç bir fərqin olmadığına qail olan Seyid Əli Xamənəiyə görə 21 aprel gününün Fitr bayramı günü olması qeyri-mümkündür. Çünki qeyd etdiyimiz kimi, bizim üfüqümüzdə, həmçinin bizim üfüqümüzə yaxın olan üfüqlərdə hilalın teleskopla belə, görünməsi qeyri-mümkün olacaq. Deməli, hər iki dini rəhbərin 22 aprel şənbə gününün Fitr bayramı günü olduğunu elan etməsi gözlənilir.

Qafqaz Müsəlmanları İdarəsi ayın əvvəlinin sübut olunması üçün ayparanın mükəlləfin yaşadığı ölkənin üfüqündə görünməsini şərt bilən bir qurum olmasına, Şamaxı Astrofizika Rəsədxanasının verdiyi məlumatlara əsasən dini təqvim tərtib etdiyini iddia etməsinə və astronomik hesablamalara əsasən də 2023-cü il 20 aprel günü axşam hilalın bizim üfüqdə görünməsinin qeyri-mümkün olacağı sübuta yetməsinə baxmayaraq, tərtib etdiyi ramazan cədvəlində ramazan ayının 29 gündən ibarət olduğunu təsbit etmiş və qəbul etdiyi prinsipi çox kobud bir şəkildə pozmuşdur.

Milli Görüş-Sabiqun hərəkatı