Ana Səhifə » FİQH

FİTR BAYRAMI GECƏSİNİN VƏ GÜNÜNÜN ƏMƏLLƏRİ

2023-04-19T16:22:44+04:00Aprel 19th, 2023|FİQH, RAMAZAN AYI|

RƏHMAN, RƏHİM ALLAHIN ADI İLƏ!   Bayram gecəsinin əməlləri Fitr bayramı gecəsi (yəni bayramdan əvvəlki günün axşamı) şərafətli və mübarək gecələrdən biridir. Bu gecəni məsciddə əhya etmək, yəni oyaq qalıb ibadət və dua ilə keçirmək müstəhəbdir. Rəvayət olunmuşdur ki, bu gecənin fəziləti heç də Qədr gecəsinin fəzilətindən az deyildir. Bayram gecəsində məğrib (şam) və işa (xoftən)

FİTRƏ ZƏKATI (ALTINCI DƏRS)

2023-04-17T15:11:26+04:00Aprel 17th, 2023|FİQH, RAMAZAN AYI|

RƏHMAN, RƏHİM ALLAHIN ADI İLƏ!   ALTINCI DƏRS  Fitrə zəkatına möhtac şəxslərin xüsusiyyətləri və şərtləri Fitrə zəkatına möhtac olan şəxsdə (yəni fəqir və miskində) aşağıda deyilən xüsusiyyətlərin və şərtlərin olması lazımdır: Müsəlman olmalıdır; buna görə də kafir fəqirə və miskinə fitrə zəkatı verilməməlidir. Günah əhli olmamalıdır; bununla bütün günahları tərk edən şəxs (adil şəxs) nəzərdə tutulmur.

FİTRƏ ZƏKATI (BEŞİNCİ DƏRS)

2023-04-17T15:00:22+04:00Aprel 17th, 2023|FİQH, RAMAZAN AYI|

RƏHMAN, RƏHİM ALLAHIN ADI İLƏ!   BEŞİNCİ DƏRS  Fitrə zəkatının xərclənməsi Sual: Fitrə zəkatını övlada vermək icazəlidirmi? Cavab: Mükəlləfin öz fitrəsini valideyn və övlad kimi nəfəqələrini verməsi vacib olan şəxsə verməsi icazəli deyil (yəni mükəlləf öz fitrəsini valideynlərinə və övladlarına verə bilməz. Çünki onların nəfəqələrinin verilməsi mükəlləfə vacibdir). Bəli, əgər vəziyyət belə olsa ki, fitrə zəkatı

FİTRƏ ZƏKATI (DÖRDÜNCÜ DƏRS)

2023-04-17T14:50:35+04:00Aprel 17th, 2023|FİQH, RAMAZAN AYI|

RƏHMAN, RƏHİM ALLAHIN ADI İLƏ!  DÖRDÜNCÜ DƏRS  Fitrə zəkatının çıxarılma/verilmə vaxtı Sual: Fitrə zəkatının çıxarılması nə vaxt vacib olur? Cavab: Fitrə zəkatının vaxtı bayram gününün sübhü ilə zəvalı arasındadır (yəni onun çıxarılma vaxtı bayram günü fəcr tülu edəndən (sübh azanından) başlayıb zöhr azanından əvvələ qədər davam edir). Bayram namazını qılmaq istəyən şəxs vacib ehtiyata əsasən

FİTRƏ ZƏKATI (ÜÇÜNCÜ DƏRS)

2023-04-17T14:37:05+04:00Aprel 17th, 2023|FİQH, RAMAZAN AYI|

RƏHMAN, RƏHİM ALLAHIN ADI İLƏ!   ÜÇÜNCÜ DƏRS  Fitrə zəkatının miqdarı Sual: Fitrə zəkatının miqdarı nə qədərdir? Cavab: Fitrə zəkatının miqdarı adam başına 3 kq. buğda, un, düyü və xurma kimi insana qüvvət verən və qida məhsulu hesab olunan ərzaqdır[1]. Bunu mömin fəqirlərə və xeyriyyə cəmiyyətlərinin, xəstəxanaların tikilməsi, körpülərin salınması, müdafiə və haqqa dəvət kimi müxtəlif

FİTRƏ ZƏKATI (İKİNCİ DƏRS)

2023-04-16T19:36:52+04:00Aprel 16th, 2023|FİQH, RAMAZAN AYI|

RƏHMAN, RƏHİM ALLAHIN ADI İLƏ!   İKİNCİ DƏRS   Fitrə zəkatı kimin yerinə verilir? Sual: Ailəsinə baxan (onların ehtiyaclarını təmin edən) tənha qıza öz ailəsi üçün onların yerinə fitrə zəkatı çıxarması vacibdirmi? Cavab: Əgər ailəni o dolandırırsa, ailə üzvlərinin yerinə fitrə çıxarması vacibdir. Sual: Bayram gecəsi (bayramdan əvvəlki günün axşamı) bəzi qonaqlara iftar qonaqlığı verən şəxs onların

FİTRƏ ZƏKATI (BİRİNCİ DƏRS)

2023-04-16T19:18:13+04:00Aprel 16th, 2023|FİQH, RAMAZAN AYI|

RƏHMAN, RƏHİM ALLAHIN ADI İLƏ!   FİTRƏ ZƏKATI   Fitrə zəkatı müəyyən vaxtda – Fitr bayramının vaqe olduğu şəvval ayının birinci günündə hər kəs tərəfindən verilməsi vacib olan bir miqdar maldır. Bəzən ona zəkatul-əbdan (bədənin zəkatı) da deyilir. Fitrə zəkatı haqqında hədisdə deyilir: “Ailə üzvlərindən kimin yerinə fitrə zəkatı çıxarılmazsa, onun ölmək qorxusu vardır”[1]. Başqa bir hədisdə

AYBAŞINI GECİKDİRƏN DƏRMANLAR VƏ ORUCUN HÖKMÜ

2023-04-08T11:40:40+04:00Mart 26th, 2023|FİQH, RAMAZAN AYI, Seyid Mühəmmədhüseyn Fəzlullah|

RƏHMAN, RƏHİM ALLAHIN ADI İLƏ! RAMAZAN ORUCUNU TUTMAQ ÜÇÜN QADINLARIN HEYZİN (AYBAŞININ) QARŞISINI ALAN DƏRMANLAR QƏBUL ETMƏSİNİN HÖKMÜ Bəzi qadınlar aylıq adətin qarşısını almaq üçün bəzi tibbi dərmanlardan istifadə edirlər ki, ramazan oruclarını başa vura bilsinlər. Belə bir sual ortaya çıxır. Ramazan ayında orucu tamamlamaq üçün qadınların heyzin qarşısını alacaq dərmanlar qəbul etməsi icazəlidirmi? Ərəb

BURUN DAMCISI VƏ ORUCUN HÖKMÜ

2023-03-27T22:32:15+04:00Mart 25th, 2023|FİQH, RAMAZAN AYI, Seyid Mühəmmədhüseyn Fəzlullah|

RƏHMAN, RƏHİM ALLAHIN ADI İLƏ!  Bir çox insanlar allergik xəstəliklərdən əziyyət çəkirlər. Burun allergiyası deyilən bir xəstəlik də bunlardan biridir. Bu cür xəstələr burun damcısından istifadə edirlər. Bəzilərinin bu xəstəliyi həssaslıq xarakteri daşıyır, burun damcısından istifadə etmədikləri təqdirdə şiddətli zökəm, (burnun daxili qişasının iltihabı nəticəsində burundan selik axma və tez-tez asqırma şəklində təzahür edən xəstəlik)

SÜBH NAMAZININ VƏ ORUCUN BAŞLANMASI HAQQINDA

2023-04-08T11:49:06+04:00Mart 24th, 2023|FİQH, RAMAZAN AYI, Uncategorized|

RƏHMAN, RƏHİM ALLAHIN ADI İLƏ! MÜQƏDDİMƏ   Saytımızda namaz vaxtları ilə əlaqədar verilən cədvəl bəzi möminlərin etirazına, bəzilərinin isə təəccüb və heyrətinə səbəb olmuşdur. Etiraz edənlər bu cədvəlin ölkədə buraxılan cədvəllərə uyğun olmadığını deyərkən, digərlərinin təəccüblənməsinin səbəbi isə hava nisbətən işıqlı olduğu bir halda namaza və oruca başlanmasıdır. Lakin bütün bunlara baxmayaraq qətiyyətlə deyə bilərik ki,

Go to Top