RƏHMAN, RƏHİM ALLAHIN ADI İLƏ!
Hamilə qadınlar mübarək ramazan ayında oruc tutmaları barədə soruşurlar. Ramazan ayında orucu yemələrinə icazə verilirmi? Bu barədə şəri hökmlər nədir?
Mövzunu işıqlandırmaq üçün bir çox alimlərin bu həssas məsələ ilə bağlı rəylərinə müraciət edəcəyik. Bu həssas məsələ mübarək ramazan ayında hamilə qadınların qarşılaşdığı bir məsələdir.
Ərəb dövlətlərinin birində bir müfti belə cavab verir ki, hamilə qadınlara həkim orucu yeməyi əmr edərsə, qadın həkimin bu göstərişinə itaət etməli və ramazan ayından sonra tutmadığı günlərin qəzasını tutmalıdır. Qəzanın əvəzinə fidyə ilə kifayətlənmək olmaz. Ramazan ayının qəzasını dərhal tutmaq vacib deyil, bəlkə, geniş vaxt daxilində istədiyi vaxt tuta bilər. Üzrlü bir səbəbə görə qəzanı təxirə salsa, fidyə verməsi vacib deyil, lakin heç bir səbəb olmadan bunu təxirə salsa, qəza tutması və fidyə verməsi vacibdir. …
Seyid Xoyi hesab edir ki, orucun ona, yaxud övladına zərər vuracağı doğuşu yaxın olan qadın orucunu yeməli və malından bir, yaxud iki müdd (bir müdd=750 qram) sədəqə verməli və bundan sonra o günlərin qəzasını tutmalıdır. …[1]
Seyid Mühəmmədhüseyn Fəzlullah bu barədə deyir: “Orucu yemələrinə icazə verilmiş şəxslərdən biri də doğması yaxın, yaxud uzaq olan və tutduğu oruc özünə və bətnindəki uşağına zərər vuracaq qədər zəif olan hamilə qadındır. Rəğbət etdiyi və zərər görmədikcə məşəqqət və çətinliyə dözməkdə israr etdikləri halda oruc tutması icazəlidir. Əgər ona zərər vurarsa, zərər hesaba alınar və onun uzaqlaşdırılması vacib olar. Onun oruc tutması icazəli deyil və xəstələrə aid olan hökm ona şamil edilir. … Onun bu halda zərəri övladından uzaqlaşdırması özündən uzaqlaşdırması vacib olduğu dərəcədə vacibdir. …
Bir fəqir üçün bir günün fidyəsinin miqdarı 750 qramdır. Əgər doğumu yaxın olan, … qadın orucun övladına zərər verəcəyindən qorxduğu üçün oruc tutmasa və qəzanı ikinci ramazan ayı daxil olana qədər təxirə salsa, iki fidyə verməsi vacibdir; 1. Övladına zərər verəcəyindən qorxduğu üçün oruc tutmadığına görə, 2. Qəzanı təxirə saldığına görə. …”[2]
[1] “Oruc kitabı”, c. 2, Seyid Xoyi
[2] “Fiqhuş-şəriə”, c. 1, s. 469, 494, 495