RƏHMAN, RƏHİM ALLAHIN ADI İLƏ!  

Bütün müsəlmanlar belə bir fikirlə həmrəydir ki, Allaha, Onun elçisinə və axirət gününə iman gətirmiş bir müsəlman ramazan ayında gündüz vaxtı üzrlü səbəb olmadan insanların gözü qarşısında qida qəbul etməməlidir. Bunu edən şəxs düşüncəsizdir və müsəlmanların dini ayinlərini ələ salmaqdadır. …

Bəzi alimlər belə hesab edirlər ki, ramazan ayında insanların gözü qarşısında qida qəbul edən şəxslərlə mübarizə vasitəsi onlara hikmətlə nəsihət vermək və gözəl öyüddür. Ramazan ayında gündüz vaxtı insanların gözü qarşısında qida qəbul etmək asilikdir, haramdır. Cəmiyyətə açıq hörmətsizlikdir, insanların müqəddəs ayinlərinə qarşı saymazlıqdır, müsəlman ölkələrində ədəbdən kənardır. …

Bəzi cəmiyyətlərimiz həmin günlərdə küçələrdə, meydanlarda insanların, xüsusilə gənclərin siqaret çəkmələrindən, kafelərdə yeyib-içmələrindən, oruc tutanlara və müqəddəs aya olan hörmətsizliklərindən əziyyət çəkir. …

Bu baxımdan oruc və itaət ayı olan ramazanın ümumi ab-havasını qorumaq vacibdir. Bu günlərdə orucu tərk etməkdə üzrlü olan şəxslərin belə açıq şəkildə qida qəbul etməsi münasib deyildir. Cəmiyyət buna diqqət yetirməli, insanlar bunu təlqin etməli və müqəddəs aya hörmətsizlik edənlərə qarşı çıxmalıdırlar. Hətta orucun səhvən və xəta üzündən yeyildiyi bəzi hallarda belə varid olmuşdur ki, orucu batil olsa da və qəza tutması vacib olsa da belə mükəlləfin oruclu qalması (yəni məğrib azanına kimi orucu batil edən işləri yerinə yetirməməsi) lazımdır, nəinki hələ qəsdən orucu yemə halı olsun. İmam Cəfər Sadiqdən belə nəql olunmuşdur: “Kim qəsdən bir gün orucunu yeyərsə, imandan xaric olar!ˮ

İşlərə rəhbərlik edənlər, alimlər və cəmiyyətin tanınmış şəxsləri gəncləri əmrun bil-məruf və nəhyun ənil-münkər etməli, onlara öyüd və nəsihət verməli və onları daim doğru yola hidayət etməlidirlər ki, islami məfhumların mərifəti əsasında tərbiyələnib onlara riayət etsinlər. …

Bu barədə Mühəmməd Hadi adlı şəxsin sualına S. Fəzlullahın şəri idarəsindən belə bir cavab:

Sual: Əssəlamu əleykum! Allah sizin orucunuzu və əməllərinizi qəbul etsin! Orucu tərk etməkdə üzrlü olan şəxs haqqında sual vermək istəyirəm. Mən şəkər xəstəsiyəm və oruc tutmaq istəyirəm, lakin bəzən bazarda olduğum zaman şəkərim çox düşür, belə ki, şirin su, yaxud meyvə suyu içməyim, həmçinin nəsə yeməyim zəruri olur. Əgər yeməyi təxirə salsam, məsələn, ölə bilər, yaxud gözümü və hər hansı bir bədən üzvümü əldən verə bilərəm. Bu halda mən orucu batil edən işləri açıq şəkildə yerinə yetirən şəxs hesab olunuram?

Cavab: Sənə təşəkkür edirik! Allah bizim və sizin əməllərinizi qəbul etsin! Sizin cavabınız şəri idarə tərəfindən belə verilmişdir: “Bu (yəni orucu yemək), sənə haram deyildir, bəlkə, ehtiyac hiss etdiyin bir şeyi yeməyin icazəlidir, lakin bacardığın qədər çalış bu, açıq şəkildə olmasınˮ.