Mərhum dini rəhbər S. M. Fəzlullahın müəssisəsindəki şər`i heyət: 13 aprel çərşənbə axşamı günü mübarək Ramazan ayının ilk günüdür!

Mərhum dini rəhbər S. M. Fəzlullahın müəssisəsindəki şər`i heyət: 13 aprel çərşənbə axşamı günü mübarək Ramazan ayının ilk günüdür!

BƏYANAT

MƏRHUM DİNİ RƏHBƏR AYƏTULLAH SEYİD FƏZLULLAHIN MÜƏSSİSƏSİNDƏKİ ŞƏRİ HEYƏT:

“13 APREL ÇƏRŞƏNBƏ AXŞAMI GÜNÜ MÜBARƏK RAMAZAN AYININ İLK GÜNÜDÜR!”

Mərhum dini rəhbər Ayətullah Seyid Fəzlullahın müəssisəsindəki şəri heyət h. q. 1442-ci ilin (m. 2021) mübarək ramazan ayının əvvəlinin təyin edilməsi barəsində bəyanat vermişdir. Bəyanatda deyilir: “Hicri-qəməri təqvimilə 1442-ci il ramazan ayının (miladi aprel 2021) hilalı 2021-ci il aprel ayının 12-si bazar ertəsi günü (1-ci gün) gecə Qrinviç saatı ilə 02:31-də, yəni Beyrut şəhəri yerli saat ilə dan yeri sökülən vaxt 05:31-də (Bakı vaxtı ilə 06:31-də) doğacaqdır.

Bazar ertəsi günü axşam (yəni çərşənbə axşamı gecə) gecənin bir hissəsində müştərək olmadığımız məntəqələrdə hilalın asanlıqla çılpaq gözlə görünməsi mümkün olacaq. Həmçinin Şimali və Cənubi Amerikanın bir çox məntəqələrində olduğu kimi gecənin bir hissəsində olsa da, müştərək olduğumuz məntəqələrdə hava buludsuz olarsa, hilalın çılpaq gözlə görünməsi mümkün olacaq. Cənubi Amerikanın bəzi məntəqələrində, Afrika qitəsinin Şimal və Cənub-Qərb hissələrində isə hilalın teleskopdan istifadə etməklə görünməsi mümkün olacaq. Beləcə, 2021-ci il aprel ayının 13-ü hilalın göründüyü məntəqələrlə gecənin bir hissəsində olsa da, müştərək olan ölkələrdə mübarək ramazan ayının ilk günüdür. (Aprel ayının 12-si axşam niyyət axşamıdır). Yer kürəsinin Şərq və Qərb hissələri arasında heç bir fərq yoxdur. Bu elan mərhum dini lider Seyid Mühəmmədhüseyn Fəzlullahın fiqhi görüşünə əsaslanır. Həmin fiqhi görüş bundan ibarətdir ki, qəti (dəqiq) və adətən yəqinlik ifadə edən astronomik hesablamalara etimad etmək icazəlidir və gecənin bir hissəsində olsa da, müştərək olduğumuz hər hansı bir ölkədə və ya məntəqədə hilalın görünməsinin mümkünlüyü kifayət edir. Buna əlavə olaraq Seyidə görə, adi gözlə görməklə yaxınlaşdırıcı cihaz vasitəsilə görmək arasında heç bir fərq yoxdur, hər iki görmə mötəbərdir.

Allahdan istəyirik ki, bu ayı İslam dünyası üçün xeyirli və bərəkətli qərar versin, müsəlmanların sözünü bir yerə toplasın və mövqelərini birləşdirsin, onların cəmiyyətindən fitnə-fəsadı aparsın və ölkələrini sionistlərin, Amerikanın, Böyük Britaniyanın, Atlantika İttifaqının (NATO), digər istismarçı qüvvələrin işğalından və yerli zalımların zülmündən azad etsin!”

Allahdan istəyirik ki, bu ay bütün azərbaycan müsəlmanları arasında xeyirə və haqqa açılış ayı olsun! AMİN!

Qırmızı rəng: hilalın görünməsinin qeyri-mümkün olduğu bölgələr.

Rəngsiz: hilalın görünməsinin qeyri-mümkün olduğu bölgələr.

Tünd göy: hilalı yalnız teleskopdan istifadə etməklə görmək mümkündür.

Çəhrayı (gülü, açıq gül rəngli): hilalı teleskopdan istifadə etməklə, hava tam buludsuz olduğu və təcrübəli bir müşahidəçi tərəfindən izləndiyi halda adi gözlə görmək mümkündür.

Yaşıl: hilalın adi gözlə görünməsinin mümkün olduğu bölgələr.

Bu elana əsasən aprel ayının 30-dan may ayının 1-nə, may ayının 2-dən 3-nə və 4-dən 5-nə keçən gecələr Əhya gecələridir. May ayının 4-dən 5-nə keçən gecə isə mübarək Qədr gecəsidir. 13 may Fitr bayramıdır.

“MİLLİ GÖRÜŞ-SABİQUN” HƏRƏKATI