Şəri heyət: «2022-ci il 2 may bazar ertəsi günü mübarək Fitr bayramının ilk günüdür!»

Şəri heyət: «2022-ci il 2 may bazar ertəsi günü mübarək Fitr bayramının ilk günüdür!»

BƏYANAT

(1443-2022)

MƏRHUM DİNİ RƏHBƏR AYƏTULLAH SEYİD FƏZLULLAHIN MÜƏSSİSƏSİNDƏKİ ŞƏRİ HEYƏT: “2 MAY 2022-Cİ İL BAZAR ERTƏSİ GÜNÜ MÜBARƏK FİTR BAYRAMININ İLK GÜNÜDÜR!”

Mərhum dini rəhbər Ayətullah Seyid Fəzlullahın müəssisəsindəki şəri heyət bazar ertəsi gününə təvafüq edən 2022-ci il may ayının 2-ni 1443-cü il mübarək Fitr bayramı günlərinin ilk günü olaraq elan etmişdir. Beləliklə, 2022-ci il may ayının 1-i bazar günü mübarək ramazan ayının son günüdür. Bəyanatda deyilir: “H. q. təqvimi ilə 1443-cü il şəvval ayının yeni Ayı 2022-ci il aprel ayının 30-u şənbə günü Qrinviç saatı ilə 20:28-də, Beyrut şəhəri yerli saatla 23:28-də (Bakı vaxtı ilə 00:28-də) doğacaqdır.

Şənbə günü axşam (şənbə günündən bazar gününə keçən gecə) bütün məntəqələrdə (qurşaqlarda) Ayın görünməsi qeyri-mümkün olacaq. Buna görə də növbəti gün (may ayının 1-i bazar günü) ramazan ayının 30-cu günü olacaq.

Bazar günü axşam (bazar günündən bazar ertəsi gününə keçən gecə) Şimali Amerikanın mərkəzində və cənubunda və Cənubi Amerikanın bir hissəsində  (yaşıl rəngdə yerləşən ölkələrə baxın), hava açıq və buludsuz olduğu və təcrübəli bir müşahidəçi tərəfindən izləndiyi halda Cənubi Amerikanın və cənub hissəsi istisna olmaqla Afrika qitəsinin bir çox regionlarında (çəhrayı rəngdə yerləşən ölkələrə baxın) ayparanı adi (çılpaq) gözlə görmək mümkün olacaq. Həmçinin Cənubi Amerika, Afrika, Avropa və Asiyanın  bir çox regionlarında aypara yaxınlaşdırıcı cihazlar vasitəsilə görünəcəkdir (tünd göy rəngdə yerləşən ölkələrə baxın). Buna görə də ramazan ayından 30 gün keçməsinə əlavə olaraq Seyid Fəzlullahın “gecənin bir hissəsində olsa da, müştərək olduğumuz hər hansı bir ölkədə və ya məntəqədə hilalın yaxınlaşdırıcı cihazlarla belə, görünməsinin mümkünlüyü kifayət edir” fiqhi əsasına uyğun olaraq 2 may 2022-ci il bazar ertəsi günü şəvval ayının ilk günüdür. (Bazar günü axşam bayram axşamıdır.)

Allahdan istəyirik ki, bu bayramı İslam dünyası üçün xeyirli və bərəkətli qərar versin, müsəlmanların sözünü bir yerə toplasın və mövqelərini birləşdirsin, onların cəmiyyətindən fitnə-fəsadı aparsın və ölkələrini sionistlərin, Amerikanın, Böyük Britaniyanın, Atlantika İttifaqının (NATO), digər istismarçı qüvvələrin işğalından və yerli zalımların zülmündən azad etsin!”

Allahdan istəyirik ki, bu bayram günü bütün azərbaycan müsəlmanları arasında xeyirə və haqqa açılış günü olsun! AMİN!

İzah: Ölkəmizin paytaxtı Bakı şəhəri tünd göy rəngdə olan şəhərlər sırasına daxil olduğuna görə (Bakı şəhəri 40° şimal enliyi və 50° şərq uzunluğunda yerləşir) şəhərimizin üfüqündə ayparanın yaxınlaşdırıcı cihazlar vasitəsilə görünməsi mümkün olacaq. Əlavə olaraq gecənin bir hissəsində olsa da, müştərək olduğumuz ölkələrin birində – yaşıl və çəhrayı rəngdə yerləşən ölkələrə baxın – ayparanın adi gözlə görünməsinin mümkünlüyü ilə Seyid Fəzlullahın fitvasına əsasən bizim üçün də şəvval ayının əvvəli (Fitr bayramı günü) sübuta yetmiş olur.

“MİLLİ GÖRÜŞ-SABİQUN” HƏRƏKATI

Qırmızı rəng: hilalın görünməsinin qeyri-mümkün olduğu bölgələr.

Rəngsiz: hilalın görünməsinin qeyri-mümkün olduğu bölgələr.

Tünd göy: hilalı yalnız teleskopdan istifadə etməklə görmək mümkündür.

Çəhrayı (gülü, açıq gül rəngli): hilalı teleskopdan istifadə etməklə, hava tam buludsuz olduğu və təcrübəli bir müşahidəçi tərəfindən izləndiyi halda adi gözlə görmək mümkündür.

Yaşıl: hilalın adi gözlə görünməsinin mümkün olduğu bölgələr.

SON YAZILAR

<span style="line-height:115%"

ИМЕНЕМ АЛЛАХА, МИЛОСТИВОГО И МИЛОСЕРДНОГО! ДЕЯНИЯ, СОВЕРШАЕМЫЕ В НОЧЬ ПРАЗДНИКА...

ЗАЯВЛЕНИЕ

ЗАЯВЛЕНИЕ

ЗАЯВЛЕНИЕ (1443–2022) ШАРИАТСКИЙ СОСТАВ УЧРЕЖДЕНИЯ ПОКОЙНОГО РЕЛИГИОЗНОГО ЛИДЕРА АЯТОЛЛЫ СЕЙЙИДА...

BAYRAM GECƏSİNİN ƏMƏLLƏRİ

BAYRAM GECƏSİNİN ƏMƏLLƏRİ

RƏHMAN, RƏHİM ALLAHIN ADI İLƏ! BAYRAM GECƏSİNİN ƏMƏLLƏRİ Fitr bayramı...

BİZƏ YAZIN