ƏLLAMƏ BURQUİ – “BÜTSINDIRAN” ALİM-3
RƏHMAN, RƏHİM ALLAHIN ADI İLƏ! ƏLLAMƏ BURQUİNİN EVİNƏ HÜCUM Beləliklə, iyirmi yeddi il daimi imam olduqdan sonra məscidi qəsb etdilər və mən xanənişin oldum. Lakin bu din oğruları, bidət və xurafat müdafiəçiləri əl saxlamadılar. Təxminən iki aydan sonra evə hücum edib evin qapısını yerindən çıxardılar. Məscidin içindən gəldilər, zirzəminin qapısını sındırdılar və evə daxil oldular.