ÜÇÜNCÜ ƏHYA GECƏSİNİN ƏMƏLLƏRİ (23-CÜ GECƏ)

2023-04-12T20:54:57+04:00Aprel 12th, 2023|RAMAZAN AYI|

RƏHMAN, RƏHİM ALLAHIN ADI İLƏ!   Ramazan ayının 19-cu, 21-ci və 23-cü gecələri əhya gecələridir, yəni gecə sübhə kimi ibadət edilən gecələrdir. Əhya gecələrinin əməlləri iki hissədən ibarətdir. Birinci hissəyə hər üç gecədə yerinə yetirilməsi lazım olan əməllər, ikinci hissəyə isə hər bir gecəyə məxsus olan, yəni o gecədə yerinə yetirilməsi lazım olan əməllər daxildir.