FİTRƏ ZƏKATI (ALTINCI DƏRS)
RƏHMAN, RƏHİM ALLAHIN ADI İLƏ! ALTINCI DƏRS Fitrə zəkatına möhtac şəxslərin xüsusiyyətləri və şərtləri Fitrə zəkatına möhtac olan şəxsdə (yəni fəqir və miskində) aşağıda deyilən xüsusiyyətlərin və şərtlərin olması lazımdır: Müsəlman olmalıdır; buna görə də kafir fəqirə və miskinə fitrə zəkatı verilməməlidir. Günah əhli olmamalıdır; bununla bütün günahları tərk edən şəxs (adil şəxs) nəzərdə tutulmur.