FİTR BAYRAMI GECƏSİNİN VƏ GÜNÜNÜN ƏMƏLLƏRİ
RƏHMAN, RƏHİM ALLAHIN ADI İLƏ! Bayram gecəsinin əməlləri Fitr bayramı gecəsi (yəni bayramdan əvvəlki günün axşamı) şərafətli və mübarək gecələrdən biridir. Bu gecəni məsciddə əhya etmək, yəni oyaq qalıb ibadət və dua ilə keçirmək müstəhəbdir. Rəvayət olunmuşdur ki, bu gecənin fəziləti heç də Qədr gecəsinin fəzilətindən az deyildir. Bayram gecəsində məğrib (şam) və işa (xoftən)