QURBAN BAYRAMI HAQQINDA-4
10. Qurban kəsmək; Lüğətdə “yaxınlaşmaq” mənasını verən qurban sözü dini termin olaraq “Qurban bayramı günündə ibadət niyyəti ilə müəyyən heyvanlardan birini Allah rizası üçün (Allaha yaxınlaşmaq üçün) kəsmək” mənasını verir. Buna ərəb dilində udhiyyə də deyilir. Hz. İbrahimin, Hz. İsmailin və Hz. Hacər anamızın Allaha mütləq təslimiyyətini xatırlayaraq qurban kəsmək Allah-Taalaya yaxınlaşma vəsiləsidir. Əvvəla, bilmək