MƏĞRİB VAXTININ DAXİL OLMASINDA ELMİN VƏ ALİMLƏRİN (ÜLƏMANIN) RƏYİ-1
RƏHMAN, RƏHİM ALLAHIN ADI İLƏ! (Elm və şəriətin ölçülərinə uyğun olaraq məğrib (şam) namazının vaxtı) Həqiqətən, namaz vaxtlarının açıqlanmasında Günəşin hərəkəti əsas götürülür. Belə ki, Günəş bizim üçün ulduz şəklində işıq olaraq yox, disk şəklində görünür. Bunu belə ifadə edə bilərik ki, Günəş batdıqda onun üst tərəfinin tamamən üfüqün altında gizlənməsi, belə ki, onun büsbütün