QURBAN BAYRAMI HAQQINDA-1
RƏHMAN, RƏHİM ALLAHIN ADI İLƏ! Müsəlmanların iki böyük bayramından biri olan Qurban bayramı eydül-ədha (qurbanlıq bayramı), eydi-əkbər (ən böyük bayram) və eydi-kəbir (böyük bayram) terminləri ilə ifadə olunur. Eydül-ədha ifadəsinin kökü “udhiyyə” (qurbanlıq heyvan) sözünün lüğəvi mənası ilə əlaqədardır. Zilhiccə ayının 10-cu günündə qurban olaraq kəsilən heyvana udhiyyə deyilir. Bunun haqqında qarşıda ətraflı məlumat veriləcək.