RƏHMAN, RƏHİM ALLAHIN ADI İLƏ!
Ramazan ayının 19-cu, 21-ci və 23-cü gecələri əhya gecələridir, yəni gecə sübhə kimi ibadət edilən gecələrdir. Əhya gecələrinin əməlləri iki hissədən ibarətdir. Birinci hissəyə hər üç gecədə yerinə yetirilməsi lazım olan əməllər, ikinci hissəyə isə hər bir gecəyə məxsus olan, yəni o gecədə yerinə yetirilməsi lazım olan əməllər daxildir. Biz əvvəlcə sizin nəzərinizə hər üç gecədə yerinə yetirilməsi lazım olan əməlləri çatdıracağıq:
- Qüsl etmək; bu gecələrdə yerinə yetirilməsi müstəhəb olan qüsllərin digər qüsllərlə heç bir fərqi yoxdur. “Allah rizası üçün qüsl edirəm” şəklində niyyət edilir və sonra bütün bədən yuyulur. Əllamə Məclisi buyurmuşdur: “Məğrib (şam) namazı qüsllə qılınsın deyə bu qüslü Günəşin batdığı vaxt (Günəş batdıqdan dərhal sonra) vermək daha fəzilətlidir”.
- Bu üç gecəni əhya etmək, yəni oyaq qalıb sübhə kimi ibadət etmək;
- Aşağıdakı duanı oxumaq;
أَللّهُمَّ إِنِّى أَمْسَيْتُ لَكَ عَبْداً دَاخِراً لاَ أَمْلِكُ لِنَفْسِى نَفْعاً وَ لاَ ضَرّاً وَ لاَ أَصْرِفُ عَنْهَا سُوءً أَشْهَدُ بِذٰلِكَ عَلىٰ نَفْسِى وَ أَعْتَرِفُ لَكَ بِضَعْفِ قُوَّتِى وَ قِلَّةِ حِيلَتِى فَصَلِّ عَلىٰ مُحَمَّدٍ وَ آلِ مُحَمَّدٍ وَ أَنْجِزْ لِى مَا وَعَدْتَنِى وَ جَمِيعَ الْمُؤْمِنِينَ وَ الْمُؤْمِنَاتِ مِنَ الْمَغْفِرَةِ فِى هٰذِهِ اللَّيْلَةِ وَ أَتْمِمْ عَلَىَّ مَا آتَيْتَنِى فَإِنِّى عَبْدُكَ الْمِسكِينُ الْمُسْتَكِينُ الضَّعِيفُ الْفَقِيرُ الْمَهِينُ . أَللّهُمَّ لاَ تَجْعَلْنِى نَاسِياً لِذِكْرِكَ فِيمَا أَوْلَيْتَنِى وَ لاَ غافِلاً لِإِحْسانِكَ فِيمَا أَعْطَيْتَنِى وَ لاَ آيِساً مِنْ إِجابَتِكَ وَ إِنْ أَبْطَأَتْ عَنِّى فِى سَرَّاءَ كُنْتُ أَوْ ضَرَّاءَ أَوْ شِدَّةٍ أَوْ رَخَاءٍ أَوْ عَافِيَةٍ أَوْ بَلاَءٍ أَوْ بُؤْسٍ أَوْ نَعْمَاءَ إِنَّكَ سَمِيعُ الدُّعَاء
Tərcümə: “Ey Allahım, özü üçün nə bir xeyir, nə bir zərər sahibi ola bilməyən və özündən heç bir pisliyi uzaqlaşdırma bacarığına sahib olmayan zəlil bir bəndə olaraq Sənin rizan üçün axşama çıxdım. Mən nəfsimdə bunun olduğuna şəhadət verir və Sənin qarşında gücümün zəifliyini və bacarığımın azlığını etiraf edirəm. Elə isə Allahım, Həzrət Mühəmməd və onun Alinə salam və salavat göndər, mənə və bütün mömin kişilərə və qadınlara vəd verdiyin məğfirəti (yəni bağışlanmanı) bu gecədə həyata keçir və mənə verdiyin nemətlərini tamamla! Həqiqətən, mən Sənin miskin, zəlil, zəif, fəqir və xar olmuş bir bəndənəm. Ey Allahım, istər geciksin, istər gecikməsin, istər naz-nemət içində olum, istər pis gündə, istər çətinlikdə olum, istər bolluq içində, istər sağlam olum, istərsə də bəla içində olum, mənə yaxşılıq etdiyin şeylərdə Səni yada salmaqda məni yaddaşsızlardan və əta etdiyin şeylərdə Sənin yaxşılığını unudanlardan etmə! Və duanı qəbul edəcəyindən məni naümid etmə! Həqiqətən, Sən duanı eşidirsən!”
Bu duanı Kəf’əmi İmam Zeynəlabidindən rəvayət etmişdir. İmam bu duanı ayaqüstə olduqda, oturduqda, rükuda və səcdədə oxuyardı. Mərhum Əllamə Məclisi buyurmuşdur: “Bu üç gecədə istiğfar etmək, yəni Allahdan bağışlanmaq istəmək, özün və həyatda olan və vəfat etmiş valideynlər, qohum-əqrəbalar və mömin qardaşlar üçün dünya və axirət istəklərinin həyata keçməsi üçün dua etmək, zikr demək və gücün çatdığın qədər Mühəmməd və onun Alinə salavat göndərmək ən fəzilətli əməllərdən hesab olunur. Bəzi hədislərdə bu üç gecədə “Couşəni-kəbir” duasının oxunmasının müstəhəb olduğu qeyd olunmuşdur”.
İndi isə hər bir gecəyə məxsus olan əməlləri sizin nəzərinizə çatdırırıq:
23-CÜ GECƏNİN ƏMƏLLƏRİ
(3-cü Əhya gecəsinin əməlləri)
Bu gecə digər iki Əhya gecəsindən daha fəzilətlidir. Bir çox hədislərdə bildirildiyi kimi, bu gecə Qədr gecəsidir. Bu gecənin başqa bir adı da “Leylətül-Cühəni”dir (“Cühəninin gecəsi”). Cühəni Allah Rəsulunun əshabəsi Abdullah ibn Üneys Ənsarinin ləqəbidir. Ramazan ayının 23-cü gecəsi ona nisbət verildiyinə görə ona Leylətül-Cühəni (Cühəninin gecəsi) deyilmişdir. Bu adlandırma Peyğəmbərlə onun arasında baş verən söhbətdən sonra olmuşdur. Abdullah ibn Bükeyr Zürarədən, o da iki imamın (İmam Baqir və İmam Sadiqin) birindən belə rəvayət edir: “İmamdan ramazan ayında qüsl etməyin müstəhəb olduğu gecələr haqqında soruşdum. İmam belə cavab verdi: “On doqquzuncu, iyirmi birinci və iyirmi üçüncü gecələrdir”. Və dedi: “İyirmi üçüncü gecə Cühəninin gecəsidir. O, Rəsulullaha belə dedi: “Mənim mənzilim Mədinədən uzaqda yerləşir. Mənim üçün bir gecə müəyyənləşdir ki, həmin gecə Mədinəyə gəlim”. Allah Rəsulu onun üçün 23-cü gecəni müəyyənləşdirdi”[1].
İmam Baqirdən nəql olunan başqa bir rəvayətdə deyilir: “Cəhinə qəbiləsindən olan bir kişi Peyğəmbərin yanına gəlib dedi: “Ey Allahın Elçisi, mənim dəvələrim, qoyunlarım və xidmətçilərim vardır. İstəyirəm ramazan ayının bir gecəsini mənim üçün müəyyənləşdirəsən ki, həmin gecə Mədinəyə gəlim və namazda iştirak edim. Rəsulullah onu yanına çağırıb sirri onun qulağına dedi. İyirmi üçüncü gecə olduqda Cühəni dəvələri, qoyunları, əhli-əyalı, övladları və xidmətçiləri ilə birlikdə Mədinəyə gəldi. Həmin gecəni Mədinədə qaldı. Sübh açıldıqda onunla gələn şəxslərlə birlikdə şəhərdən çıxdı və öz məkanına qayıtdı”[2].
Bir çox fəqihlərin, o cümlədən Seyid Mühəmmədhüseyn Fəzlullahın görüşü budur ki, Qədr gecəsi həmin gecədir. Buna görə də Allah Rəsulu Cühəniyə Mədinəyə gəlməyi və o gecədən bəhrələnməyi tövsiyə etmişdir.
Bu görüşü İmam Cəfər Sadiqdən nəql olunan bir hədis də təsdiq edir. İmam buyurur: “Ramazan ayının 23-cü gecəsi Cühəninin gecəsidir. Hər bir hikmətli iş o gecə ayırd olunur[3]. O gecədə bəlalar, ölümlər, əcəllər, ruzilər, hökmlər və bu ildə gələn il belə bir gecəyə qədər Allahın yaratdığı bütün şeylər təsdiq olunur. Bu gecəni rüku və səcdə halında əhya edən (oyaq qalan) və günahlarını gözləri qarşısında canlandırıb (yəni etdiyi günahları yada salıb) onlara görə ağlayan bəndənin xoş halına! Əgər belə edərsə, ümid edirəm ki, inşallah uğursuzluğa düçar olmaz (yəni istəyi rədd edilməz)!”[4]
Qədr gecəsi elə bir gecədir ki, fəzilətdə heç bir gecə ona bərabər ola bilməz. Bu gecədə icra olunan əməl min ayda yerinə yetirilən əməldən daha xeyirlidir. Bu gecədə növbəti ilin bütün işləri təqdir olunur.
“Dəaimul-İslam” kitabında yazılır: “Həqiqətən, Peyğəmbər (s) ramazan ayının son on günündə ibadət etmək üçün yatağını yığar və kəmərini möhkəm bağlayardı. İyirmi üçüncü gecədə ailəsini yuxudan oyadar və bu gecədə yatanların üzünə su səpərdi”.
Həzrət Fatimə (ə.s.) öz əhli-əyalından heç kimi bu gecədə yatmağa qoymaz, az bir təamla onların yuxusuna əlac edər və bu gecədə oyaq qalmaq üçün gündüzdən onları bu işə hazırlayardı. Yəni gecə yuxuya getməmələri üçün gündüz yatıb istirahət etmələrini əmr edərdi və belə deyərdi: “Bu gecənin xeyrindən məhrum olan şəxs hər şeydən məhrumdur””.
Rəvayət olunmuşdur ki, İmam Sadiq (ə) bərk xəstə idi. Ramazan ayının 23-cü gecəsi olduqda öz xidmətçilərinə əmr etdi və onlar da onu məscidə apardılar və o gecəni sübhə qədər məsciddə qaldı.
Əllamə Məclisi buyurmuşdur: “Bu gecədə mümkün olduğu qədər Quran oxu və Səhifeyi-Səccadiyyədəki duaları, ələlxüsus “Məkarimul-əxlaq” və “Tövbə” dualarını oxu. Əhya gecələrinin hörmətini saxlamaq, bu gecələrdə ibadətlə və Quran oxumaqla məşğul olmaq və dua etmək lazımdır. Mötəbər bir sənədlə rəvayət olunmuşdur ki, Qədr gecəsinin gündüzü də Qədr gecəsi kimidir”.
Rəvayət olunmuşdur ki, bir nəfər Peyğəmbərə (s) belə dedi: “Qədr gecəsində Allah-Taaladan nə istəyim?” Peyğəmbər (s) buyurdu: “Afiyət (sağlamlıq)!”
BU GECƏNİN DUALARI
ـ أَللّهُمَّ امْدُدْ لِى فِى عُمُرِى وَ أَوْسِعْ لِى فِى رِزْقِى وَ أَصِحَّ لِى جِسْمِى وَ بَلِّغْنِى أَمَلِى وَ إِنْ كُنْتُ مِنَ الأَشْقِيَاءِ فَامْحُنِى مِنَ الأَشْقِيَاءِ وَ اكْتُبْنِى مِنَ السُّعَدَاءِ فَإِنَّكَ قُلْتَ فِى كِتَابِكَ الْمُنْزَلِ عَلىٰ نَبِيِّكَ الْمُرْسَلِ صَلَوَاتُكَ عَلَيْهِ وَ آلِهِ: يَمْحُو اللَّهُ مَا يَشَاءُ وَ يُثْبِتُ وَ عِنْدَهُ أُمُّ الْكِتَابِ
Tərcümə: “Ey Allahım, mənim ömrümü uzat, ruzimi bol et, bədənimə sağlamlıq əta et və məni arzuma çatdır. Əgər mən bədbəxtlərdənəmsə, mənim adımı bədbəxtlərin adı yazıldığı kitabdan sil və mənim adımı xoşbəxtlərin adı yazıldığı kitaba yaz. Həqiqətən, Sən mürsəl Peyğəmbərinə – rəhmətin ona və Alinə olsun! – nazil etdiyin kitabında belə demisən: “Allah istədiyin məhv edər və istədiyini də isbat edər. Kitabın anası (əsli) Onun yanındadır””.
أَللّهُمَّ اجْعَلْ فِيمَا تَقْضِى وَ فِيمَا تُقَدِّرُ مِنَ الأَمْرِ الْمَحْتُومِ وَ فِيمَا تَفْرُقُ مِنَ الأَمْرِ الْحَكِيمِ فِى لَيْلَةِ الْقَدْرِ مِنَ الْقَضَاءِ الَّذِى لاَ يُرَدُّ وَ لاَ يُبَدَّلُ أَنْ تَكْتُبَنِى مِنْ حُجَّاجِ بَيْتِكَ الْحَرَامِ فِى عَامِى هٰذَا الْمَبْرُورِ حَجُّهُمْ أَلْمَشْكُورِ سَعْيُهُمْ أَلْمَغْفُورِ ذُنُوبُهُمْ أَلْمُكَفَّرِ عَنْهُمْ سَيِّئَاتُهُمْ وَ اجْعَلْ فِيمَا تَقْضِى وَ تُقَدِّرُ أَنْ تُطِيلَ عُمْرِى وَ تُوَسِّعَ لِى فِى رِزْقِى
Tərcümə: “Allahım, hökm və təqdir etdiyin mütləqləşmiş və qəti işdə, Qədr gecəsində hökm etdiyin hər bir hikmətli işdə və rədd edilməsi və dəyişdirilməsi mümkün olmayan hökmdə məni, Sənin möhtərəm evini ziyarət edən və ziyarətləri riya və göstərişdən uzaq olan, səy və cəhdləri qədir-qiymətli olan, günahları bağışlanan və pisliklərinin üzəri örtülən hacılardan yaz! Və hökm və təqdir etdiyin şeydə mənim ömrümü uzadıb ruzimi bol et!”
ـ يَا رَبَّ لَيْلَةِ الْقَدْر وَ جَاعِلَهَا خَيْراً مِنْ اَلْفِ شَهْرٍ وَ رَبَّ اللَّيْلِ وَ النَّهارِ وَ الْجِبَالِ وَ الْبِحَارِ وَ الظُّلَمِ وَ الأَنْوَارِ وَ الأَرْضِ وَالسَّمَاءِ يَا بَارِئُ يَا مُصَوِّرُ يَا حَنَّانُ يَا مَنَّانُ يَا أَللهُ يَا رَحْمَانُ يَا أَللهُ يَا بَدِيعُ يَا أَللهُ يَا أَللهُ يَا أَللهُ! لَكَ الأَسْمَاءُ الْحُسْنىٰ وَ الأَمْثَالُ الْعُلْيَا وَ الْكِبْرِيَاءُ وَ الآلآءُ أَسْأَلُكَ أَنْ تُصَلِّيَ عَلَىٰ مُحَمَّدٍ وَ آلِ مُحَمَّدٍ وَ أَنْ تَجْعَلَ اسْمِى فِى هذِهِ اللَّيْلَةِ فِى السُّعَدَاءِ وَ رُوحِى مَعَ الشُّهَدَاءِ وَ إِحْسَانِى فِى عِلِّيِّينَ وَ إِسَاءَتِى مَغْفُورَةً وَ أَنْ تَهَبَ لِى يَقِيناً تُبَاشِرُ بِهِ قَلْبِى وَ إِيمَاناً يُذهِبُ الشَّكَّ عَنِّى وَ تُرْضِيَنِى بِمَا قَسَمْتَ لِى وَ آتِنَا فِى الدُّنْيَا حَسَنَةً وَ فِى الآخِرَةِ حَسَنَةً وَ قِنَا عَذَابَ النّارِ الْحَرِيقِ وَ ارْزُقْنِى فِيهَا ذِكْرَكَ وَ شُكْرَكَ وَ الرَّغْبَةَ اِلَيْكَ وَ الإِنَابَةَ وَ التَّوْبَةَ وَِاِخِرَةِ حَسَنَةً،ِيسيبلاتنمكطزوةىلاىالتَّوْفيقَ لِمَا وَفَّقْتَ لَهُ مُحَمَّداً وَ آلَ مُحَمَّدٍ عَلَيْهِمُ السَّلاَمُ
Tərcümə: “Ey Qədr gecəsinin Rəbbi! Ey onu min aydan daha xeyirli qərar verən! Ey gecənin, gündüzün, dağların, dənizlərin, zülmətlərin, nurların, yerin və göyün Rəbbi! Ey Bari’ (vücuda gətirən, yaradan), ey Müsəvvir (məxluqatını istədiyi sifət və seçdiyi surətdə yaradan), ey Hənnan (rəhmli), ey Mənnan (çox səxavətli və şəfqətli), ey Allah, ey Rəhman, ey Allah, ey Qəyyum (qoruyan, bilən, görüb izləyən), ey Allah, ey Bədi’ (yoxdan var edən), ey Allah, ey Allah, ey Allah! Ən gözəl adlar, ən yüksək sifətlər, böyüklüklər, nemətlər yalnız Sənə məxsusdur! Səndən Mühəmməd və onun Alinə salam və salavat göndərməyini və bu gecədə adımı xoşbəxtlərin, ruhumu isə şahidlərin cərgəsində, ehsanımı İlliyyin (Cənnətin ən yüksək dərəcəsi) dərəcəsində qərar verməyini və pis işlərimi bağışlamağını istəyirəm. Səndən mənə, onunla qəlbimin xoşhal olduğu yəqinlik və məndən şəkk-şübhəni aparacaq iman əta etməyini və mənə ruzi olaraq verdiyindən məni razı etməyini istəyirəm. Allahım! Dünya və axirətdə bizə yaxşılıq bəxş et və bizi yandırıcı atəşin əzabından qoru! Və bu ayda mənə zikrini, şükrünü, Sənə olan rəğbəti, tövbəni əta et və Mühəmməd və onun Alini müvəffəq etdiyin işlərdə mənə də tovfiq əta et!”
[1] “Mən la yəhzuruhul-fəqih”, c. 2, b. 53, h. 16
[2] “Biharul-ənvar”, c. 94, s. 9, 10
[3] “Duxan” surəsinin 4-cü ayəsindəki cümlədir. Quranın nazil olduğu mübarək gecənin – Qədr gecəsinin xüsusiyyətlərindən biridir.
[4] “Biharul-ənvar”, c. 94, s. 4, 5