RƏHMAN, RƏHİM ALLAHIN ADI İLƏ!

Sual: Səfərdə oruc tutmağın hökmü nədir?

Cavab: Zərər, yaxud çətinlik olmadan imkan surətində müsafirin də başqa şəxslər kimi oruc tutması vacibdir. Orucun tərk olunması üçün istisna mövzu hesab olunan xəstəlik kimi, səfər də yalnız zərər, yaxud çətinlik olaraq orucun yeyilməsinə səbəb ola bilər, vəssalam. Səfər o cəhətdən xəstəliklə eyni kateqoriyaya daxil edilir ki, keçmişdə oruc halında edilən səfərlər xəstəliyin yaranmasına səbəb olurdu, yoxsa hər bir səfəri xəstəlik kateqoriyasına daxil edə bilmərik. Hal-hazırkı müasir səfərlərdə çox vaxt insan öz evindən də rahat olur. Bu hökmün əsası “Allah sizin üçün zərər (üsr) deyil, yüngüllük istər. …”[1] şərafətli ayəsidir ki, bu ayəyə görə vətəndə çətinlik orucun tutulmasına maneədir və hər bir səfərdə onun asan olması orucun tutulmasının səbəbidir (yəni səfərdə oruc tutmaq asan olarsa, mütləq tutulmalıdır).

Ümumiyyətlə, oruc üçün üzr olaraq müəyyənləşdirilmiş xəstəlik və səfər bu iki vəziyyətdə qarşıya çıxan çətinlik, yaxud zərərə görədir. Bu prinsipə əsasən yalnız bu iki vəziyyətdə (zərər, yaxud çətinlik) oruc vacib deyildir. Əlbəttə, bir surətdə ki, çətinlik, yaxud zərər qeyri-ixtiyari olsun, yaxud məcburi olduğu surətdə onları (yəni çətinliyi, yaxud zərəri) aradan qaldırmaq mümkün olmasın.

Müsafirlərin namaz və orucu haqqında Quran fəqihi Ayətullah Mühəmməd Sadiqi Tehrani Kitab və qəti Sünnəyə əsasən yeni bir araşdırma aparmış və öz araşdırmasını farsca əsəri olan “Müsafirlərin namaz və orucuna yeni baxış” adlı əsərində cəmiyyətə təqdim etmişdir. Əsər Xəyyam Qurbanzadə tərəfindən azərbaycan türkcəsinə tərcümə edilmişdir.

[1] “Bəqərə”, 185